Telman hüseynov azərbaycan Respublikasının əməkdar iqtisadçısı, iqtisad elml



Yüklə 4,72 Mb.
Pdf görüntüsü
səhifə185/214
tarix16.11.2017
ölçüsü4,72 Mb.
#10605
1   ...   181   182   183   184   185   186   187   188   ...   214

Fəsil19. Firmada qiymətin əmələ gəlməsi 

 

497



mətdən  birini  bütünlükdə  deyil,  birinci  rəqəminə  görə  seçməyə  – 

psixoloji baxımdan – daha çox üstünlük verir.  

Sonda  bir  məsələnin  də  vurğulanması  çox  vacibdir.  Bu,  qiymət 

sistemidir. Qiymət sistemi vahid, qaydaya salınmış müxtəlif qiymət-

lərin məcmusu olub, milli və beynəlxalq təsərrüfatçılıq praktikasında 

tərəflər  arasındakı  iqtisadi  münasibətlərə  xidmət  edir  və  onları  ni-

zamlayır. Həmin qiymət sistemi haqqındakı mövcud olan elmi müd-

dəalar və mülahizələr dərsliyin son fəslində təfsilatı ilə açıqlanacaq-

dır.  

 

 



 

F   K   R L Ə Ş   N 

 

1. Məhsulun qiymətini müəyyən edən əsas amillər hansılardır? 



2. Qiymətin  əmələgəlmə  qanunauyğunluqlarını  şərh  edə  bilərsi-

nizmi? 


3. Xalis  rəqabət  və  xalis  inhisar,  inhisarçı  rəqabət  və  oliopoliya 

haqqında nə kimi məlumatlarınız var? 

4. Qiymətin funksiyaları və növləri haqqında nələri bilirsiniz? 

5. Sərbəst və tənzimlənən qiymətlər haqqında nələri bilirsiniz? 

6. Qiymət  siyasətinin  işlənib  hazırlanma  ardıcıllığını  şərh  edə 

bilərsinizmi? 

7. Qiymət  strategiyasının  hazırlanması  mərhələləri  haqqında 

hansı biliklərə maliksiniz? 

8. Firmada qiymətqoymanın hansı metodlarından istifadə olunur? 

9. Qiymətin  növlərini  sadalayın  və  onların  xarakteristikasını 

verin. 

10. «Psixoloji» qiymət haqqında nə bilirsiniz? 




 

 

498



 

 

 



 

 

 

Fəsil 20. Firmanın təsərrüfat-kommersiya fəaliyyətinin 

səmərəliliyi 

1.  stehsalın iqtisadi və sosial səmərəliliyinin qiymətləndirilməsi 

metodikası  

2.  stehsalın iqtisadi səmərəliliyinin ümumi və müqayisəli 

göstəriciləri 

3. Kommersiya fəaliyyətinin və istehsal amillərinin səmərəliliyi  

4.  stehsalın iqtisadi səmərəliliyinə təsir edən amillər 

1.  stehsalın iqtisadi və sosial səmərəliliyinin                  

qiymətləndirilməsi metodikası 

Hər bir cəmiyyətdə iqtisadi inkişafın əsasında – digər təsərrüfat 

tədbirləri  ilə  yanaşı  –  ictimai  istehsalın  səmərəliliyinin  artırılması 

dayanır. 

Məlumdur ki, ictimai istehsalın məqsədi cəmiyyət üzvlərinin və 

habelə  bütünlükdə  cəmiyyətin  özünün  gələcək  sosial-iqtisadi  inki-

şafı üçün ehtiyaclarını müxtəlif əmək məhsulları və xidmətlərlə tə-

min  etməkdir.  Bu  məqsədə  çatmaq  üçün,  ilk  növbədə,  cəmiyyətin 

malik  olduğu  milli  sərvətdən,  iqtisadi  potensialdan  tam  istifadə 

olunmalı,  ictimai  istehsalın  iqtisadi  səmərəliliyi  yüksəldilməlidir. 

Yaradılan məhsul hesabına tələbatların ödənilmə səviyyəsini ifadə 

edən iqtisadi artım və səmərəlilik, əgər bir tərəfdən əhalinin həyat 

səviyyəsini  yüksəldirsə,  digər  tərəfdən  bu,  əməyin  məzmunu  və 

şəraitindən  bilavasitə  asılı  olur.  Bu  məsələ  də  ictimai  istehsalın 

bazisində dayanan texniki vasitələr və texnologiyanın özü müstəs-

na rol oynayır və çox ciddi əhəmiyyət kəsb edirlər. 

Qeyd etmək lazımdır ki, texnologiya istehsal amillərinin – istehsal 

heyətinin peşə-ixtisas tərkibi, əmək cisimlərinin fiziki və kimyəvi xas-

sələri, əmək vasitələrinin texniki parametrləri nəzərə alınmaqla–müəy-



Fəsil 20. Firmanın təsərrüfat-kommersiya fəaliyyətinin səmərəliliyi 

 

499



yən  müddət  üçün  yaradılmış  kombinasiyası  olub,  özünün  inkişafı  və 

onların qarşılıqlı təsiri ilə nəzərdə tutulan həcmidə məhsulun istehsalı-

nı  və  həmin  amillərdən  səmərəli  istifadənin  təmin  edir.  Bunun  üçün 

həlledici şərt, vaxtaşırı olaraq, daha mükəmməl texnoloji istehsal üsu-

lunun işlənib hazırlanması və onun iqtisadiyyatlaşdırılmasıdır. 

Səmərəlilik  tətbiq  edilən  texnologiya  ilə  birbaşa  əlaqədar  olsada 

bu, ilk növbədə, istehsal amillərinin imkanları nəzərə alınmadan yük-

səldilə bilməz. Elə buna görədə iqtisadi ədəbiyyatda – dialektik vəh-

dətdə olan – iki növ səmərəliliyi biri-birindən fərqləndirirlər. Bunlar-

dan biri texnoloji digəri isə iqtisadi səmərəlilikdir.  



Texnoloji  səmərəlilik  texnoloji  istehsal  üsullarından  eləsidir  ki, 

o, istehsal amillərindən, heç olmazsa, birinə qənaət etməklə, onun va-

sitəsilə, istehsalın nəzərdə tutulmuş həcminə nail olmaq mümkün ol-

sun. Texniki irəliləmələr iqtisadi inkişafa və sosial tərəqqiyə müsbət 

planda  nə  qədər  güclü  təsir  göstərirsə,  istehsal  firmasının  fəaliyyəti 

sosial baxımdan bir o qədər səmərəli olur.  

Artıq qeyd edildiyi kimi, səmərəliliyin ikinci növü iqtisadi səmə-

rəlilikdir. 



qtisadi səmərəlilik texnoloji istehsal üsullarından özünün fayda-

lılığına görə eləsinin tətbiqidir ki, o, istehsala cəlb edilmiş amillərin 

dəyərləri istehsalın planlaşdırılmış həcmi üçün optimal olsun. Başqa 

sözlə, səmərəli texnoloji istehsal üsulu həm də o zaman iqtisadi cə-

hətdən səmərəli hesab edilir ki, istehsalın nəzərdə tutulmuş həcminə 

nail  olmaq  səfərbər  edilmiş  istehsal  amillərinin  alternativ  dəyərləri 

minimum səviyyədə olsun.  

Göründüyü  kimi,  texnoloji  səmərəliliklə  iqtisadi  səmərəlilik  ara-

sında səbəb-nəticə əlaqələri mövcuddur. Deməli, iqtisadiyyatın bütün 

səviyyələrində (makro, mikro və s.) onların texnoloji əsasları nəqədər 

mükəmməl və mütərəqqi olarsa istehsalın iqtisadi və sosial səmərəsi 

də bir o qədər çox olar. 



ctimai  istehsalın  səmərəliliyinin  yüksəldilməsinə  yönəldilmiş 

tədbirlərin  həyata  keçirilməsi  sayəsində  iqtisadiyyatın  müxtəlif 

sahələri  və  ya  ayrılıqda  hər  bir  firma  və  müəssisədə  mütləq  öl-

çüdə alınan iqtisadi nəticə səmərədir. Buna görə də, səmərə yalnız 

iqtisadi məzmun kəsb edə bilər, çünki istehsalın texniki-təşkilati ba-

xımdan  təkmilləşdirilməsi  əsasında  məhsul  buraxılışının  artırılması, 



Yüklə 4,72 Mb.

Dostları ilə paylaş:
1   ...   181   182   183   184   185   186   187   188   ...   214




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə