Telman hüseynov azərbaycan Respublikasının əməkdar iqtisadçısı, iqtisad elml



Yüklə 4,72 Mb.
Pdf görüntüsü
səhifə192/214
tarix16.11.2017
ölçüsü4,72 Mb.
#10605
1   ...   188   189   190   191   192   193   194   195   ...   214

Fəsil 20. Firmanın təsərrüfat-kommersiya fəaliyyətinin səmərəliliyi 

 

515



diyi  ümumi  səmərənin  məbləğində  bunun  «çəkisi»  daha  çox  olur. 

Lakin  istehsalın  nəticələrinin,  daha  doğrusu,  istehsal  edilmiş  məh-

sulların öz istehlakçılarına çatdırılması firmanın kommersiya fəaliy-

yətinin səmərəli təşkilindən bilavasitə asılı olur.  stehlakçıya çatdı-

rılmayan məhsulun istehsalı mənasızdır. Bütün bunlara görə də fir-

manın  istehsal  fəaliyyətinin  iqtisadi  səmərəliliyini  qiymətləndir-

məklə  bərabər  onun  kommersiya  fəaliyyətinin  iqtisadi  səmərəliliyi 

də ölçülməlidir. 

Firmanın  kommersiya  işinin  iqtisadi  səmərəliliyinin  müəyyən 

edilməsi istehsal fəaliyyətinin iqtisadi səmərəliliyinin qiymətləndiril-

məsi  metodikasından  fərqlənməməlidir;  xərc  və  gəlirin  müqaisəsi 

prinsipi rəhbər tutulmalı, əsas götürülməlidir. 

Firmanın  kommersiya  fəaliyyətinin  iqtisadi  səmərəliliyinin  qiy-

mətləndəirilməsi reallığı, əlbəttə, həm xərcin və həm də həmin xərcin 

gətirdiyi səmərənin düzgün müəyyən edilməsindən asılıdır. 

Firmanın kommersiya fəaliyyəti üçün çəkdiyi xərclər hansılardır? 

Həmin  xərclərin  nəticəsi  –  səmərəsi  nədir?  Bunları  necə  müəyyən 

etmək olar? 

Firmanın  istehsal  fəaliyyəti  kimi  onun  kommersiya  fəaliyyətinin 

də səmərəliliyini düzgün hesablamaq üçün həm xərclərin və həm də 

səmərənin həcmləri dəqiq müəyyən olunmalıdır. 

Məhsulun  realizə  olunması  ilə  əlaqədar  olan  xərclərin  hesablan-

ması  üçün  məhsulların  tam  maya  dəyərindən,  daha  doğrusu  kom-

mersiya maya dəyərindən onların istehsal maya dəyəri çıxılmalıdır. 

Kommersiya xərclərinin – istehsaldan kənar xərclərin – gətirdiyi 

səmərə isə bazar metodu ilə hesablanmış qiymətlə satılmış məhsulun 

həcmi  ola  bilər.  Çünki  kommersiya  xərclərini  çəkməkdən  məqsəd 

məhsulların satılmasıdır. 

Kommersiya  xərcləri  –  istehsaldan  kənar  xərclər  isə  –  reklam 

xərcləri,  marketinq  fəaliyyəti,  nəqliyyat  təşkilatının  saxlanması  və 

digər bu kimi xərclərdən ibarətdir. 

Məhsulun satılmasına çəkilən xərclə onun gətirdiyi səmərə müəy-

yən edildikdən sonra kommersiya fəaliyyətinin iqtisadi səmərəliliyini 

hesablamaq çətin deyildir. 

Firmanın  kommersiya  fəaliyyətinin  iqtisadi  səmərəliliyini  (Sk) 

aşağıdakı düsturun köməyilə hesablamaq olar. 




Telman Huseynov 

 

516



S

k

 = 



R

m

 



yaxud, 

S

k



 = 

R

m



 

M



– M

i

 



K

x

 



Burada R

m

 – bazar qiymətilə satılmış məhsulun həcmi, manatla; 



             M

k

 – məhsulun kommersiya maya dəyəri, manatla; 



              M

i

 – məhsulun istehsal maya dəyəri manatla; 



                K

x

 – kommersiya xərcləri, istehsaldan kənar xərclərdir, man. 



 Düsturda verilmiş kəsrin iqtisadi məzmunu «1 manatlıq kommer-

siya xərcinin gətirdiyi səmərədir». Başqa sözlə, düsturun köməyilə – 

xərclə səmərənin müqaisəsi  yolu ilə – firmaının kommersiya fəaliy-

yətinin iqtisadi səmərəliliyini qiymətləndirmək mümkündür. 

 Firmanın  kommersiya  fəaliyyətinin  qiymətləndirilməsi  üçün 

«satış  həcminin  rentabelliyi»  deyilən  bir  göstəricidən  də  istifadə 

olunur. Həmin göstərici aşağıdakı düsturun köməyilə hesablanır: 

R

s



 = 

×



100 

R



 Burada R

s

 – satış həcminin rentabelliyidir; 



              M – illik ümumi mənfəətin məbləğidir, manatla;  

             R

m

 – məhsul satışının illik həcmidir, manatla. 



Firmanın  kommersiya  fəaliyyətinin  iqtisadi  səmərəliliyi  göstəri-

cisi dinamikada təhlil edilməli, öyrənilməli və mövcud vəziyyətə qiy-

mət verilməlidir. 

stehsalın iqtisadi səmərəliliyi həm istehsalın nəticələrinə, həm də 

xərclərinə təsir göstərən bir çox amillər hesabına formalaşır. Xərclə-

rin azaldılması öz əksini canlı  əməyə, material  məsrəflərinə və əsas 

fondlara qoyulmuş investisiyaya qənaətdə tapır. Bütün bunlar göstə-

rir ki, istehsal amillərindən istifadə səviyyəsi istehsalın iqtisadi səmə-

rəliliyini müəyyən edir. 

nsanın  məqsədyönlü  fəaliyyətinin  nəticəsi,  səmərəsi  onun 

əyyən vaxt ərzində yaratdığı maddi nemətlərin kəmiyyəti ilə

yəni əməyin səmərəlilik səviyyəsi onun məhsuldarlığı ilə  müəy-

yən  olunur.  Əməyin  məhsuldarlığı  konkret  əmək  növünün  vaxt 

vahidi  ərzində  az  və  ya  çox  məhsul  istehsal  etmək  qabiliyyəti  ilə 

səciyyələnir. 

Əmək məhsuldarlığının yüksəldilməsi, əvvəllər qeyd edildiyi ki-

mi, vaxt vahidi ərzində istehsal olunan məhsulun kəmiyyətcə çoxal-



Fəsil 20. Firmanın təsərrüfat-kommersiya fəaliyyətinin səmərəliliyi 

 

517



dılması və yaxud məhsul vahidi istehsalına sərf olunan vaxtın, baş-

qa  sözlə,  məhsulun  əməktutumunun  azaldılması  yolu  ilə  mümkün 

olur. 

Əmək məhsuldarlığının səviyyəsinin dinamikasını qiymətləndirmək 



üçün istehsal olunmuş məhsulun həcmi və onun hazırlanması üçün sərf 

olunmuş iş vaxtı arasındakı nisbət göstəricisindən istifadə edilir.  

Canlı əmək məhsuldarlığının səviyyəsini xarakterizə edən göstə-

ricilərə məhsulun əmək tutumu və əmək məhsuldarlığı aiddir. Əmək 

məhsuldarlığı  istehsal  edilmiş  məhsulun  həcminin  məhsul  istehsalı 

üçün sərf olunmuş iş vaxtına nisbəti kimi müəyyən olunur. Əməktu-

tumu isə əmək məhsuldarlığının tərsi olan göstəricidir. 

Material resurslarından və habelə dövriyyə vəsaitlərinin digər baş-

qa  maddi  ünsürlərindən  səmərəli  istifadə  edilməsi  nəticəsində  ümu-

miləşdirici bir göstərici olan dövriyyə vəsaitlərinin dövr sürəti artır. 



Təkrara yol verilsədə, göstərmək lazımdır ki, dövriyyə vəsait-

lərindən istifadə səmərəliliyi bir neçə göstərici ilə – dövretmə əm-

salı (dövretmələrin sayı), dövriyyə vəsaitlərinin yüklənmə əmsalı 

və bir dövriyyənin uzunluğu ilə (günlərlə)  xarakterizə olunur. 

Dövriyyə  vəsaitlərinin  dövretmə  əmsalı  realizə  olunmuş  məhsul 

həcminin  (əlavə  edilmiş  dəyərin  satılmış  hissəsi)  dövriyyə  vəsait-

lərinin orta qalığına (illik, rüblük) nisbəti kimi hesablanılır. 

Dövriyyə  vəsaitlərinin  yüklənmə  əmsalı  dövretmə  əmsalının  tərsi 

kimi hesablanır və o, 1 manatlıq realizə olunmuş məhsula sərf edilmiş 

(ona təhkim edilmiş) dövriyyə vəsaitlərinin həcmini səciyyələndirir.  

Nəhayət,  dövriyyə  vəsaitlərinin  bir  dövriyyəsinin  gün  hesabı  ilə 

uzunluğu göstəricisi dövrdəki (il, rüb, ay) günlərin sayının dövretmə 

əmsalına bölünməsi yolu ilə hesablanılır.  



Xammal, yanacaq, enerji və digər material xərclərinin səmə-

rəsini  xarakterizə  edən  göstəricilərdən  biri  də  məhsulun  mate-

rialtutumudur.  Materialtutumu  (M

t

)  məhsul  vahidinə  sərf  olunan 



material resurslarını xarakterizə edir və aşağıdakı düsturla hesablanır: 

M



M

x



 

Burada, M



– məhsul istehsalına material sərfi; 

               N – məhsulun həcmi.  



Yüklə 4,72 Mb.

Dostları ilə paylaş:
1   ...   188   189   190   191   192   193   194   195   ...   214




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə