Telman hüseynov azərbaycan Respublikasının əməkdar iqtisadçısı, iqtisad elml



Yüklə 4,72 Mb.
Pdf görüntüsü
səhifə186/214
tarix16.11.2017
ölçüsü4,72 Mb.
#10605
1   ...   182   183   184   185   186   187   188   189   ...   214

Telman Huseynov 

 

500



onun maya dəyərinin aşağı salınması, əmək məhsuldarlığının yüksəl-

dilməsi  kimi  iqtisadi  göstəricilərin  yaxşılaşması,  nəticə  etibarilə, 

məhz iqtisadi səmərənin artmasına səbəb olur; səmərə  müxtariyyə

şə

kilində sosial mahiyyət daşıya bilməz, belə ki, istehsalın təkmil-



ləşdirilməsi ilə eyni zamanda əməşəraiti yaxşılaşsa da, işçilərin 

sosial-mədəni və ixtisas səviyyəsi yüksəlsə də, bunlar kəmiyyətcə 

ölçüyə gəlmir. 

Hər  hansı  təşkilati-texniki  tədbirin  həyata  keçirilməsinin  iqtisadi 

səmərəliliyi müəyyən vaxt vahidi ərzində (məsələn rüb, il) alınan iq-

tisadi səmərənin onun istehsalı ilə məşğul olan canlı və maddiləşmiş 

əməyin kəmiyyətinə nisbəti kimi müəyyən olunur. 

Başqa  sözlə,  səmərəlilik  nisbi  göstəricidir;  burada  səmərə  – 

onun yaranmasına səbəb olan xərclərlə müqayisə olunur. Səmərə 

olmayanda səmərəlilikdən söhbət gedə bilməz.  

Ölkə iqtisadiyyatının bazar münasibətlərinə keçidi iqtisadi səmə-

rəliliyə də yeni yanaşmanı, onun hesablanmasının yeni qayda və me-

todlarının  tətbiqini  tələb  edir.  Belə  ki,  bazar  mexanizmi  cəmiyyətin 

sərəncamında olan məhdud istehsal resurslarının elə bölüşdürülməsi-

ni  tələb  edir  ki,  tələbatların  maksimum  ödənilməsini  təmin  etmək 

mümkün  olsun.  Məhdud  istehsal  resurslarının  səmərəli  istifadəsi  iki 

şərtin yerinə  yetirilməsini – resursların düzgün bölgüsü və onlardan 

qənaətlə istifadə olunmaqla istehsalın iqtisadi səmərəliliyinin yüksəl-

dilməsini tələb edir. 



Bazar münasibətlərinə əsaslanan iqtisadi sistemdə qiymət me-

xanizmi resursların firma, müəssisə və sahələr arasında elə bölgü-

sünə nail olmağa imkan verir ki, cəmiyyət (istehlakçılar) üçün ə

zəruri məhsullar əldə olunur, rəqabətin güclənməsi isə iqtisadi sə-

mərəliliyin  yüksəldilməsinin  əsas  amili  olur  və  tələbata  uyğun 

məhsulların ən ucuz başa gələn üsulla istehsal olunmasını ön plana 

çəkir.  

qtisadiyyatda dövlətin rolu və müəssisələrin fəaliyyəti ilə əlaqə-

dar iqtisadi səmərəliliyin müəyyən olunması və onun iqtisadi mahiy-

yətinin  öyrənilməsi  çox  vacibdir.  Ümumiyyətlə,  iqtisadi  səmərəlili-

yin düzgün hesablanması qərarların əsaslandırılması, firma və müəs-

sisənin  iqtisadi  inkişaf  və  sosial  tərəqqi  meyllərinin  müəyyən  olun-

masında həlledici əhəmiyyət kəsb edir. 



Fəsil 20. Firmanın təsərrüfat-kommersiya fəaliyyətinin səmərəliliyi 

 

501



ctimai  istehsalın  iqtisadi  səmərəliliyini  düzgün  qiymətləndirmək 

üçün onun meyarı və göstəriciləri elmi-nəzəri və metodoloji baxımdan 

dəqiq  əsaslandırılmalıdır.  Çünki  hər  hansı  bir  sosial-iqtisadi  prosesin 

kəmiyyət və keyfiyyət cəhətlərini özündə tam və dəqiqliklə əks etdirən 

meyar  və  göstərici  (və  ya  göstəricilər)  olmadan  həmin  prosesin  qiy-

mətləndirilməsi və idarə edilməsi qeyri-mümkündür. 

ctimai  istehsalın  səmərəlilik  meyarı  və  ümumiləşdirirci  (meyar) 

göstəricisi arasında prinsipial fərqlər olsa da, onlar vəhdətdədirlər. 



Səmərəlilik  meyarı  –  istehsal  fəaliyyətinin  son  nəticəsidir, 

son  nəticə  isə  –  məhsul  istehsalına  çəkilmiş  xərclərin  gətirdiyi 

səmərədir. Səmərə öz-özlüyündə ictimai istehsalın səmərəliliyi haq-

qında  təsəvvür  yarada  bilmir,  çünki  mütləq  rəqəmdir,  onu  yaradan 

xərclərlə  əlaqəsizdir.  Səmərədən  səmərəliliyə,  meyardan  göstəriciyə 

keçmək üçün səmərə ilə xərclər mütləq müqayisə edilməlidir. 



Səmərəlilik  göstəricisi  –  səmərə  ilə  xərclərin  kəmiyyət  nis-

bəti, ictimai istehsalın səmərəliliyinin keyfiyyət səciyyəsidir. 

Qeyd  etmək  lazımdır  ki,  əgər  istehsalın  iqtisadi  səmərəliliyi  bir 

tərəfdən  istehsal  resurslarından  səmərəli  istifadənin  intensivləşdiril-

məsini  nəzərdə  tutursa,  digər  tərəfdən  çəkilən  xərclərin  –  onların 

mütəmadi aşağı salınması məqsədilə  –  tam uçotunu tələb edir; isteh-

salın səmərəliliyinin obyektiv qiymətləndirilməsi, başqa sözlə, təsərrü-

fat  tədbirinin  verdiyi  səmərə  ilə  onun  həyata  keçirilməsinə  çəkilən 

xərclərin nisbətinin düzgün müəyyən edilməsi, nəticə etibarilə, təkrar 

istehsal prosesinin idarə olunmasına təminat verir. 

Bazar  münasibətlərinə  əsaslanan  iqtisadi  sistem  xüsusi  mənafe-

lərə əsaslanır. Bu baxımdan, ayrı-ayrı sosial qrupların və qurumların 

mənafeləri bir-birindən, bu mənafelər isə çox vaxt ictimai mənafedən 

fərqlənir. Ona görə də iqtisadi qərarların hazırlanması və qəbulu za-

manı dövlətin əsaslandığı meyar müəssisənin rəhbərliyinin əsaslandı-

ğı meyardan fərqlənir. Belə ki, hökumətin fəaliyyətinin əsas məqsədi 

əhalinin maddi rifahını yüksəltməkdir. O, ölkədə iqtisadi sistemin in-

kişafının  və  iqtisadi  artıma  nail  olmağın  əsas  təminatçısıdır.  Bu  ba-

xımdan,  makroiqtisadi  səviyyədə  ictimai  istehsalın  iqtisadi  səmərə-

liliyinin meyarı ümumi milli gəlirdir. Ümumi milli gəlirin səviyyəsi 

cəmiyyətin iqtisadi və sosial təminat səviyyəsini ifadə edir. Ayrı-ayrı 

ölkələrin  sosial-iqtisadi  inkişaf  səviyyələri  arasındakı  fərq  adam-



Yüklə 4,72 Mb.

Dostları ilə paylaş:
1   ...   182   183   184   185   186   187   188   189   ...   214




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə