Telman hüseynov azərbaycan Respublikasının əməkdar iqtisadçısı, iqtisad elml



Yüklə 4,72 Mb.
Pdf görüntüsü
səhifə199/214
tarix16.11.2017
ölçüsü4,72 Mb.
#10605
1   ...   195   196   197   198   199   200   201   202   ...   214

Telman Huseynov 

 

532



müəssisə  üçün  zəruri  olan  avadanlıqların  bir  hissəsi  də  onların  özləri 

tərəfindən təmin edilir. Bir çox hallarda belə layihələrin hazırlanması 

və yerinə yetirilməsi ilə tikinti təşkilatları da məşğul olurlar. 

Qeyd etmək lazımdır ki, "qıfıl altı" layihələrlə, əsasən, iri müəs-

sisələr məşğul olurlar və belə layihələrin dəyəri, adətən, milyonlarla 

ABŞ dollarına bərabər olur.  

"Qıfıl  altı"  kontraktların  bağlanması  üçün  sifarişçilər  layihəni 

həyata keçirəcək firmanı seçərkən əsasən aşağıdakıları nəzərə alır: 

– kontraktın təklif olunan qiyməti; 

– idxal olunacaq məhsulların maliyyələşməsi sxemi; 

– texnologiyanın və idarəetmənin keyfiyyəti; 

– firmanın təcrübəsi və nüfuzu. 

Beynəlxalq təcrübədə "qıfıl altı" layihələr üzrə ödəmələr mərhələ-

mərhələ  –  işlər  yerinə  yetirildikcə  ödənilir.  lkin  ödəmə  kontraktın 

dəyərinin 10-15 faizini təşkil edir, 50-65 faizi layihə üzrə işlərin ye-

rinə yetirildiyi dövrdə, qalan hissəsi isə müəssisə artıq fəaliyyət gös-

tərdiyi zaman kontraktın şərtlərinə görə ödənilir. Son məbləğ müəs-

sisə normal işləməyə başladıqdan sonra ödənilir. Buna  görə də belə 

kontraktlarda  müəssisənin  normal  işləməsini  qiymətləndirmək  üçün 

şərtlər əvvəlcədən müəyyən olunur. 



əssisə  və  firmaların  xarici  iqtisadi  fəaliyyətinin  formala-

rından biri də kollektiv kontraktlardır. Kollektiv kontraktlar bir 

firma üçün nisbətən böyük olan və ya müştərəşəkildə istifadəsi 

səmərəli olan layihələr üzrə bağlanır.  

"Hasilatın pay bölgüsü" kontraktları əsasən hasilat sənayesində bağ-

lanır. Belə kontraktların şərtləri adətən ölkənin milli qanunvericiliyində, 

ya da onlara qanun qüvvəsi verməklə müəyyən edilir. Kontrakt iştirak-

çıları hasil etdikləri mineral xammalı (neft, dəmir filizi və s.) öz arala-

rında  kontrakta  uyğun  bölürlər.  Bu  zaman  əldə  olunan  xammal  həm 

xərcləri  ödəməli,  həm  də  müqavilə  iştirakçılarına  mənfəət  əldə  olun-

masına imkan verməlidir.  

 "Servis  kontraktları"  xarici  şirkətin  müəyyən  haqq  müqabilində 

mineral  xammalın  kəşfiyyatı  və  hasilatını  aparması  üzrə  məsələləri 

əhatə edir. 

qtisadiyyatın  başqa  sahələrində  də  kollektiv  kontraktların  müx-

təlif formaları mövcuddur. Məsələn, müxtəlif ölkələrin aviaşirkətləri 



Fəsil 21. Firmanın xarici iqtisadi fəaliyyəti 

 

533



ölkələrarası  hava  marşrutuna  müştərək  xidmət  haqqında  kollektiv 

kontrakt bağlayırlar.  

Xarici investisiya mənfəət almaq məqsədilə xaricdə əmlaka sahib 

olmağı  əks  etdirir.  Bu  əmlak  əsasən  müəssisə  daxilində  olur.  Firma 

xarici  ölkədə  müəssisəyə  bütövlükdə  və  ya  pay  iştirakı  ilə  onun  bir 

hissəsinə sahib ola bilər.  



Firma  üçün  xarici  müəssisəyə  tamamilə  sahib  olmaq  daha 

sərfəlidir. Çünki bu halda müəssisə üzərində nəzarət sadələşir və 

ə

ldə  olunmuş  mənfəət  tam  şəkildə  firmaya  çatır.  Bu  bir  də  ona 

görə  sərfəlidir  ki,  müəssisədə  payı  olan  digər  investorlarla,  xüsusilə 

yerli payçılarla bir çox hallarda müəssisənin inkişaf strategiyasına və 

dividendlərin bölünməsinə dair fikir ayrılıqları aradan qaldırılır. 

 

Şəkil 21.1. Firmanın xarici iqtisadi fəliyyətinin formaları 



Xarici müəssisəyə tam sahib olmaq bir sıra üstünlüklərə malik ol-

masına baxmayaraq, firmaların müəyyən pay əsasında xarici müəssi-

sənin fəaliyyətində iştirakı forması da geniş  yayılmışdır. Bu bir sıra 

amillərlə  əlaqədar  olur  və  həmin  amillərə,  əsasən,  aşağıdakılar  aid-

dirlər: 

Xarici ticarət 

Texniki-iqtisadi 

əməkdaşlıq 

 

Elmi-texniki 



əməkdaşlıq 

Firmanın xarici iqtisadi fəaliyyəti 

- Texnologiyaların satışı  

- Texnologiyaların idxalı  

- Xarici filiallarla firmada-

xili texnologiya ticarəti

 

Valyuta birjalarında, 



hərraclarda, xarici 

valyutanın alqı-satqısı

  

- Bazarlarda ticarət 



- Əmtəə və xidmətlə-

rin idxalı 

- Xarici filiallar ilə 

firmadaxili ticarət

 

- Birgə müəssisələrin 



və xarici filialların ya-

radılması 

- Xarici investisiyala-

rın cəlb edilməsi 

- Beynəlxalq kredit 

Xarici ticarət 

 

Kapitalın 



ixracı

 (

idxalı) 



 

Texnologiya-

larla ticarət 

 

Valyuta 



ticarəti 


Telman Huseynov 

 

534



–  cöğrafi  aspektdə  firmanın  genişlənmə  prosesinin  sürətlən-

məsi.  Bu  halda  firma  daha  az  investisiya  qoyuluşları  həyata  keçir-

məklə müxtəlif ölkələrdə iştirak imkanına malik ola bilir; 



– elmi-tədqiqat və təcrübə-konstruktor işləri bazasının geniş-

lənməsi.  Belə  bir  vəziyyətdə  firma  paya  malik  olduğu  müəssisənin 

tədqiqat  bazası  hesabına  öz  innovasiya  fəaliyyətini  genişləndirməyə 

nail olur; 

– əlavə resursların cəlb olunması. Firmanın müəssisənin nizam-

namə  fondunda  paya  malik  olması  digər  tərəfdaşların  malik  olduğu 

resurslardan istifadəyə imkan yaradır. 

Qeyd etmək lazımdır ki, hər hansı bir firmanın məhsul ixracı im-

kanları məhdud olduqda o, xarici investisiya qoyuluşlarını həyata ke-

çirməyə  üstünlük  verir  və  bu  zaman,  əsasən,  bazarın  həcmi  onun 

üçün həlledici əhəmiyyət kəsb edir.  

Bütövlükdə, firmanın müştərək müəssisə yaratmaqda məqsədi 



tərəfdaşın bazar bilik və təcrübəsindən, onun satış şəbəkəsindən, 

malik  olduğu  daha  səmərəli  resurslarından  istifadə  etmək,  risk 

və xərcləri bölüşdürməkdən ibarət olur.  

Firmanın xarici investisiya qoyuluşları investisiya cəlb edən ölkə-

də istehsalı artırmasına baxmayaraq, bu, çox vaxt həmin ölkəyə idxa-

lı azaltmır. Əksinə, ölkədə yaradılmış müəssisənin maşın və avadan-

lıqlarla  təminatı,  onların  dəstləşdirici  hissə  (və  bağlama)  və  əlavə 

məhsullarla  təchizi  nəticəsində  ixracın  həcmini  daha  da  artırır.  Belə 

şəraitdə  xaricə  istehsal  amillərinin  hərəkəti  xarici  ticarəti  nisbətən 

stimullaşdırır və genişləndirir.  



3. Firmanın idxal və ixrac əməliyyatları 

Firmanın  xarici  iqtisadi  fəaliyyətində  idxal-ixrac  əməliyyatları 

əsas yer tutur.  dxal və ixrac əməliyyatları müəssisə tərəfindən xarici 

tərəfdaşlarla  bağlanmış  müqavilə  əsasında  və  ya  ticarət  vasitəçiləri-

nin iştirakı ilə həyata keçirilir. 

Firmanın ixrac əməliyyatlarına faktiki ixrac, kreditə ixrac, təkrar 

ixrac  (reeksport),  konsiqnasiya  (məhsulun  komisyon  şərtlərlə  satışı) 

yolu ilə ixrac və müvəqqəti ixrac əməliyyatları aiddir. 



Ölkədə istehsal, emal və təkrar emal olunan məmulatların əc-

nəbi ölkələrə satışı faktiki ixrac adlanır. 


Yüklə 4,72 Mb.

Dostları ilə paylaş:
1   ...   195   196   197   198   199   200   201   202   ...   214




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə