Telman hüseynov azərbaycan Respublikasının əməkdar iqtisadçısı, iqtisad elml



Yüklə 4,72 Mb.
Pdf görüntüsü
səhifə200/214
tarix16.11.2017
ölçüsü4,72 Mb.
#10605
1   ...   196   197   198   199   200   201   202   203   ...   214

Fəsil 21. Firmanın xarici iqtisadi fəaliyyəti 

 

535



Kreditə ixrac faktiki məhsul ixracından sonra haqqı müəyyə

şə

rtlərlə və hər hansı müddəərzində ödənilən məhsulların ixra-



cını nəzərdə tutur.  

Azərbaycan  Respublikasının  dövlət  müəssisələri  və  əmlakında 

dövlətin payı 50 faizdən az olmayan digər müəssisələr məhsulların 

kreditə ixracını, bağlanan müqavilələrin  qtisadi  nkişaf Nazirliyin-

də  qeydiyyatdan  keçirməklə  aparırlar.  Digər  müəssisələr  isə,  məh-

sulların kreditə ixracını yalnız gömrük orqanlarında bəyan etməklə 

həyata keçirirlər. Əgər bu zaman ixrac olunan məhsulun istehsalçısı 

dövlət müəssisəsidirsə, onda bu məhsulun dəyəri dövlət müəssisəsi-

nə tam ödənildikdən sonra ixrac oluna bilər. 

Təkrar ixrac (reeksport) əməliyyatları ölkənin gömrük ərazi-

sinə daxil olan xarici mənşəli malları yenidən emal etmədən digə

xarici ölkələrə ixracını nəzərdə tutur. Belə əməliyyatlar üzrə bağ-

lanmış  müqavilələr  Azərbaycanın  beynəlxalq  öhdəliklərində  tələb 

olunan  hallarda  qtisadi  nkişaf  Nazirliyində  qeydiyyatdan  keçiril-

məklə, digər hallarda isə gömrük orqanlarında bəyan  edilməklə icra 

olunur. 

Konsiqnasiya yolu ilə ixrac əməliyyatları xarici subyektlərlə bağ-

lanmış müqavilələrə əsasən respublika hüdudlarından kənarda müəy-

yən müddət ərzində satmaq məqsədilə məhsulların ixrac edilməsidir.  

Konsiqnasiya  komisyon  şərtləri  əsasında  ticarətin  formalarından 

biridir. Lakin konsiqnasiya adi komisyon ticarəti deyil və ondan prin-

sipial  şəkildə  fərqlənir:  adi  komisyon  ticarətindən  fərqli  olaraq  əm-

təənin  qiymətini  əmtəəni  ixrac  edən  (konsiqnat)  firma  deyil,  onun 

satışını həyata keçirən xarici firma (konsiqnator) müəyyən edir. 

Konsiqnasiya ticarəti üçün ayrılan müddət əmtəələrin gömrük or-

qanlarında bəyan edildiyi gündən etibarən 180 günə qədər müəyyən 

olunur.  Satışdan  əldə  olunan  vəsaitlər  məhsullar  satıldıqca  10  bank 

günündən gec olmayaraq məhsul ixrac edənin ölkədəki bank hesabı-

na daxil olmalıdır. Məhsullar yuxarıda göstərilən müddətdə satılma-

dıqda 30 gün ərzində ölkəyə geri qaytarılır. Dövlət müəssisələri tərə-

findən məhsulların konsiqnasiya yolu ilə ixracı üzrə, bağlanan müqa-

vilələri  qtisadi  nkişaf Nazirliyində qeydiyyatdan keçirilməklə aparı-

lır. Digər müəssisələr məhsulların konsiqnasiya yolu ilə ixracını yal-

nız gömrük orqanlarında bəyan etməklə həyata keçirirlər. Bu zaman 



Telman Huseynov 

 

536



ixrac  olunan  məhsulun  istehsalçısı  dövlət  müəssisəsidirsə,  onun  də-

yəri istehsalçıya tam ödənilməlidir. 



Müvəqqəti ixrac əməliyyatları – xarici ölkələrdə xidmət göstə-

rilməsi,  lizinq  əməliyyatlarının  aparılması,  sərgilərdə,  yarmarka-

larda iştirakı və s. üçün məhsulların – yenidən işlənmədən – ölkə-

yə qaytarılması şərtilə ixracıdır. Dövlət müəssisələri tərəfindən məh-

sulların müvəqqəti ixracı əməliyyatları üzrə bağlanan müqavilələr  qti-

sadi  nkişaf Nazirliyində qeydiyyatdan keçirilməklə, digər müəssisələr 

tərəfindən isə gömrük orqanlarında bəyan edilməklə icra olunur. 

dxal əməliyyatları da ixrac əməliyyatlarına müvafiq olaraq növlərə 

ayrılır.  dxalla məşğul olan firmaların idxal etdikləri məhsulların göm-

rük dəyərlərinə nəzarəti gömrük orqanları həyata keçirir. 

Firmanın xarici iqtisadi fəaliyyətində qeyd edilən idxal-ixrac əmə-

liyyatları  ilə  yanaşı,  barter,  kooperasiya  əməliyyatları  və  sərhədyanı 

ticarət də mövcuddur. 



Barter əməliyyatları dəyəri ödənilmədən ekvivalent məbləğdə 

qarşılıqlı əmtəə (məhsul) mübadiləsini nəzərdə tutur. Barter əmə-

liyyatlarında  ekvivalent  məbləğində  məhsulların  göndərilməsi  və 

alınması  müddəti  90  günə  qədər  müəyyən  olunur.  Ekvivalent  məb-

ləğdə qarşılıqlı əmtəə mübadiləsi əgər göstərilən müddətdə başa çat-

mazsa,  onda  hesablaşma  müqavilədə  göstərilən  valyuta  ilə  10  bank 

günü  ərzində  yerinə  yetirilməli  və  vəsait  ixracatçının  ölkədəki  bank 

hesabına köçürülməlidir. Əgər qeyd edilən müddətlər ərzində ekviva-

lent məbləğdə əmtəə alınmadıqda və qarşılıqlı hesablaşma aparılma-

dıqda alınmamış əmtəənin dəyəri gizlədilmiş gəlir hesab edilir və fir-

ma buna görə məsuliyyət daşıyır. Barter əməliyyatları üzrə göndəri-

lən və ya gətirilən məhsulların gömrük bəyannamələrinin bir nüsxəsi 

əmtəə bəyan olduğu tarixdən etibarən 7 gün ərzində gömrük orqan-

ları tərəfindən müvəkkil banklara və  qtisadi  nkişaf Nazirliyinə gön-

dərilir.  Bütün  müəssisələr  tərəfindən  bağlanmış  barter  müqavilələri 

qtisadi  nkişaf Nazirliyində qeydiyyatdan keçirilməklə realizə oluna 

bilər.  


Kooperasiya əməliyyatları xammal, yarımfabrikatlar, məmu-

latların bu və ya digər (təmir, emal, son məhsul şəklinə gətirmə

qablaşdırma  və  s.)  məqsədlə  müvəqqəti  olaraq  ixracını  və  ya 

idxalını nəzərdə tutur.  


Yüklə 4,72 Mb.

Dostları ilə paylaş:
1   ...   196   197   198   199   200   201   202   203   ...   214




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə