182
Trotski QULAQ-ın əsasını qoyanlardan biridir. Lakin nədənsə heç kəs onun
cinayətlərini yada salmır. Rus yazıçısı A.İ. Kuprin Trotski barədə yazırdı ki,: “Bu
adam müstəsna dərəcədə azalmayan qəzəbdən ibarət idi və o, daim sönməyən qan
yanğısından başqa heç nəyə susamırdı.”
Əxlaqının təmizliyi ilə də o, heç cür öyünə bilməzdi. 1929-cu ildə SSRİ-dən
sürgün edildikdən sonra İstanbul yaxınlığındakı adada, Fransada yaşadı, özünə
sığınacaq tapmaq üçün təhlükəsiz yer axtarırdı. Böyük Meksika rəssamı Diyeqo
Rivera ona dostu kimi kömək etmək üçün ölkə prezidenti olan Losaro Kadenasla
yaxın münasibətinə görə ondan Trotskiyə Meksikada sığınacaq verilməsini
xahiş edib,
razılıq almışdı. 1937-ci ildə öz arvadı ilə Meksikaya gələn Trotski paytaxtda onun
evində yaşamağa başlamışdı. Ona qarşı alicənablıq göstərmiş Riveraya xəyanət
edərək, onun rəssam arvadı, saqqalına görə inqilabçını “keçi” adlandıran Frida Kalo
ilə intim yaxınlığa girişmişdi və bu, ərlə - arvadın boşanmaları ilə nəticələnmişdi.
1956-cı ildə Nikita Xruşşov Sovet İttifaqı Kommunist Partiyasının XX
qurultayındakı gizli məruzəsində Stalinin şəxsiyyətinə pərəstişi amansız tənqidə
məruz qoymaqla, özünün də fəal iştirak etdiyi 1937-38-ci illərin repressiyasının bütün
günahını artıq qəbirdə uyumaqla özünü müdafiə etmək imkanı olmayan, vaxtilə kölə
kimi xidmət etdiyi bir adamın üstünə yıxdı. Hindular özləri öldürmədiklərinin skalpını
çıxartmırlar, yalnız özləri qətlə yetirdiklərinin skalpına sahib olurlar. Xruşşov isə
özünün Ukraynada öldürdüklərinin də skalpından imtina edərək, onları da Stalinin
xatirəsının üzərindən asdı.
Beş il sonra isə o, Hitler ordusu üzərində ilk böyük qələbə qazanıldığı,
müharibədə dönüş nöqtəsi sayılan Stalinqrad döyüşü ilə məşhurlaşan bir şəhərin adını
da dəyişdi. Stalinqradda sovet qoşunlarının qələbəsi sovet-alman cəbhəsində
müharibənin gedişində əsaslı dönüşün başlanğıcı kimi məşhurlaşmışdı. Adını daşıyan
döyüşdəki qələbəyə görə Stalinqrad əslində simvola çevrilmişdi. 6 iyun 1944-cü ildə
Müttəfiq qoşunlarının nəhəng desantından sonra Normandiyadakı ilk böyük qələbə -
burada almanlar bütün tanklarını itirmiş, 40 min alman əsgəri məhv edilmiş, 90 min
isə əsir götürülmüşdü – Normandiya Stalinqradı adlandırılmışdı. Məhz qələbə
simvolu kimi Stalinqrad adını yaşatmaq olardı, çünki həmin döyüşün şərəfi ilə Stalinə
olan cılız nifrətin heç bir əlaqəsi yox idi. Necə olur ki, Parisdə Stalinqrad küçəsi qalır,
SSRİ-də isə bu adın üzərinə tabu qoyulur. Amerikanın inqilabdan əvvəlki 13
koloniyasında Böyük Britaniya kraliçalarının, kralının və digər xadimlərinin şərəfinə
coğrafi adlar və şəhər adları var idi: Virciniya (ingilislərin ilk məskunlaşdığı ərazi,
sonra isə koloniya ingilis kraliçası I Elizabetin “Bakirə” ləqəbinə görə belə adlanırdı),
Merilend (əri kral Uilyam Oranc ilə birlikdə İngiltərəni idarə edən kraliça Mariyanın