172
ki, onların qabaqcadan qarşısını almaq və təhlükəsini aradan qaldırmaq artıq
mümkündür. Bəlkə də nə vaxtsa insanlar öz resurslarına müvafiq olan istiqamətlərin
əhəmiyyətini başa düşməklə dehumanizasiyanın da qarşısını almağı, onu
dayandırmağı və ya bütünlüklə kökünü kəsməyi bacaracaqdır.
İrqçiliyin ilkin təzahürlərini ispanlar Meksikanı və Perunu işğal edəndə, ağlar,
xüsusən ingilislər Şimali Amerikada məskunlaşdıqdan sonra onların yerli, tuzəm
əhaliyə göstərdikləri qəddarlığın, vəhşiliyin timsalında görmək mümkündür. Ernando
Kortesin başçılığı altında ispan ekspedisiysı 1519-cu ildə Meksikada sahilə çıxıb,
indiki Mexikonun yerində olan atstek paytaxtı Tenoçtitlanı işğal edəndə, atstek
hökmdarı Montesuma onun şəxsində , rəvayətə görə vaxtilə himayə etdiyi xalqı tərk
etmiş ağ sifətli allahın qayıdıb gəldiyini güman edərək, ona qiymətli hədiyyələr verdi.
Montesuma Kortesi inandırmağa çalışdı ki, o, şəhərə girməsin. Kortes isə Tenoçtitlanı
tutub, Montesumanı girov götürdü. Atsteklər qiyam qaldırıb, işğalçıları şəhərdən
qovdular. İspanlar dörd ay davam edən qızğın döyüşdən sonra paytaxtı yenidən
tutdular və əhalini kütləvi surətdə qırmağa başladılar. Meyidlərin üfunəti şəhərin
havasını korlamışdı, bundan Kortesin özü də xəstələnmişdi. Montesuma da ispanların
vurduğu yaradan 1520-ci ildə ölmüşdü.
1531-ci ildə ispan konkistadoru Fransisko Pisarro Peruya qədəm basanda
imperiyanı idarə edən Atahualpanı oğurlatdırdı. Peru hökmdarı müşavirlərinə xəbər
göndərdi ki, ispanların tələb etdiyi girov məbləğini ödəsinlər. Lakin Pisarro onu azad
etmədi və1532-ci ildə edam etdi. Həmin ili Kusko şəhərini işğal edib, oradan nəhəng
həcmdə qızıl götürdü. Hətta perulular ispanların tələbi ilə çox yer tutmasın deyə,
olduqca qiymətli qızıl
bəzək şeylərini əridib, kütlə şəklində təhvil verirdilər.
Şimali Amerikada isə yerli əhali olan hindulara qarşı yeni məskunlaşan ingilislər
əsl genosid həyata keçirirdilər, bərabər olmayan döyüşlərdə çox sayda hindu qırılırdı.
Amerikanlar onların yaşadıqları əraziləri ələ keçirirdilər. 1776-cı ildən indiyə qədər
Birləşmiş Ştatlar Şimali Amerikanın yerli əhalisinin təqribən 1,5 milyard akr torpağını
onların əllərindən almışlar ki, bu da Böyük Britaniya ərazisindən 25 dəfə çoxdur.
Amerika hindularının zorla torpaqlarından köçürülməsi “Göz yaşları yolu” adlanır.
Hindulara qarşı müharibə onların kökünü kəsmək məqsədini güdürdü. İnqilabın elan
etdiyi azadlıq və bərabərlik idealları onlara aid deyildi. 1800-cü ildə sonralar
Birləşmiş Ştatlara məxsus olacaq ərazilərdə yerli amerikalı hindular əhalinin 15
faizini təşkil edirdi, 1900-cü ildə isə Şimali Amerika hinduları əhalinin təqribən 0,5
faizinə bərabər idi, beləliklə öz vətənlərində milli azlığa çevrilmişdilər. İndi onlar 3,8
milyon nəfər olmaqla, ABŞ əhalisinin 1 faizindən çoxunu təşkil edirlər.
173
İnsana nifrət özünü müxtəlif formalarda göstərir, onun ən iyrənc növlərinə də
tarixdə rast gəlmək mümkündür. Kompraçikoslar (bu söz ispan dilində “uşaqları satın
alanlar” deməkdir). İspaniyada, İngiltərədə və digər ölkələrdə XIII-XVII əsrlərdə
uşaqları oğurlamaqla və ya satın almaqla, onları təlxək, akrobat və sairə şəklində
satmaq üçün eybəcər hala salmaqla məşğul olurdular. Viktor Hüqonun “Güləyən
adam” romanının qəhrəmanı Quinplen uşaq vaxtı kralın əmri ilə həmin adamlar
tərəfindən belə eybəcərləşdirilmişdi. Onun ağzı qulağına qədər cırılmış olduğundan,
daim, hətta ağlayanda da gülən kimi görünürdü. Yeganə yaxşı hal orasında idi ki,
Quinplenə vurulmuş gözəl qız Deya Ursus kor olduğuna görə onun eybəcərliyindən
hali deyildi. Quinplenin dəhşətli qılafının arxasında onun həssas, fədakar və sevən
könlü gizlənirdi. Dahi Hüqo uşaqlara qarşı insanlığa zidd olan bu qəddarlığı özünə
məxsus olan
təsirli yaxmalarla, yüksək effektliliklə təsvir edir.
Kompraçikoslar çoxdan tarixin zibilliyinə təhvil verilmişdir. Lakin uşaqlara
qarşı cinayətlər formasını dəyişməklə başqa şəkil alır. Bütün dünyanın hiddətinə
səbəb olan pedofiliya genişlənərək, artıq biabırçı şəbəkələrin köməkliyi ilə yayılmağa
başlamışdır.
Tarixə daxil olanlar köçəri quş deyildir
Tarixi şəxsiyyətlərə onların əməllərindən asılı olaraq hörmət bəslənilməklə
yanaşı, çoxları nifrət obyektlərinə çevrilirlər. Əlbəttə, qəddarlıq simvolu olanlara tarix
arealında daha çox rast gəlinir. Onlar qarşıya qoyduqları məqsədə çatmaq, nail
olduqlarını qoruyub saxlamaq üçün bu sərt vasitəyə əl atırlar. İnqilablar isə bir qayda
olaraq qanla qidalanır, qan tökmədən ötüşə bilmirsə, onların arasında İngiltərə Şanlı
inqilabı yeganə istisna hesab edilməlidir, bu sosial kataklizmə başçılıq edənlər həmin
güclü silaha barmaqarası baxa bilmirlər. Burada təəccüb doğuran bir şey də yoxdur,
axı inqilab vasitəsilə həyatın bütöv məhvəri dəyişilməyə məruz qalır, qanla suvarılan
torpaq isə zəhərli meyvələr yetişdirməyə qadirdir. Buna başcılıq edənlər heç də
mələklərə çevrilə bilməzlər, onlar cəmiyyətdə köklü dəyişikliklər etmək missiyasını
öz üzərlərinə götürmüşlər. Mələklər isə özləri dəyişmədikləri kimi, belə
metamorfozlarda da iştirak edə bilməzlər. Digər tərəfdən mələklər məkandan və
zamandan kənardadır, dinin, mistikanın məhsuludur.
İnqilaba başçılıq edənlər isə atlant Göy qübbəsini çiynində saxladığı kimi,
insanlar qrupunun ona bəslədiyi və təzyiqi Göy qübbəsinin ağırlığından heç də az
olmayan ümid kütləsini çiynində daşımaq üçün diqqəti heç də vasitələrin