152
uzandırdı və hər üçündən ikisini ölümə məhkum etdi. Beləliklə Moabitlər onun
təbəəsi oldular və ona vergi verirdilər.” Həmin kitabdakı “Davidin qələbə şərqisi”
fəslində isə onun öz dilindən deyilir ki, “Mən onları (düşmənləri- müəllif) tarmar
etdim
və onlar toza çevrildilər, / Mən onları palçıq kimi tapdaladım.”
B.e.ə. 883-859-cu illərdə Assuriyada çarlıq etmiş Aşşurnasirpal Şimali
Mesopotamiyanı, Şimali Suriyanı və Finikiyanı işğal etmişdi. Məğlub etdiyi
düşmənlərini lovğalıqla belə xatırlayır: “Mən onların döyüşçü qruplarından 3000-ni
silahla doğradım… Onlardan götürdüyüm çox sayda əsirləri odda yandırdım.
Çoxlarını diri ələ keçirdim, onlardan çoxunun əllərini biləkdən kəsdim, digərlərinin
burunlarını, qulaqlarını və barmaqlarını kəsdim, çox sayda əsgərlərin gözlərini
çıxartdım… Onların cavan kişilərini və qadınlarını ölüncəyə qədər odda yandırdım”.
Üç əsr keçməmiş İsrail çarı Davidin öz ölkəsi yadellilərin işğalına məruz qaldı.
B.e.ə. VIII əsrin sonunda Assuriya çarı Sennaxerib Yerusəlimi mühasirəyə aldı.
Sennaxerib (b.e.ə. 704-681-ci illərdə hökmranlıq etmişdi) Yerusəlimin b. e. ə. 701-ci
ildə baş verən mühasirəsini belə qeyd edir: “Yəhudilər mənim zülmümə tabe
olmadıqda, onların güclü şəhərlərindən 46-nı mühasirəyə aldım… Mən onlardan
200.150 adamı, cavanları və qocaları, kişiləri və qadınları ölkədən kənara qovdum,
həmçinin saysız-hesabsız atlarını, qatırlarını, eşşəklərini, dəvələrini qənimət
götürdüm. Özümü Yerusəlimdə saray iqamətgahında qəfəsdə olan quş kimi əsir
etdim. Onları (şəhərləri – müəllif) ilə torpaq işləri ilə mühasirəyə aldım ki, öz şəhər
qapılarını tərk edənlər cana doysunlar”.
Yalnız hücum edən qoşun arasında baş verən qorxulu epidemiya ona böyük
ziyan vurduqda, Sennaxerib şəhəri tutmaq məqsədindən vaz keçdi. Yəhudilərin
şişirtməsinə görə, guya 185 min assuriyalı döyüşçü xəstəlikdən qırılmışdı. Necə olsa
da, yəhudilərin lənəti öz işini görməkdə davam etdi və b.e.ə. 681-ci ildə Sennaxerib
Minutra allahının məbədində öz oğlanları tərəfindən qətlə yetirildi.
B.e.ə. 669-633-cü illərdə Assuriya çarı olmuş Aşşurbanipal isə işğal etdiyi
Babillə necə davrandığını belə təsvir edir: “Mən (haqqımızda) böhtan danışanların
dillərini boğazından çıxardım… Mən onları qəti olaraq məğlub etdim. Digərlərini
diri-diri, himayəçi ilahələrimizin heykəllərini dağıtdıqları qaydada əzdim, necə ki,
mənim babam Sennaxerib onları əzmişdi, – indi mən nəticədə onun ruhuna gecikmiş
də olsa, dəfn qurbanı verirəm. Mən onların cəsədlərini kiçik parçalara bölüb, itlərə,
donuzlara, … quzğunlara, göydə uçan quşlara, həmçinin dənizlərdəki balıqlara
yedirtdim. Bunlardan sonra böyük allahlarımızın, mənim ağalarımın ürəklərini
yenidən sakitləşdirdim. Taundan ölənlərin cəsədlərini itlər və donuzlar yeyib
doyduqdan sonra, kənara uzaqlaşdırdım. Onlar, həm də dəhşətli aclıqdan həyatlarını