Telman hüseynov azərbaycan Respublikasının əməkdar iqtisadçısı, iqtisad elml



Yüklə 4,72 Mb.
Pdf görüntüsü
səhifə205/214
tarix16.11.2017
ölçüsü4,72 Mb.
#10605
1   ...   201   202   203   204   205   206   207   208   ...   214

Telman Huseynov 

 

548



siyasət  tədbirləri  tətbiq  etmədən,  bu  məhsulların  ölkənin  gömrük 

ərazisindən sərbəst dövriyyə üçün buraxılışından ibarət gömrük re-

jimidir. 

Məhsulların ixracı onların ölkənin gömrük ərazisinə geri qayta-

rılması haqqında öhdəlik götürülmədən xaricə aparılmasıdır. 



Məhsulların təkrar ixracı – idxal olunan əmtəələrin idxal rü-

sumları,  vergilər  alınmadan  və  ya  qaytarılmaqla,  həmçinin  iqti-

sadi siyasət tədbirləri tətbiq edilmədən ölkənin gömrük ərazisin-

dən ixrac olunmasından ibarətdir. 

Ə

mtəələrin məhv edilməsi, idxal olunan məhsulların gömrük rü-

sumları və vergilər alınmadan onların gömrük nəzarəti altında məhv 

edilməsindən ibarət gömrük rejimidir. 

Dövlətin  xeyrinə  əmtəədən  imtina,  gömrük  rüsumları  və  vergiləri 

alınmadan, həmçinin iqtisadi siyasət tədbirləri tətbiq edilmədən hüquqi 

və ya fiziki şəxsin məhsuldan imtina etməsinə əsaslanır.  

Gömrük tənzimlənməsinin əsasında gömrük tarifləri dayanır. 

Gömrük tarifləri firmaların xarici iqtisadi fəaliyyətin tənzimlənməsi-

nin klassik aləti kimi, gömrük rüsumlarının sistemləşdirilmiş siyahı-

sıdır. Əgər o, ixrac edilən məhsullara tətbiq olunursa, bu, ixrac tarif-

ləri, əgər tranzit məhsullardan alınırsa, bu, tranzit tarifləri, əgər idxal 

olunan  məhsullara  tətbiq  edilirsə,  bu,  idxal  tarifləri  adlanır.  Bu  za-

man gömrük rüsumu, əmtəənin gömrük sərhədini keçərkən ona tətbiq 

olunan  vergi  funksiyasını  yerinə  yetirir  və  idxal  ya  da  ixrac  olunan 

məhsulların qiymətini artıraraq xarici ticarət dövriyyəsinin həcmi və 

quruluşuna  təsir  göstərir.  Səmərəli  fəaliyyət  göstərən  gömrük-tarif 

mexanizmi – aktiv gömrük siyasətinin keçirilməsinin və ölkənin iqti-

sadi təhlükəsizliyinin qorunmasının əsas şərtidir.  



Qeyd edilən gömrük rüsumlarının növləri içərisində ən geniş 

yayılmışı idxal rüsumlarıdır.  dxal rüsumları idxal olunan məhsul-

ların qiymətinin artırılması vasitəsi kimi çıxış edir və nəticədə xarici 

analoqları ilə rəqabət aparan yerli məhsullar qiymət üstünlükləri qa-

zanırlar. Öz mahiyyətinə görə, hətta yerli məhsullar xarici analoqları 

ilə  rəqabət  aparmırsa  belə,  gömrük  rüsumları  daxili  bazarı  bu  rəqa-

bətdən  qoruyan  vasitədir.  Məsələn,  əgər  ölkənin  tədiyə  balansı  ilə 

əlaqədar  problemləri  varsa,  onda  hökumət  valyutaya  tələbatı  azalt-

maq məqsədilə hətta ölkədə yerli məhsullarla əvəz oluna bilinməyən 




Fəsil 21. Firmanın xarici iqtisadi fəaliyyəti 

 

549



məhsulların  qiymətini  yüksəltmək  üçün  gömrük  rüsumunu  artıra  və 

bununla da həmin məhsulun istehlakını azalda bilər. 

Gömrük  rüsumlarından  həmçinin  dövlət  büdcəsi  üçün  gəlirlərin 

əldə olunması vasitəsi kimi də istifadə olunur. 

 Azərbaycan  Respublikasında  aşağıdakı  gömrük  rüsumları  tətbiq 

edilir: 


– advalor rüsumlar – məhsulun gömrük dəyərinə görə faizlə he-

sablanır; 

–  spesifik  rüsumlar  –  məhsulların  vahidinə  görə  müəyyən  olun-

muş dəyərlə hesablanır; 

– kombinə edilmiş rüsumlar isə həm məhsulun gömrük dəyərinə, 

həm də onun vahidinə görə pul yığımını nəzərdə tutur.  

Göstərilən  gömrük  rüsumlarından  advalor  rüsumları  əsas  təşkil 

edir və ona görə həmin rüsum növü daha geniş tətbiq olunur. 

Məhsulların ixracını və idxalını operativ tənzimləmək üçün bəzi əm-

təələrə mövsümi rüsumlar tətbiq oluna bilər. Bu halda gömrük tarifində 

nəzərdə tutulmuş gömrük rüsumları dərəcələri tətbiq olunmur. Mövsümi 

rüsumların qüvvədə olduğu müddət il ərzində altı aydan artıq olmur. 

Ölkənin  iqtisadi  mənafeyini  qorumaq  üçün  idxal  edilən  məhsul-

lara müvəqqəti olaraq aşağıdakı xüsusi növ rüsumlar tətbiq olunur: 

a)xüsusi rüsumlar; 

b)antidempinq rüsumları; 

c) kompensasiya rüsumları. 

Xüsusi rüsumlar, adətən, məhsulların idxalının yerli istehsalçıla-

ra ziyan vuran və ya ziyan vura biləcək kəmiyyət və şərtlərlə həyata 

keçirildiyi halda iqtisadi təhlükəsizlik, bəzi ölkələrin və onların müt-

təfiqlərinin  ölkənin  mənafeyinə  toxunan  ayrı-seçkilik  və  digər  hərə-

kətlərinə cavab tədbiri kimi tətbiq edilir.  

Antidempinq rüsumları idxal olunan məhsulların qiyməti ölkə-

nin  gömrük  ərazisinə  gətirildiyi  anda  ixrac  olunduğu  ölkədəki  real 

dəyərindən xeyli aşağı olduğu təqdirdə və belə bir idxal bu qəbildən 

olan  yerli  məhsulların  istehsalçılarına  ziyan  vurduqda  və  onların  is-

tehsalının təşkilinə və genişləndirilməsinə maneçilik yaratdığı hallar-

da tətbiq edilir. 



Kompensasiya  rüsumları  ölkənin  gömrük  ərazisinə  gətirilən 

məhsulların istehsalı və ixracı zamanı birbaşa və dolayı subsidiyalar-




Telman Huseynov 

 

550



dan istifadə olunduqda və bu idxal yerli istehsalçıların iqtisadi məna-

feyinə ziyan vura biləcəyi təqdirdə tətbiq olunur. 

dxal-ixrac  əməliyyatlarının  tənzimlənməsinin  üsullarından  biri 

də məhsulların gömrük dəyərinin müəyyən olunması ilə əlaqədardır. 

Ölkənin gömrük ərazisinə gətirilən məhsulların gömrük dəyəri aşağı-

dakı üsullarla müəyyən olunur: 

– gətirilən məhsulların sövdələşmə qiyməti ilə; 

– eyni məhsulların sövdələşmə qiyməti ilə; 

– həmcins məhsulların sövdələşmə qiyməti ilə; 

– dəyərin toplanması üsulu ilə; 

– dəyərin çıxılması üsulu ilə; 

– ehtiyat üsulu ilə. 



Gətirilən məhsulların gömrük dəyərinin sövdələşmə qiyməti – 

gömrük sərhədindən keçirilərkən onlar üçün faktiki ödənilmiş və ya 

ödənilməli  olan  sövdələşmə  qiymətidir,  yəni  bu  qiymət  məhsulun 

alınması və gətirilmə yerinədək çəkilmiş bütün xərcləri əhatə edir. 



Eyni  məhsulların  sövdələşmə  qiyməti  qiymətləndirilən  əmtəə-

lərə hər cəhətdən, o cümlədən fiziki xüsusiyyətlərinə, keyfiyyətinə və 

bazardakı «nüfuzuna», istehsal edildiyi ölkəyə və istehsalçısına görə 

fərqlənməyən məhsulların sövdələşmə qiymətidir. 



Həmcins məhsulların sövdələşmə qiyməti bütün xüsusiyyətləri-

nə  görə  eyni  olmayan,  lakin  qiymətləndirilən  məhsullarla  iqtisadi 

təyinatı  eyni  olan  və  kommersiya  baxımından  bir-birini  əvəz  edə 

bilən əmtəələrin sövdələşmə qiymətidir. 



Dəyərin çıxılması üsulu ilə məhsulun gömrük dəyərini müəy-

yən etmək üçün, həmin əmtəənin gətirildiyi tarixdən 90 gündən gec 

olmayaraq  ölkə  ərazisində  eyni  və  ya  eynicinsli  məhsulların  ən  bö-

yük partiyasının satışı ilə qarşılıqlı asılılığı olmayan alıcıya satıldığı 

zaman məhsul vahidinə müəyyən olunmuş qiymət əsas götürülür. Bu 

zaman  satış  qiymətindən  ölkədə  ödənilmiş  komisyon  xərcləri,  mən-

fəətə əlavələr, satış xərcləri, məhsulların idxalı və satışı ilə əlaqədar 

ödənilməli olan idxal gömrük rüsumlarının, vergilərin, yığımların və 

digər  ödənişlərin  məbləği,  daşınma,  yüklənmə,  boşaldılma  işlərinə, 

sığortaya sərf olunan xərclər çıxılır. 



Dəyərin toplanması üsulu ilə gömrük dəyəri – qiymətləndirilən 

məhsulun ixrac edən ölkədə istehsal xərclərinin,  ixrac edən ölkədən 




Yüklə 4,72 Mb.

Dostları ilə paylaş:
1   ...   201   202   203   204   205   206   207   208   ...   214




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə