Telman hüseynov azərbaycan Respublikasının əməkdar iqtisadçısı, iqtisad elml



Yüklə 4,72 Mb.
Pdf görüntüsü
səhifə198/214
tarix16.11.2017
ölçüsü4,72 Mb.
#10605
1   ...   194   195   196   197   198   199   200   201   ...   214

Telman Huseynov 

 

530



Royyalti – lisenziya razılaşması adlanan kontrakt (müqavilə) – 

ə

sasında xaricdə olan aktivlərin, məsələn, kəşflər, firma nişanla-



rı, patentlər, "nou-hau", müəllif hüquqları və digərlərinin istifa-

dəsinə görə vaxtaşırı verilən lisenziya haqqıdır. Qeyri-maddi mül-

kiyyətin  sahibi  (lisenziar  –  patent  sahibi)  müəyyən  müddət  ərzində 

ondan istifadə hüququnu başqa firmaya (lisenziata – lisenziya alana) 

lisenziya  müqaviləsi  əsasında  verir,  lisenziat  adətən  buna  görə  li-

senziara  royyalti  ödəyir.  Əsasən,  aşağıdakılar  qeyri-maddi  aktivlərə 

(sənaye mülkiyyətinə) aid olunur: 

– patentlər, ixtiralar, formullar, proseslər, konstruksiyalar, sxemlər; 

– müəllif hüquqları, ədəbi, musiqi və ya rəssamlıq kompozisiyaları; 

– ticarət nişanları, firma adları, fabrik nişanları; 

– franşizlər, lisenziyalar, kontraktlar; 

– metodlar, proqramlar, proseduralar, sistemlər və s. 

Adətən lisenziar lisenziata texniki kömək göstərməli, lisenziat isə 

əldə etdiyi hüquqdan səmərəli istifadə etməli və lisenziara buna görə 

müqavilədə nəzərdə tutulmuş royyaltini ödəməlidir. 

Yeni  məhsul  və  texnoloji  proses  firmanın  bazardakı  mövqeyinə 

məhdud zaman kəsiyində təsir göstərir. Firmanın, xarici ölkədə ye-



ni istehsal güclərinin və satış sisteminin, yaradılmasını təmin et-

mək baxımından, imkanları lazımi səviyyədə olmadıqda, özünün 

malik olduğu qeyri-maddi aktivlərini xarici müəssisələrə satmaq-

la və ya icarəyə verməklə əlavə gəlir əldə edə bilir. Bundan əlavə, 

firma öz istehsalını genişləndirdiyi müddətdə, onun rəqiblərinin tex-

nologiyanı  təkmilləşdirməsi  nəticəsində  malik  olduğu  üstünlüklərini 

itirməsi  təhlükəsi  mövcud  olur.  Lisenziat,  lisenziya  müqaviləsinin 

onun  öz  gücü  ilə  analoji  texnologiyanın  hazırlanmasına  nisbətən 

ucuz başa gəldiyi halda, birinciyə (lisenziyaya) üstünlük verir. Buna 

görə də, müəssisə malik olduğu qeyri-maddi aktivlərdən özü istifadə 

etməklə  yanaşı,  onu  digər  müəssisə  və  firmalara  sata  və  ya  icarəyə 

verə bilər.  

Royyaltinin köməkliyi ilə françayzinq də ödənir, bu formada bir 

tərəf  –  françayzer  (iri  müəssisə)  digər  müstəqil  tərəfə  –  françayziyə 

(kiçik  müəssisə  operatoru),  özünün  firma  nişanından  istifadə  hüqu-

qunu satır. Buna əlavə olaraq, françayzer uzunmüddətli əsasda öz tə-

rəfdaşına  –  françayziyə  –  yarımfabrikat  və  dəstləşdirici  məmulatlar 




Fəsil 21. Firmanın xarici iqtisadi fəaliyyəti 

 

531



göndərmək, idarəetmə xidməti göstərmək və texnologiya vermək yo-

lu ilə ona təsərrüfat fəaliyyətini həyata keçirməkdə də köməklik gös-

tərir.  

Firmalar,  bir  qayda  olaraq,  ixracda  müvəffəqiyyət  qazandıqdan 

sonra, xarici firmalarla lisenziya və ya françayzinq müqavilələri ba-

ğlayırlar. Bu addım ixraca nisbətən firmanın öz üzərinə daha böyük 

məsuliyyət  götürməsini  nəzərdə  tutur.  Böyük  məsuliyyət  isə,  əsa-

sən,  firmanın  lisenziyanın  və  ya  françayzinqin  reallaşdırılması  ilə 

əlaqdar xarici ölkəyə texniki heyət yollaması, lisenziya və ya fran-

çayzinq müqaviləsi əsasında qeyri-maddi akivləri alan firmanın ye-

ni məhsulun buraxılışı üçün öz istehsal gücünü yaratması və ya ona 

uyğunlaşdırması ilə əlaqədardır. 

Müəssisənin  və  ya  firmanın  ən  əsas  aktivlərindən  biri  də  onun 

təcrübəli  və  istedadlı  menecerləridir.  ri  kapital  qoyuluşlarına  və 

mütərəqqi texnologiyaya baxmayaraq, bir sıra firmalar, xüsusilə az 

inkişaf etmiş ölkələrdəki dövlət müəssisələri rəhbər və mütəxəssis-

lərin ixtisas və təcrübə səviyyəsinin yetərincə olmaması ilə əlaqədar 

çətinliklərlə  qarşılaşırlar.  darəetmə  kontraktı  müəyyən  olunmuş 

haqq  müqabilində  firmanın  öz  menecerlər  heyətinin  bir  hissəsinin 

əcnəbi ölkə firmalarına köməklik göstərmək və ya müəyyən müddət 

ərzində ixtisaslaşdırılmış idarəetmə funksiyalarını icra etmək məq-

sədilə göndərilməsini nəzərdə tutur. 



darəetmə kontraktı üç halın yaranması zamanı bağlanır. Bi-

rinci halda ölkədə xarici investisiyalı müəssisə milliləşdirilir, yer-

li menecerlərin formalaşmasına qədər müəssisənin idarə edilməsi 

xarici  investora  həvalə  olunur.  Bu  halda  idarəetmənin  təşkilati 

quruluşu dəyişilməz qalır, lakin firmanın idarə heyətinin tərkibi 

dəyişir.  kinci halda yeni yaradılan müəssisə ilə idarəetmə kont-

raktı  bağlana  bilər.  Üçüncü  halda  isə,  xarici  firma  –  fəaliyyə

göstərən  müəssisənin  səmərəliliyinin  artırılması  məqsədilə  –  öz 

idarəetmə xidmətlərini təklif edir. 

"Qıfıl altı" layihələr müəssisənin tikintisi haqqında kontraktın bağ-

lanmasını nəzərdə tutur. Bu zaman müəssisə istismara hazırlıq səviy-

yəsinə çatdırıldıqdan sonra əvvəlcədən müəyyən edilmiş dəyərdə onun 

sahibinə təhvil verilir. "Qıfıl altı" layihələr adətən texnoloji avadanlıq-

ları  istehsal  edən  firmalar  tərəfindən  həyata  keçirilir  və  yeni  tikilən 




Yüklə 4,72 Mb.

Dostları ilə paylaş:
1   ...   194   195   196   197   198   199   200   201   ...   214




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə