Telman hüseynov azərbaycan Respublikasının əməkdar iqtisadçısı, iqtisad elml



Yüklə 4,72 Mb.
Pdf görüntüsü
səhifə191/214
tarix16.11.2017
ölçüsü4,72 Mb.
#10605
1   ...   187   188   189   190   191   192   193   194   ...   214

Fəsil 20. Firmanın təsərrüfat-kommersiya fəaliyyətinin səmərəliliyi 

 

513



E

n+1 


–  E

n

-lə  müqayisədə  bir  bənd  artırılmış  (azaldılmış)  diskont 



normasıdır  ki,  bu  normada  inteqral  səmərə  sıfra  yaxın  mənfi  və  ya 

müsbət qiymət alır. 

S

n

 və S



n+1 

– E


n

 və E


n+1

 -ə uyğun inteqral səmərədir.  



nvestisiya layihələrindəən səmərəli variantın seçilməsi inteq-

ral səmərə göstəricisinin köməyilə iki yolla həyata keçirilə bilər. 

Birincisi, differensial yanaşma yolu ilə. Bu halda kapital qoyuluş-

larının  arasındakı  fərqin  inteqral  səmərəsi  hesablanır.  Həmin  səmə-

rənin mənfi və ya müsbət olmasından asılı olaraq ikinci və ya birinci 

variant seçilir.  

kinci halda isə, daxili rentabellik norması hesablanır və hansı va-

riant daxili rentabellik normasının yüksək olmasını təmin edirsə, hə-

min varianta üstünlük verilir. 

Rentabellik indeksi müəyyən dövrə gətirilmiş xərclərin həmin döv-

rə gətirilmiş investisiya xərclərinə nisbəti kimi müəyyən olunur. 



T



0

t

t

a

t

X

:

t

a

T

0

t

t

N

r

J

=

=



=

 

Əsaslı vəsait qoyuluşlarının özünü ödəmə müddəti, xalis mənfəə-



tin həcmi illər üzrə eynidirsə – ümumi investisiyanın həcmi illik xalis 

mənfəətlə amortizasiya ayırmalarının cəminə (pul axınına) bölməklə 

tapılır.  Əgər  kapital  qoyuluşları  müəssisə  fəaliyyətə  başlamazdan 

əvvəl həyata keçirilərsə və onun mənfəəti illərə görə fərqlənirsə, on-

da ümumi xərclərin cəmindən xalis mənfəətlə amortizasiya ayırmala-

rının  illik  məbləğini  çıxmaqla,  onun  (kapital  qoyuluşunun)  özünü 

ödəmə müddəti müəyyən edilir. Məlumdur ki, bazar iqtisadiyyatı şə-

raitində  istənilən  investisiya  qoyuluşu  risklə  bağlıdır  və  investisiya-

nın özünü ödəmə müddəti artdıqca riskin dərəcəsi də artır. Çünki in-

vestisiya layihəsi nə qədər uzun müddət üçün nəzərdə tutulursa, iqti-

sadi və bazar konyunkturasının dəyişmə ehtimalı yüksəlir və bununla 

əlaqədar olaraq qeyri-müəyyənlik artır.  

Qeyd etmək lazımdır ki, investisiya qərarları qəbul edərkən in-

teqral  səmərə  göstəricisinə  üstünlük  verilməsi  daha  məqsədəuy-

ğ

un  hesab  olunur.  Əsaslı  vəsait  qoyuluşlarının  ödənmə  müddəti 



göstəricisi  iqtisadi  səmərəliliyin  təqribi  qiymətləndirmə  meto-

dudur. Bu metod vaxt amilini və ödənmə müddətindən sonra  yara-


Telman Huseynov 

 

514



nan  gəlirləri  nəzərə  almır.  Daxili  rentabellik  norması  göstəricisinin 

mühüm  qüsuru  onun  investisiyanın  miqyasını  nəzərə  almamasıdır. 

Digər  tərəfdən  daxili  rentabellik  normasını  hesablayan  zaman  o,  bir 

yox, bir neçə qiyməti ala bilər. 

Variantları  müqayisə  etdikdə,  iqtisadi  səmərəliliyi  hesablamaq 

üçün əsaslı xərclər və birdə əlaqədar sahələrdə məhsulun maya dəyə-

ri nəzərə alınır.  qtisadi səmərəliliyin kəmiyyəti o zaman daha dəqiq 

müəyyən edilə bilər ki,  əsaslı məsrəflər və əldə  edilmiş qənaət həm 

həmin obyekt üzrə, həm də onunla əlaqədar sahələrin obyektləri üzrə 

nəzərə alınmış olsun. 

Əsaslı vəsait qoyuluşlarının və yeni texnikanın tətbiq edilməsi va-

riantlarının müqayisəsini onların keyfiyyət baxımından təhlili ilə ta-

mamlamaq  lazımdır,  çünki  əsaslı  vəsait  qoyuluşlarının  və  yeni  tex-

nikanın tətbiq edilməsinin nəticələrini bütün hallarda kəmiyyətcə ölç-

mək mümkün olmur.  

Deməli, əsaslı vəsait qoyuluşlarının, yeni texnikanın və isteh-

salın təşkilinin müqayisəli və ümumi iqtisadi səmərəliliyini müəy-

yən  edən  zaman  onların  kəmiyyətcə  ölçülməsini  və  keyfiyyət  tə-

rəflərinin təhlilini düzgün əlaqələndirməyə səy göstərilməlidir. 

3. Kommersiya fəaliyyətinin və istehsal amillərinin səmərəliliyi  

Məlumdur  ki,  firmanın  işi  onun  istehsal  fəaliyyəti  ilə  bitmir,  o 

həm də kommersiya fəaliyyəti ilə məşğul olur. Təkrar olsada - müəs-

sisə ilə firmanın fərqlənməsinin təməl səbəbi də elə budur. Məhz bu-

na  görə  də  hər  bir  firma  özünün  istehsal  fəaliyyəti  ilə  yanaşı  kom-

mersiya  fəaliyyətini  qiymətləndirməlidir,  ona  nəzarət  işini  həyata 

keçirməli və onu idarə etməlidir. Deməli, firmanın bütövlükdə fəaliy-

yətinin səmərəliliyi həm onun istehsal və həm də kommersiya fəaliy-

yətindən asılıdır. Firmanın kommersiya işinin iqtisadi səmərəliliyi isə 

istehsalda deyil, bazarda özünü büruzə verir.  

Hansı firmanın bazardakı mövqei güclüdürsə – dayanaqlı və təhlükə-

sizdirsə, onun kommersiya fəaliyyəti stabil və səmərəli olur. Beləliklə, 

firma üçün 2 iqtisadi səmərəlilik mövcuddur – iqtisadi və kommersiya. 

Qeyd etmək lazımdır ki, firma üçün fəaliyyətinin hər iki istiqa-

mətinin ona fayda gətirməsində – eyni dərəcədə olmasa da – maraq-

lıdır. Əlbəttə, onun üçün ən önəmlisi istehsaldır – firmanın əldə et-




Yüklə 4,72 Mb.

Dostları ilə paylaş:
1   ...   187   188   189   190   191   192   193   194   ...   214




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə