178
ideyaları, əməlləri hətta təhqiramiz qaydada qətranla boyansa da, onları
cəzalandırmaq mümkün deyildir. Tarixi şəxsiyyətin nəhəngliyi onunla aparılan
mübarizəni uğursuzluğa düçar edir, onun xatirəsi ilə iyrənc şəkildə davrananların
özünü gülünc vəziyyətdə qoyur. Çünki onun dağ silsiləsini andıran fəaliyyətini ən qatı
dumanla da
gizlətmək olmur, inkar etmək cəhdi isə yalnız yüngül ağıldan xəbər verir.
Leninin ölümündən sonra Maksim Qorki yazmışdı: “Hətta onun düşmənləri
cəbhəsindən olan bəziləri də vicdanlı qaydada etiraf edirlər ki, Leninin şəxsində
dünya elə bir adamı itirdi ki, o, müasiri olan bütün böyük adamlar arasında özündə
dahiliyi daha aydın təcəssüm etdirirdi”. Bolşevizmə nifrəti ilə fərqlənən Uinston
Çörçill isə Oktyabr inqilabının rəhbəri barədə ona məxsus olan ziddiyyəti belə ifadə
etmişdi: “Leninin anadan olması ruslar üçün böyük bədbəxtlik olduğu kimi, onların
növbəti bədbəxtliyi onun ölməsi idi”. Hər iki böyük düha Lenin barədə öz müstəqil
mövqelərindən çıxış etməklə yanaşı, həqiqətdən o qədər də uzaqlaşmayaraq, onun
böyüklüynü etiraf edirlər.
SSRİ-də sosializmin qurulması kimi nəhəng bir işə rəhbərlik edən Stalinin
ünvanına indi hər cür lənətlər yağdırılır. Repressiyaya məruz qalmış günahsız
adamların, indi o vaxtlar cəzalandırılmışların hamısı fərqinə varmadan belə
adlandırılır, gənc pöhrələrinin guya intiqam hissindən doğan nifrətini də bütünlüklə
əsassız saymaq olmaz. 1930-cu illərdə qolçomaqlara qarşı mübarizə adı altında,
həmçinin 1937-38-ci illərdəki ümumən repressiya və təqiblər görünməmiş miqyas
almışdı. Repressiyanın ilk qurbanları kəndlilər olmuşdu, qolçomaqlığın bir sinif kimi
ləğvinə başlanmışdı. 1929-cu ildə isə “Şaxtı işi” adı altında mühəndislərin təqibinə
start verilmişdi. Sinfi düşmən və ya xalq düşməni adı altında milyonlarla insan
həbsxanalara atılmış, çoxları güllələnmişdi. Onların əksəriyyəti bəlkə də quruluşu
qəbul etmir, bəyənmirdi. Lakin onlar dövlətə elə bir ciddi ziyan vurmaq iqtidarında
deyildilər. Hansısa poeziya nümunəsi adamları məhv edən bombaya çevrilə bilməzdi,
lakin onların müəllifləri ölümə məhkum edilirdi.
Antistalinçilər öz nifrətlərində ölçü hissi bilmədiklərindən Stalini nəinki
cinayətkar, hətta monstr, paranoik adlandırırlar. Stalinə yönələn ən böyük
ittihamlardan biri Hitler Almaniyası ilə 1939-cu ilin avqustunda hücum etməmək
barədə Paktın bağlanması idi. Buna general Şarl de Qoll daha ədalətli səbəb
göstərərək qeyd etmişdi ki, Stalin aqressiyanın qurbanı olmaqdansa, aqressiyayın
qazancına şərik çıxmağa üstünlük vermişdi. Axı bundan əvvəl Stalinin Qərbə, Fransa
və İngiltərəyə Hitler Almaniyasına qarşı müttəfiqlik xahişi cavabsız qalmışdı.
Stalinə qarşı olan tənqidin böyük hissəsi obyektiv olduğu halda, nifrətdə qəzəbin
yetişdirdiyi meyvələr də az deyildir. Onların arasında özünü liberal kimi göstərmək