Telman hüseynov azərbaycan Respublikasının əməkdar iqtisadçısı, iqtisad elml



Yüklə 4,72 Mb.
Pdf görüntüsü
səhifə193/214
tarix16.11.2017
ölçüsü4,72 Mb.
#10605
1   ...   189   190   191   192   193   194   195   196   ...   214

Telman Huseynov 

 

518



stehsalın maddi ünsürlərindən biri olan istehsal əsas fondla-

rından  istifadənin  səmərəliliyinin  ümumiləşdirici  göstəricilərinə 

fondverimi və fondtutumu aiddirlər. 

Müəssisə üzrə fondverimi əmtəəlik, ümumi və ya xalis məhsulun 

istehsal əsas fondlarının orta illik dəyərinə nisbəti kimi müəyyən edi-

lir və onların bir manatına düşən məhsul buraxılışını göstərir. Fond-

verimi nə qədər yüksək olarsa, əsas fondlardan bir o qədər yaxşı isti-

fadə olunar. 

Fondverimi göstəricisinin əksi fondtutumu adlanır və o, buraxılan 

məhsulun  hər  manatına  düşən  istehsal  əsas  fondlarının  dəyəri  ilə 

səciyyələnir.  

Müəssisə  miqyasında  istehsalın  iqtisadi  səmərəliliyinin  öyrənil-

məsi  yalnız istehsalın ayrı-ayrı resursları üzrə deyil, həm də onların 

məcmuu üzrə də hesablanılır və təhlil edilir.  

Bunun üçün müəssisənin illik təsərrüfat fəaliyyətinin dəyər ifadə-

sində nəticəsi onun il ərzində ya malik olduğu və ya da istehlak etdi-

yi istehsal resurslarının  dəyəri ilə müqaisə olunur. Müəssisənin illik 

fəaliyyətinin kəmiyyət tərəfini bir neçə göstərici ilə –ümumi, əmtəə-

lik,  realizə  olunmuş,  şərti-təmiz  və  s.  göstəricilərlə  öyrənmək  olar. 

Bunlardan ən realı şərti-təmiz məhsuldur, çünki bu, müəssisənin özü-

nün xidmətlərini səciyyələndirən yeganə göstəricidir. Bu göstərici isə 

iqtisadi  məzmununa  görə  «əlavə  olunmuş  dəyər»  göstəricisindən, 

demək olarki, fərqlənmir. 

Planlaşdırma və uçot praktikasında əlavə olunmuş dəyərin həcmi 

aşağıdakı düsturun köməyi ilə hesablanır. 

ƏD = ƏH + AA + RX + MM + SX 

Burada, ƏD – əlavə olunmuş dəyər, man; 

 ƏH  –  bütün  kateqoriyadan  olan  işçilərin  əsas  və  əlavə 

əmək haqqı, man; 

              AA – amortizasiya ayırmaları, man; 

              RX – reklam xərcləri, man; 

             MM – müəssisənin mənfəəti, man; 

               SX – sair xərclər, man; 

Bazar iqtisadiyyatı şəraitində fəaliyyət göstərən müəssisələrdə is-

tehsalın  iqtisadi  səmərəliliyini  xarakterizə  edən  ümumiləşdirci  bir 



Fəsil 20. Firmanın təsərrüfat-kommersiya fəaliyyətinin səmərəliliyi 

 

519



göstəricidən  –  «məcmuu  amillərin  məhsuldarlığı»  adlanan  bir  gös-

təricidən  istifadə  olunur.  Bu  göstərici  aşağıdakı  düsturun  köməyilə 

hesablanır: 

S

m.ə



 = 

ŞTM 


ƏH + AA + KX 

Burada, S

m.ə

 – məcmuu amillərin, istehsalın iqtisadi səmərəliliyidir; 



ŞTM  –  şərti-təmiz  məhsulun  dəyəridir,  əlavə  olunmuş  də-

yərin həcmidir; 

ƏH – iş qüvvəsinin dəyəridir (bütün kateqoriyadan olan iş-

çilərin əsas və əlavə əmək haqqıdır); 

              AA – amortizasiya ayırmalarının məbləğidir; 

KX – kənardan alınmış xammal və materialın, göstərilmiş 

xidmətlərin dəyəridir. 

Əcnəbi ölkələrin müəssisələrində (məsələn, Amerika Birləşmiş Ştat-

larının) bu göstəricinin dinamikası vasitəsilə müəssisələri müqayisə olu-

nur, onların rəqabət qabliyyətləri qiymətləndirilir və hər bir müəssisənin 

öz istehsal resurslarından necə istifadə etdikləri aşkar olunur. 

4. stehsalın iqtisadi səmərəliliyinə təsir edən amillə

stehsalın iqtisadi səmərəliliyinin yüksəldilməsi amilləri dedikdə, 

bu  yüksəlməni təmin edən şərtlər başa düşülür. Bu amillərə istehsal 

prosesinə  və  onun  nəticələrinə  təsir  göstərən  bütün  vasitələr  aiddir. 

Onlardan ən mühümləri aşağıdakılardır: 

– elmi-texniki tərəqqinin nailiyyətlərinin istehsala tətbiqi; 

– istehsalın təmərküzləşməsi, kombinələşməsi, ixtisaslaşması və  

 kooperativləşməsi; 

– istehsalın və idarəetmənin təşkilinin təkmilləşdirilməsi; 

– işçilərin ixtisas səviyyəsinin artırılması və əməyin təşkilinin  

 yaxşılaşdırılması; 

–  müəssisələrin  düzgün  yerləşdirilməsi  və  müxtəlif  məhsul  növ-

lərinin istehsalının optimallaşdırılması; 

– beynəlxalq əmək bölgüsünün üstünlüklərindən istifadə olunma-

sı və s. 

Məlumdur ki, istehsal prosesinin baş verməsi üçün, ilk növbədə, 

müəyyən  istehsal  fondlarının  yaradılması  məqsədilə  əsaslı  vəsait 



Telman Huseynov 

 

520



qoyuluşu  həyata  keçirilməlidir.  Hər  bir  sahibkarlıq  fəaliyyətinin 

iqtisadi səmərəliliyi son nəticədə səmərənin əsaslı vəsait qoyulu-

ş

una  nisbətilə  müəyyən  edilir.  Makroiqtisadi  səviyyədə  əldə  edi-

lən səmərə  –  ümumi milli gəlir (son məhsul), müəssisə səviyyəsin-

də  isə  əlavə  edilmiş  dəyər,  mənfəət  və  s.  olur.  Beləliklə,  istehsalın 

iqtisadi səmərəliliyinin yüksəldilməsi amillərini təhlil edərkən, birin-

cisi,  həyata  keçirilən  əsaslı  vəsait  qoyuluşlarının  məbləğini  mini-

mumlaşdırmaq,  ikincisi,  məhsulun  maya  dəyərini  azaltmaqla  mən-

fəətin həcmini artırmaq ehtiyatlarını aşkar etmək lazımdır. Əgər bi-

rinci tikintinin  inkişafından  və  onun mükəmməl  təşkilindən, maşın 

və avadanlıqların qiymətindən və s., - dən asılıdırsa, ikincisi isə, is-

tehsal  əsas  fondlarından,  işçi qüvvəsindən, xammal  və  materiallar-

dan istifadə səviyyəsindən və s.-dən bilavasitə asılı olur. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



20.2.  stehsalın səmərəliliynin yüksəldilməsi amilləri 

stehsalın  iqtisadi  səmərəliliyinin  yüksəldilməsində  mühüm  yeri 

elm-texniki  tərəqqi  tutur.  Əvvəllər  qeyd  olunduğu  kimi,  elmi-

texniki  tərəqqi  –  elmi  tədqiqatların  inkişafını,  yeni,  daha  mü-

kəmməəmək vasitələri və predmetlərinin, texnoloji proseslərin, 

istehsalın,  əməyin  və  idarəetmənin  təşkili  metodlarının  yaradıl-

masını əhatə edən prosesdir. 

Səmərəliliyin 

yüksəldilməsi 

ehtiyatları 

Məhsulun key-

fiyyət ehtiyatları 

Əmək predmetləri 

ehtiyatları 

Məhsulun istehlak 

xassələrinin 

yaxşılaşdırılması 

Məhsulun material 

tutumunun 

azaldılması 

ş vaxtı ehtiyatları  Əmək vasitələri 

ehtiyatları 

ş vaxtından 

dolğun istifadə 

ntensiv istifadə 

səmərəliliyinin 

yüksəldilməsi 

stehsalın texniki və 

təşkilati səviyyəsi-

nin yüksəldilməsim 

Material təminatı 

xərclərinin 

azaldılması 

Məhsulun əmək 

tutumunun 

azaldılması 

Ekstesniv istifadə 

səmərəliliyinin 

yüksəldilməsi 

Mütərəqqi nəzarət 

metodlarının 

tətbiqi 


Mütərəqqi mate-

rial növlərindən 

istifadə 

Heyətin peşə tər-

kibi və qurluşunun 

yaxşılaşdırılması 

Quraşdırılmamış 

avadanlıqların işə 

salınması 



Yüklə 4,72 Mb.

Dostları ilə paylaş:
1   ...   189   190   191   192   193   194   195   196   ...   214




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə