Telman hüseynov azərbaycan Respublikasının əməkdar iqtisadçısı, iqtisad elml



Yüklə 4,72 Mb.
Pdf görüntüsü
səhifə187/214
tarix16.11.2017
ölçüsü4,72 Mb.
#10605
1   ...   183   184   185   186   187   188   189   190   ...   214

Telman Huseynov 

 

502



başına  düşən  ümumi  milli  gəlir  göstəricisi  ilə  müəyyən  olunur.  Be-

ləliklə,  ölkə  iqtisadiyyatının  fəaliyyət  nəticəsi  ictimai  istehsalın 

səmərəlilik meyarı kimi ümumi milli gəlir qəbul edilə bilər.  

Ümumi milli gəlirin artırılması və habelə ictimai istehsalın iqtisa-

di  səmərəliliyinin  yüksəldilməsi  bir  sıra  təsərrüfat  tədbirlərindən  – 

investisiya qoyuluşundan səmərəli istifadə edilməsi, məhsuldar qüvvə-

lərin düzgün yerləşdirilməsi, əmək və material ehtiyatlarından maksi-

mum  istifadə  olunmasından  və  əlbəttə,  elmi-texniki  tərəqqinin  sürət-

ləndirilməsindən və s.-dən bilavasitə asılıdır. 

ctimai istehsalın iqtisadi səmərəliliyinin düzgün hesablanması sə-

mərəlilik meyarının ümumi milli gəlir olmasını qəbul etməklə bitmir. 

Bundan az əhəmiyyət kəsb etməyən bir məsələ də ümumi milli gəlirin 

(səmərənin) artırılmasına səbəb olan ictimai əmək məsrəfinin tərkibini, 

onu təşkil edən xərclərin iqtisadi məzmununu, hesablamaya daxil edil-

mə  qaydasını  təfsilatı  ilə  öyrənməkdədir.  Özünün  miqyasına,  öyrə-

nilmə tarixinə, ölkənin iqtisadi potensialının artırılmasındakı rolu-

na, istifadəsinin ictimai istehsalın səmərəliliyinə təsir gücünə, iqti-

sadi inkişaf və sosial tərəqqidəki əhəmiyyətinə və s. görə əsaslı və-

sait (investisiya) qoyuluşu kimi xərc ünsürünə analoq yoxdur. 

Müəssisə  səviyyəsində  investisiya  qoyuluşlarında  əsas  məqsəd 

təsisçilərin maddi rifahının yaxşılaşdırılmasıdır. Bu baxımdan müəs-

sisənin fəaliyyətinin əsas göstəricisi mənfəətdir. Müəssisələrdə əsaslı 

vəsait  qoyuluşunun  iqtisadi  səmərəliliyini  müəyyən  edərkən  səmərə 

(meyar)  kimi  mənfəət,  səmərəlilik  göstəricisi  kimi  mənfəətin  əsaslı 

vəsait qoyuluşuna nisbəti kimi müəyyən edilir. 

Hər hansı bir ölkədə iqtisadi artımı investisiya qoyuluşunun həc-

mi  müəyyən  edir.  Bazar  münasibətlərinə  əsaslanan  iqtisadi  sis-

temdə  cəmiyyətin  iqtisadi  inkişafı  investisiyanın  həcmi  və  onun 

səmərəliliyindən bilavasitə asılı olur. Belə ki, ümumi milli məhsul 

gəlir  kimi  yığım  və  istehlak  xərclərinin  cəmindən,  xərc  kimi  isə 

istehlak  xərcləri  və  investisiyanın  cəmindən  ibarətdir.  Yığım  in-

vestisiya  üçün  təklifi,  planlaşdırılan  investisiyanın  həcmi  isə  tələbi 

müəyyən edir. Tələb və təklifin nisbəti isə investisiyanın qiymətini – 

faiz dərəcəsini müəyyən edir. 

nvestisiyanın  həcminə  gəlincə  o,  bir  tərəfdən  faiz  dərəcəsindən, 

digər tərəfdən isə onun səmərəliliyindən asılıdır. Daha doğrusu, inves-




Fəsil 20. Firmanın təsərrüfat-kommersiya fəaliyyətinin səmərəliliyi 

 

503



tisiyanın səmərəliliyinin aşağı həddini faiz dərəcəsi müəyyən edir. Bu 

onunla əlaqədardır ki, investisiyanın (birdəfəlik xərclərin) həyata keçi-

rilməsi ilə gəlirlərin qazanılması arasındakı vaxt fərqi vardır. Faiz də-

rəcəsi ev təsərrüfatının öz vəsaitlərinə sərəncam və istifadə hüququnu 

müəyyən  müddətə  itirdiyi  üçün  aldığı  haqqı  (riski  nəzərə  almasaq) 

göstərir. Digər tərəfdən təsərrüfat subyekti (sahibkar) faiz dərəcəsinin 

səviyyəsinə uyğun qiymətə əldə etdiyi investisiya vəsaitinə faiz dərə-

cəsindən  yüksək mənfəət normasını təmin  etməlidir. Qeyd olunanları 

nəzərə  alaraq,  investisiyanın  həcmi  ilə  faiz  dərəcəsi  və  mənfəət  nor-

ması arasındakı asılılığı aşağıdakı kimi göstərmək olar: 

 

A  –   faiz dərəcəsi və mənfəət norması 



Şəkil 20.1.  nvestisiyanın həcmi ilə faiz dərəcəsinin səviyyəsi və 

mənfəət norması arasındakı əlaqə 

 Beləliklə,  investisiyanın  səmərəliliyinin  müsbət  olması  investi-

siyanın həyata keçirilməsi üçün kifayət deyil. Bunun üçün investisi-

yanın səmərəliliyinin son həddi (ən aşağı həddi) faiz dərəcəsinin (bu-

rada faiz dərəcəsi dedikdə, ölkənin kredit bazarında formalaşan orta 

illik faiz dərəcəsi nəzərdə tutulur) səviyyəsindən yuxarı olmalıdır. 

Cəmiyyətdə hər bir sahibkar investisiyanı həyata keçirərkən onun 

nəzərdə tutduğu normal mənfəət normasını faiz dərəcəsinin səviyyəsi 

ilə investisiyanın qoyulduğu sahədəki riskin səviyyəsi müəyyən edir. 

Qeyd  etmək  lazımdır  ki,  faiz  dərəcəsi  müxtəlif  dövrlərə  görə  dəyi-

şərək mənfəət normasına təsir göstərdiyi halda, investisiya mühitinin 

sabit halında ayrı-ayrı istehsal növləri üzrə mənfəət normaları arasın-

dakı fərq riskin səviyyəsinə uyğun müəyyən olunur.  



 Sahibkarlıqda risk dedikdə, müəssisənin zərər və itkilərə mə-

ruz  qalması  ehtimalı  nəzərdə  tutulur.  Bütövlükdə,  risk  mücərrəd 

anlayış deyildir,  yəni  əgər keçən il sahədəki 10  müəssisədən 3-ü if-

lasa  uğrayıbsa  və  yeni  ildə  keçən  ilə  nisbətən  şərtlər  dəyişməyibsə, 

nvestisiyanın həcmi




Telman Huseynov 

 

504



bu  sahədə  iflasolma  riski  30  faizə  bərabərdir.  Risk  artdıqca,  bu  sa-

həyə investisiyanın da həcmi azalır və sahibkarlar da mənfəət norma-

sını daha yüksək planlaşdırırlar. Çünki, əlavə stumul bu sahəyə əlavə 

investisiya  cəlb  edə  bilər.  Ümumiyyətlə,  insanlar  öz  vəsaitlərini  hər 

hansı bir öbyektə qoyarkən, onları təmin edə bilən mənfəət norması 

mövcud olur. Bu mənfəət norması hər kəs tərəfindən normal mənfəət 

norması  kimi  qəbul  olunur.  Müəssisələr  investisiya  qoyuluşlarında 

həyata  keçiriləcək  təsərrüfat  tədbirlərinin  texniki-iqtisadi  əsaslandı-

rılmasını işləyib hazırlayırlar və bu tədqiqat nəticəsində riskin səviy-

yəsinə  uyğun  müəssisəni  təmin  edə  bilən  mənfəət  norması  və  onun 

əldə  olunması  imkanlarını  hərtərəfli  qiymətləndirirlər.  Bütövlükdə, 

sahə üzrə normal mənfəət norması risksiz dərəcə ilə maliyyə və kom-

mersiya  risklərinə  görə  mükafatın  məbləğinə  bərabər  olur.  Risksiz 

dərəcə isə, adətən, dövlətin buraxdığı qısamüddətli istiqraz vərəqələ-

rinin  gəlirlik  dərəcəsi  hesab  edilir.  Aydındır  ki,  investorlara  öz  və-

saitlərini  dövlət  təminatında  olan  qısamüddətli  istiqraz  vərəqələrinə 

deyil,  daha  riskli  olan  istehsal  müəssisələrinə  qoymaq  üçün  əlavə 

stimul gərəkdir. 

  qtisadi resurslar içərisində ən likvid və mobil resurs pul və-

saitləridir.  Əgər  qısamüddətli  dövrdə  hər  hansı  bir  sahədə  normal 

mənfəətdən yüksək əlavə mənfəət əldə edilirsə, investisiya vəsaitləri 

həmin  sahəyə  axır.  Nəticədə,  bu  sahədə  təklifin  artması  qiymətlərin 

qismən aşağı düşməsinə  və istifadə  edilən resurslara tələbin artması 

hesabına  onların  qiymətinin  nisbətən  yüksəlməsilə  əlaqədar  istehsal 

xərclərinin  artması  baş  verir  ki,  nəticədə  mənfəət  norması  özünün 

normal səviyyəsinə enir. 

 Qeyd edilənlər, ayrı-ayrı müəssisələrdə mənfəət normalarının bə-

rabər olması fikrinin təsdiqlənməsi üçün əsas ola bilməz. Əksinə, tə-

sərrüfat fəaliyyəti prosesində ayrı-ayrı müəssisələr iqtisadi resurslar-

dan səmərəli istifadə səviyyəsi və istehsal xərclərinin səviyyəsi baxı-

mından fərqlənirlər. Bəzi müəssisələr zərərlə işləyir, bəzi müəssisələr 

isə hətta müflis olurlar.  

  stehsal  prosesinin  iqtisadi  və  sosial  nəticələri,  eləcə  də  ictimai 

istehsalda texnoloji irəliləyişlər – hər ikisi ictimai əmək məsrəflərinin 

nəticələri olmalarına baxmayaraq – öz məzmunlarına görə biri-birlə-

rindən fərqlənirlər. 



Yüklə 4,72 Mb.

Dostları ilə paylaş:
1   ...   183   184   185   186   187   188   189   190   ...   214




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə