Telman hüseynov azərbaycan Respublikasının əməkdar iqtisadçısı, iqtisad elml



Yüklə 4,72 Mb.
Pdf görüntüsü
səhifə195/214
tarix16.11.2017
ölçüsü4,72 Mb.
#10605
1   ...   191   192   193   194   195   196   197   198   ...   214

Fəsil 20. Firmanın təsərrüfat-kommersiya fəaliyyətinin səmərəliliyi 

 

523



–  məhsulun  materialtutumunun  dəyişməsi  ilə  əlaqədar  olaraq 

iqtisadiyyatda  əlavə  resursların  yaranması  və  ya  bu  resurslardan 

məsrəfin çoxalması; 

– məhsulun fondtutumunun dəyişməsilə əlaqədar olaraq əsaslı və-

sait qoyuluşuna qənaət imkanının yaranması və ya ondan israfçılıq; 

– tikinti müddətinin ixtisar edilməsi və onun smeta dəyərinin aşa-

ğı salınması və s. bu kimi amillər təsir göstərir. 

stehsalın  iqtisadi  səmərəliliyinin  bütün  amillərindən  kompleks 

şəkildə və məqsədəuyğun istifadə iqtisadi artıma nail olmağa, isteh-

sal olunan məhsulun rəqabət qabiliyyətini artırmağa imkan verir. 

 

 

 



F   K   R L Ə Ş   N

 

1.  qtisadi səmərəliliyin meyarı və meyar göstəricisi nədir? Hansı 



həcm göstəriciləri haqqında məlumatlısınız? 

2.  qtisadi səmərəliliyi necə müəyyən edirlər? 

3. Sosial səmərəliliyin mahiyyətini izah edin? Onun hesablanması 

hansı çətinliklərlə bağlıdır? 

4.  stehsal resurslarından  istifadənin iqtisadi səmərəliliyini hansı 

göstəricilərlə müəyyən edirlər? 

5. Firmanın  kommersiya  fəaliyyətinin  səmərəliliyini  necə  hesab-

lamaq olar? 

6.  nvestisiya  qoyuluşlarının  iqtisadi  səmərəliliyinin  müəyyən 

edilməsində hansı metodlardan istifadə olunur? 

7. Diskontlaşdırma əmsalı nədir? 

8.  stehsalın iqtisadi səmərəliliyinə hansı amillər təsir göstərir? 

 



 

 

524



 

 

 



 

 

 

BÖLMƏ VIII 

F RMANIN XAR C   QT SAD  FƏAL YYƏT  

Fəsil 21. Firmanın xarici iqtisadi fəaliyyəti 

1. Firmanın xarici iqtisadi fəaliyyətinin mahiyyəti 

2. Firmanın xarici iqtisadi fəaliyyətinin növləri 

3. Firmanın idxal-ixrac əməliyyatları 

4. Firmanın xarici iqtisadi fəaliyyətinin tənzimlənməsi vasitələri 

 5. Firmanın xarici iqtisadi fəaliyyətinin gömrük tənzimlənməsi



 1. Müəssisənin xarici iqtisadi fəaliyyətinin mahiyyəti 

Firmanın xarici iqtisadi fəaliyyətinin baş tutması üçün onun mən-

sub olduğu ölkənin iqtisadiyyatının digər ölkələrə açıqlığı əsas şərt-

dir. Bu şərtin ödənilməməsi firmanın da fəaliyyətinin öz ölkəsi kimi 

«bağlı qapılar» arxasında aparması ilə nəticələnir.  

Ölkə iqtisadiyyatının açıq olması müxtəlif səviyyələrdə – makro-

iqtisadiyyat,  dövlət  və  mikroiqtisadiyyat  –  müəyyən  xüsusiyyət  və 

əlamətlərə malik olur.  

Milli iqtisadiyyatın açıqlığı mikroiqtisadiyyat səviyyəsində: 

a)  mülkiyyətinin  formasından  asılı  olmayaraq  bütün  firmaların 

xarici əmtəə, kapital və xidmət bazarlarına çıxmalarına təminat verir; 

b)  ölkənin  iqtisadi  subyektlərinin,  istisnasız  olaraq,  hamısına  tə-

sərrüfatçılıq  üçün  əcnəbi  «müqabil-tərəf»lərin  seçməsində  müstəqil-

lik hüququ verir; 

c) xarici iqtisadi fəaliyyət hər bir firmanın özünün təsərrüfatçılığı-

nın üzvü tərkib hissəsinə çevirir.  

Hər  bir  ölkənin  açıq  iqtisadiyyata  malik  olması  –  beynəlxalq 

əmək bölgüsü əsasında – dünya təsərrüfat sisteminə inteqrasiya üçün 

həlledici şərtdir. 



Fəsil 21. Firmanın xarici iqtisadi fəaliyyəti 

 

525



Ölkələrin  beynəlxalq  əmək  bölgüsündə  iştirakı  onlara  ixtisaslaş-

manı  dərinləşdirməyə,  iqtisadi  resurslardan  istifadə  səmərəliliyini 

yüksəltməyə, ümumi daxili məhsulun həcmini artırmağa imkan verir. 

Xarici  iqtisadi  əlaqələrin  inkişafı  nəticəsində  ayrı-ayrı  ölkələr  əlavə 

gəlir  əldə  edə  bilirlər,  çünki  onlar  nisbətən  az  xərclə  istehsal  oluna 

bilən  məhsullar  üzrə  ixtisaslaşmaqla  həmin  məhsulları  nisbətən  bö-

yük xərclə istehsal etdikləri məhsullara dəyişə bilirlər.  

Ölkələr arasında xarici iqtisadi əlaqələrin yaranması zəruriliyi, 

ə

sasən,  iki  amillə  izah  olunur.  Bunlardan  biri,  ölkələrin  iqtisadi  re-

surslara (torpaq, xammal, əmək, kapital) qeyri-bərabər həcmdə malik 

olmaları və, ikincisi isə, müxtəlif məhsulların səmərəli istehsalı, fərqli 

texnologiyalar  və  ya  resursların  müxtəlif  kəmiyyət  kombinasiyasını 

tələb etməsidir. Ölkələrin malik olduqları belə nisbi üstünlüklər xarici 

iqtisadi əlaqələrin, xüsusilə də xarici ticarətin inkişafının əsasında da-

yanır.  Məhdud  iqtisadi  resurslardan  daha  çox  məhsul  əldə  olun-



ması məqsədilə təsərrüfatçılığın səmərəli aparılması zəruriliyi, hə

bir  konkret  məhsulun  istehsalı  iqtisadi  resurslara  görə  nisbi  üs-

tünlüklərə malik olan ölkədə həyata keçirilməsini tələb edir. 

Ölkələr arasında bu və ya digər məhsulun istehsalına görə baş ve-

rən  ixtisaslaşmalar  beynəlxalq  əmək  bölgüsü  adlanır.  Ümumiyyətlə, 

xarici iqtisadi əlaqələr beynəlxalq əhəmiyyət daşıdıqlarından, ölkələ-

rin (həm də firma və müəssisələrin) dünya bazarına çıxmalarını şərt-

ləndirir,  qarşılıqlı  iqtisadi  faydanı  təmin  edir,  ticarət  əlaqələrini  ge-

nişləndirir, dünya xalqlarının  yaxınlaşmasına xidmət edir, sülh işinə 

köməklik göstərir və s. 

Müqayisəli üstünlüklərə əsaslanan ölkələrarası xarici iqtisadi əla-

qələrin inkişafı ayrı-ayrı məhsul istehsalının ölkələr arasında daha sə-

mərəli  yerləşdirilməsinə  və bu ölkələrin əhalisinin maddi rifah halı-

nın yüksəldilməsinə səbəb olur.  

Məlumdur ki, hər bir ölkənin malik olduğu resursların strukturu və 

texnoloji istehsal üsulları üzrə biliklərinin səviyyəsi eyni deyil, müxtə-

lif olurlar.  stehsalın texniki-iqtisadi səviyyəsindən asılı olaraq hər bir 

ölkə hazırlanma texnologiyası və iqtisadi təyinatları eyni olan məhsul-

ları, bir qayda olaraq, müxtəlif məsrəflərlə istehsal edirlər. Buna görə 

də ölkələrdən hər biri istehsal etmək üçün elə məhsulları seçməlidir 

ki, onun istehsal xərcləri digər ölkəyə nisbətən az olsun və bu məh-



Yüklə 4,72 Mb.

Dostları ilə paylaş:
1   ...   191   192   193   194   195   196   197   198   ...   214




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə