154
David isə taleyin daim onun xalqına himayə göstərəcəyini güman etdiyindən,
onun mümkün dolanbaclarına göz yummuşdu. Babilistan əsarəti qədim yəhudiləri
dəhşətli sınağa çəkmişdi. Peyğəmbər Yeromiya Yerusəlimin işğal edilməsinin və
dağıdılmasının şahidi olmuşdu. Bibliyanın “Ağılar” kitabında şəhərin bədbəxtliyinə
bəslənən kədər və hüzn, onun acı dərdləri tükürpədən cizgilərlə təsvir edilir:
“Müharibədə həlak olmaq sonra ölməkdən yaxşı idi, çünki adamlar aclıqdan yavaş-
yavaş ölürdü, onları saxlamaq üçün heç bir qida yox idi. Xalqımın üstünə gələn
bədbəxtlik dəhşət doğurur; sevən analar qida əvəzinə öz uşaqlarını isti suda qaynadıb
yeyirdilər”.
“Babil əsirliyi” dövrü həm də yəhudi dininin- iudaizmin və onun sərt
qanunlarının formalaşması üçün həlledici əhəmiyyətə malik oldu. Bu din yad
xalqların əhatəsində yəhudilərdə vahid bir xalqa məxsusluq hissini qoruyub
saxlamağa kömək etdi. B. e. ə. 445-ci ildə müqəddəs mətnlər olan Tora tərtib olundu,
bu toplu iudaizm ardıcıllarının bütün həyatını tənzim edən göstərişlərdən ibarət idi.
Bizim eranın 70-ci ilində isə Roma imperatoru Vespasianın sərkərdə oğlu,
gələcək imperator Tit yəhudi üsyanını rəhmsizcəsinə yatırdıqda, bu vaxt
Yerusəlimdəki çar İrodun tikdirdiyi Məbəd yandı və bir daha bərpa olunmadı, ondan
yadigar kimi yalnız “Ağlama divarı” adlanan Qərb divarı qalır.
Palestina romalılar tərəfindən imperiyaya anneksiya
edildi və yəhudilər tədricən
Roma imperiyasının digər hissələrinə yayıldılar. Əsrlər ərzində yəhudilərin bir
ölkədən başqasına keçməsi və ya diaspora bu əzabkeş xalqın mövcudluğunun mərkəzi
faktına çevrildi. Davidin düşmənlərinə qarşı amansızlığı daha böyük miqyasda öz
xalqına qarşı tətbiq edildi. XV əsrin sonunda sefard yəhudilər kütləvi şəkildə
İspaniyadan qovulduqda, onlara daha çox sığınacaq verənlərdən biri Osmanlı
imperiyası oldu. XX əsrin 30-cu və 40-cü illərində isə antisemitizm Hitler diktaturası
dövründə genosid siyasətinə və praktikasəna çevrildi. Yəhudilərə qarşı aparılan
Holokost tarixin ən dəhşətli epizoduna çevrildi, 6 milyona qədər yəhudi öz həyalarını
natsistlərin ölüm düşərgələrində, həmçinin aclıqdan və xəstəliklərdən qurban verməli
oldu.
Böyük Aleksandrın (b.e.ə. 356-323-cü illər) böyük qələbələri ilə yanaşı heç də
az əhəmiyyət daşımayan xidməti yunan sivilizasiyasının xilas etməsi idi. Çünki o,
b.e.ə. 334-cü ildə Asiyaya yürüşünü başlayanda Ellada zəifləmiş, Persiya
güclənmişdi. Lakin Aleksandr şöhrətpərəst olduğu kimi, həm də qəddar idi. Avropada
vuruşarkən qonşu Fivanı təslim etdikdə və viran qoyduqda, kiçik bir istisna nəzərə
alınmasa, şəhərin sakinlərini qul olmağa satmışdı. Bununla o, digər yunan dövlətlərini
qorxutmaq istəyirdi. Asiya işğalları vaxtı isə, b.e.ə. 332-ci ildə Finikiya şəhəri olan