Telman hüseynov azərbaycan Respublikasının əməkdar iqtisadçısı, iqtisad elml



Yüklə 4,72 Mb.
Pdf görüntüsü
səhifə197/214
tarix16.11.2017
ölçüsü4,72 Mb.
#10605
1   ...   193   194   195   196   197   198   199   200   ...   214

Telman Huseynov 

 

528



Qeyd etmək lazımdır ki, ölkələr arasındakı xarici iqtisadi əla-

qələrə,  o  cümlədən  firmanın  xarici  iqtisadi  fəaliyyətinə  bir  sıra 

amillər təsir edir. Bu amillərə çoğrafi, tarixi, siyasi, hüquqi, iqti-

sadi və mədəni amillər aiddirlər. Sadalanan amillərin məcmusu xa-

rici mühiti formalaşdırır. Müəssisə və ya firma fəaliyyət göstərəcəyi 

mühiti,  oradakı  vəziyyəti  düzgün  müəyyən  etmək  üçün  qeyd  edilən 

amillər üzrə geniş informasiyaya malik olmalıdır.  

Xarici mühiti təşkil edən elementlərdən biri də bazarın durumu-

dur,  rəqabətin  səviyyəsidir.  Rəqabət  mühitini  məhsulun  keyfiyyət 

parametrlərinin  dəyişmə  sürəti,  istehsalın  optimal  həcmi,  alıcıların 

sayı,  onlardan  birinin  orta  hesabla  alıcılıq  qabiliyyəti  (alış  həcmi), 

alıcıların  stabilliyi,  yerli  və  xarici  rəqiblərin  nisbəti,  məhsulların 

nəqli xərcləri, rəqiblərin məxsusi qabiliyyətləri kimi amillər forma-

laşdırır.  

2. Firmanın xarici iqtisadi fəaliyyətinin formaları 

Dünya  təcrübəsində  xarici  iqtisadi  əlaqələrin  müxtəlif  növlərin-

dən istifadə olunur. Bunlardan: a) beynəlxalq texnoloji istehsal üsu-

lunun  divesifikasiyası  –  məhsulun  istehsalı  mərhələlərinin  müx-

təlif ölkələrdə yerləşdirilməsi; b) sənaye məhsulları üzrə idxal və 

ixrac – beynəlxalq ticarət; c) əcnəbi hüquqi şəxslər və iş adamları 

ilə  müştərək  müəssisələrin  yaradılması;  d)  investisiya  qoyuluş

üzrə əməkdaşlıq; e) turizm, bank və sığorta işləri üzrə xidmətlər; 

f) elmi-texniki işləmələr üzrə əlaqələr və s.-ni göstərmək olar. 

Bazar  iqtisadi  münasibətlərinə  keçmiş  bütün  ölkələrdə  firmalar 

üzərində dövlətin inhisarı aradan qalxdığından xarici iqtisadi əlaqələ-

rin əsas ağırlığı firmaların üzərinə düşür; firma xarici iqtisadi fəaliy-

yətin  əsas  həlqəsinə,  lokomotivinə  çevrilir.  Xarici  iqtisadi  əlaqələr 

üzrə fəaliyyətin növləri müəssisə və firmalar miqyasında bir qədər də 

konkretləşir.  

Firmalar  özləri  də  xarici  iqtisadi  məqsədlərini  həyata  keçirmək 

üçün xarici iqtisadi fəaliyyətin müxtəlif növlərindən istifadə edirlər. 

Həmin  fəaliyyətin  hər  hansı  birindən  istifadə  edərkən  firma,  malik 

olduğu  resursları,  həmçinin  öz məqsədinin  həyata  keçirilməsi  şərt-

lərini  dəqiq  qiymətləndirməlidir.  Firmanın  xarici  iqtisadi  fəaliyyət 

növlərinə idxal və ixrac əməliyyatları, nəqliyyat, lisenziyalaşdırma, 



Fəsil 21. Firmanın xarici iqtisadi fəaliyyəti 

 

529



françayzinq, idarəetmə kontraktları, "qıfıl altı" müqavilələri, birbaşa 

investisiya  və  portfel  investisiyasi  ilə  əlaqədar  əməliyyatlar  daxil-

dir.  

Əmtəələrin ixracına yerli istehsalın nəticəsi olan məhsulların ölkə 



xaricində,  idxalına  isə  xarici  ölkələrdə  istehsal  edilən  məhsulların 

ölkə daxilinə gətirilib satılması aid edilir.  dxal və ixrac əməliyyatları 

ayrı-ayrı ölkələrin beynəlxalq sövdələşmələrində əsas yer tutur. Fir-

manın  idxal  və  ixrac  əməliyyatları,  adətən,  həmin  firmanın  ilk 

xarici iqtisadi əlaqələri hesab olunur. Bu onunla izah edilir ki, belə 

əməliyyatlarda digər formalara nisbətən resurs sərfi daha az, müəssi-

sə üçün riskin səviyyəsi isə aşağı olur. Firma, xarici iqtisadi fəaliyyə-

tin digər formaları ilə məşğul olduqda idxal və ixrac əməliyyatlarını 

davam  etdirməyə  maneələr  yaranmır  və  onu  dayandırımaq  zərurəti 

ilə qarşılaşmır. 

Xidmətlərin  idxalı  və  ixracı  əmtəələrin  idxal  və  ixracından  fərq-

lənir. Bu qəbildən olan əməliyyatlardan gəlir əldə etmə xidmətlərin ix-

racı, onlara  görə pul ödəmə isə xidmətlərin idxalı sayılır. Xarici iqti-

sadi fəaliyyət çoxlu sayda və həm də müxtəlif xidmətləri əhatə edir. 

Bunlardan  bir  qrupuna  səyahət,  turizm,  servis xidməti  və  habelə 

nəqliyyat  aiddir.  Əmtəələrin  daşınması  və  turizmdən  daxilolmalar 

avioşirkətlərin,  dəniz  daşımaları  ilə  məşğul  olan  şirkətlərin,  bilet  və 

yerlərin  əvvəlcədən  bronlaşdırılması  üzrə  agentliklərin,  həmçinin 

mehmanxanaların – göstərdikləri xidmətlərin müqabilində – əldə et-

dikləri gəlirlərinin əsas mənbəyidir.  

Xidmətlərin  idxal  və  ixracında  komisyon  əməliyyatlar  mühüm 

yer  tutur.  Komisyon  əməliyyatlar  əcnəbi  ölkələrdə  bank  əməliyyat-

larının, sığorta, icarə və ya kirayə, layihə-konstruktor işləri və idarə-

etmə xidmətləri ilə əlaqədardır. Layihə-konstruktor işləri adətən "qı-

fıl  altı"  əməliyyatları  çərçivəsində  həyata  keçirilir  ki,  bu,  kontrakt 

əsasında istehsal güclərinin (sexin və ya müəssisənin) yaradılmasını 

və onların hazır vəziyyətdə istifadə etmək üçün sifarişçiyə təhvil ve-

rilməsini  nəzərdə  tutur.  darəetmə  xidmətlərinə  görə  komisyon  ödə-

mələri  əvvəlcədən  bağlanmış  idarəetmə  kontraktlarının  və  ya  əldə 

edilmiş razılığın nəticəsində həyata keçirilir ki, buna əsasən bir firma 

digərinə ümumi rəhbərlik və ya ixtisaslaşdırılmış idarəetmə funksiya-

larını yerinə yetirmək üçün menecer heyəti təqdim edir. 




Yüklə 4,72 Mb.

Dostları ilə paylaş:
1   ...   193   194   195   196   197   198   199   200   ...   214




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə