Telman hüseynov azərbaycan Respublikasının əməkdar iqtisadçısı, iqtisad elml



Yüklə 4,72 Mb.
Pdf görüntüsü
səhifə194/214
tarix16.11.2017
ölçüsü4,72 Mb.
#10605
1   ...   190   191   192   193   194   195   196   197   ...   214

Fəsil 20. Firmanın təsərrüfat-kommersiya fəaliyyətinin səmərəliliyi 

 

521



stehsalın mexanikləşdirilməsi və avtomatlaşdırılması, yeni texno-

loji istehsal üsullarının, daha səmərəli materialların, istehsalın və əmə-

yin  təşkilinin  qabaqcıl  formalarının  tətbiq  edilməsi  və  s.  iş  vaxtına, 

materiallara, enerjiyə qənaət olunmasına kömək edir, məhsul istehsalı-

nın  həcmini  artırır  və  bununla  da  məhsul  vahidinə  çəkilən  xərcləri 

azaldır.  Elmi-texniki  tərəqqinin  nailiyyətlərinin  mənimsənilməsi  ölkə 

iqtisadiyyatının texniki cəhətdən yenidənqurulmasına, istehsalın səmə-

rəliliyinin və məhsulun keyfiyyətinin yüksəlməsinə, əhalinin həyat sə-

viyyəsinin yaxşılaşmasına səbəb olur. 

stehsalın  iqtisadi  səmərəliliyinin  yüksəldilməsinə  istehsalın 

təmərküzləşməsi  əhəmiyyətli  dərəcədə  təsir  göstərir. Müəssisələ-

rin  optimal  həddə  qədər  iriləşdirilməsi  yeni,  yüksək  məhsuldar  ava-

danlığın tətbiq edilməsi üçün və bununla da əsas fondlardan istifadə-

ni  yaxşılaşdırmaq  və  məhsul  vahidinə  düşən  amortizasiya  ayırmala-

rının məbləğini azaltmaq üçün şərait yaradır. O, məhsul vahidinə dü-

şən inzibati-idarəetmə xərclərini xeyli aşağı salır, material  və  enerji 

ehtiyatlarından istifadəyə müsbət planda təsir göstərir. 

Lakin, bu fikir kiçik və orta ölçülü müəssisələrin  yaradılmasının 

texniki,  iqtisadi  və  sosial  baxımdan  zəruriliyini  nəinki  inkar  etmir, 

əksinə, onu şərtləndirir. 



stehsalın kombinələşməsi  məhsul vahidinə sərf edilən xam-

mal və enerji məsrəflərinin xeyli azalmasına səbəb olur. Bir çox 

sənaye  sahələrinin  müəssisələrində  xammaldan  kompleks  istifadə 

edilməsi eyni həcmdə xammal məsrəfləri ilə əlavə məhsul buraxma-

ğa imkan verir ki, bu da məhsulun maya dəyərini xeyli aşağı salır. 

Məsələn, metallurgiya kombinatında istilikdən və istehsalat tullantı-

larından səmərəli istifadə edilir, bununla da enerji və xammal məs-

rəfləri azalır, aqreqatlara xidmətlə əlaqədar işçilərə olan tələbat aza-

lır. 


stehsalın ixtisaslaşması və kooperativləşməsi ayrı-ayrı məh-

sul növlərinin hazırlanmasının kütləviliyini artırır, xüsusi, yük-

sək  məhsuldarlığa  malik  avadanlığın  tətbiqini  asanlaşdırır,  istehsa-

lın avtomatlaşdırılmasına və istehsalın axınlı təşkili üsullarının tət-

biq edilməsinə imkan yaradır. Nəticədə əmək haqqı xərcləri azalır, 

istehsalın həcminin artması ilə əlaqədar olaraq, məhsul vahidinə dü-

şən qeyri-sabit xərclər azalır.  




Telman Huseynov 

 

522



stehsalın təşkili – məlum olduğu kimi – konkret sosial-iqtisa-

di  şəraitdə  canlı  əməyin  istehsalın  maddi  ünsürləri  ilə  səmərəli 

ə

laqələndirilməsinə  dair  kompleks  tədbirlərin  həyata  keçirilmə-



sidir.  

Makroiqtisadi  səviyyədə  istehsalın  düzgün  təşkili  səmərəli  sahə 

strukturunun seçilməsini, ölkənin iqtisadi rayonlarının və iqtisadiyya-

tın sahələrinin proporsional inkişafını tələb edir. Bu, dövlətin iqtisadi 

siyasətinin mühüm tərkib hissəsidir. 

Sənaye  sahələri  çərçivəsində  istehsalın  təşkili  onun  optimal  tə-

mərküzləşməsində,  müəssisələrin  səmərəli  ölçüsünün  seçilməsində 

və əsaslandırılmasında, onların ixtisaslaşdırılmasında, kooperativləş-

məsində, kombinələşməsində və yerləşdirilməsində təzahür edir.  

stehsalın iqtisadi səmərəliliyinin artırılmasının strateji amil-

lərindən  biri  ölkənin  dünya  təsərrüfat  əlaqələrinə  qoşulması, 

beynəlxalq əmək bölgüsünün imkanlarından istifadədir. Məlum-

dur  ki,  ölkələr  arasında  iqtisadi  əlaqələr  üçün  əsas  bir-birini  əvəz 

edən və bir-birini tamamlayan istehsalların mövcud olmasıdır.  

Hər  hansı  bir  ölkənin  qarşısında  duran  əsas  problemlərdən  biri 

əhalinin  məşğulluğudur.  Bu  baxımdan,  iqtisadi  resursları  təsərrüfat 

dövriyyəsinə  cəlb  etməklə  ekstensiv  amillər  hesabına  məşğulluğun 

təmin olunması istiqamətində müəyyən addımlar atıla bilər. Lakin iq-

tisadi  inkişafın  müəyyən  səviyyəsində,  ekstensiv  amillərdən  istifadə 

imkanları azalmağa meyl etdikdə, ölkənin mütləq və müqayisəli üs-

tünlüklərə  malik  olduğu  istehsallar  üzrə  ixtisaslaşması  istehsalın  sə-

mərəliliyini artırır. Digər tərəfdən, bu, mövcud resursları daha səmə-

rəli istehsallara cəlb etməyə imkan verir. 

Beləliklə,  beynəlxalq  əmək  bölgüsü  məhsul  istehsalının  və  xid-

mətlərin səmərəli bölgüsünə dair ölkələr arasında qarşılıqlı təsərrüfat 

əlaqələrinin  dərinləşdirilməsini  şərtləndirən  obyektiv  prosesidir.  Bu, 

ölkələr  üçün  ictimai  istehsalın  səmərəli  sahə  və  ərazi  strukturunun 

formalaşmasına və milli iqtisadiyyatların daha dərin və sıx qarşılıqlı 

təsirinə doğru aparır. 

Qeyd  edilənləri  ümumiləşdirərək,  belə  nəticəyə  gəlmək  olar  ki, 

istehsalın iqtisadi səmərəliliyinə:  

– məhsulun əməktutumunun dəyişməsilə əlaqədar olaraq işçilərin 

istehsaldan azad edilməsi və ya onların istehsala cəlb olunması; 




Yüklə 4,72 Mb.

Dostları ilə paylaş:
1   ...   190   191   192   193   194   195   196   197   ...   214




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə