86
Yunnanda, Şensidə və Kansudakı müsəlman üsyanları həmin əyalətlərdə
çinlilərlə müsəlmanlar arasında toqquşmalardan öz başlanğıcını götürmüşdü. Dini
rəğbətsizlik nəzərə alınmalı idi, lakin daha əhəmiyyətlisi sosial və siyasi fon idi.
Müsəlman-çinli rəqabəti 1821-ci ildən meydana gəlmişdi. Hökumət qulluqçuları
çinliləri müdafiə etmişdilər və müsəlmanlar həm çinlilərə, həm də hakimiyyətə qarşı
mübarizəyə qalxmağa məcbur olmuşdular.
1862-ci ildə Şensidəki digər müsəlman iğtişaşı Kansuya və Şərqi Türküstana
yayıldı və 15 il ərzində davam etdi. Üsyanın sonrakı səhnəsində üsyançılar imperial
ordu tərəfindən məğlub edildikdə, Kansuya qaçdılar və bu əyalət mübarizənin başlıca
teatrına çevrildi. Şensidə və Kansuda çoxlu müsəlman liderləri var idi, lakin onlar nə
ümumi qərargaha, nə də vahid siyasətə malik deyildilər.
Sənaye inkişafı və kənar zonalardakı dəyişikliklər
Müasir sənaye inkişafının birinci dövründə (1861-1872-ci illər) cəhd istiqaməti
odlu silah və maşınlar manufakturalarında cəmləşmişdi. Çox sayda kiçik müəssisələr
yaranmışdı. Lakin onların istehsal səviyyəsi ümidləri doğrultmurdu. İkinci
dövrdə(1872-1894-cü illər) ağırlıq silahlar sənayesindən manufakturaların geniş
sahəsinə dəyişildi. Başlıca sərmayə qoyanlar kompradorlar (iqtisadi cəhətdən geridə
qalmış ölkələrdə burjuaziyanın bir hissəsi olmaqla, onlar xarici kapitalla milli bazar
arasında vasitəçilik edirlər) idi. Onlar Çin kommersiyası ilə müqavilənin izn verdiyi
limanlardakı xarici firmalar arasında birləşdirici həlqəni təşkil edirdi və özlərinə
böyük sərvət toplaşmışdılar.
1760-cı ildən sonra Şərqi Türküstanda, Kaşkariyadan qərbdə Fərqanədə
qüdrətli karvan ticarətinin mərkəzi kimi Kokand xanlığı meydana gəldi. Mükəmməl
üsyan Şensidən və Kansudan sürətlə Şərqi Türküstana keçdi. Kokand avantüristi
Yaqub bəy Kaşkariyaya müdaxilə etmək imkanı qazandı və 1865-ci
ildə orada özünün
hakimiyyətini qurdu. O, Hindistanda britaniyalıları dəstəkləmək istəyirdi. Kansudakı
müsəlman üsyanını 1879-cu ildə yatırtdıqdan sonra Taypin generalı 1876-cı ildə
Urumçini işğal etdi.
Nepalla Britaniya Hindistanı arasındakı sərhəd mübahisəsi 1801-ci ildən sonra
qəflətən baş verməklə, 1814-1816-cı illərdən ingilis-Nepal müharibəsinin getməsinə
səbəb oldu. Nepalda siyasi iğtişaşlar dövründə 1832-ci ildən sora ingilislər əleyhinə
olan dəstə hakimiyyəti ələ keçirdi və Çindən kömək göstərilməsini aradı, lakin bu
təklif rədd edildi. 1846-cı ildə Nepalın baş naziri gənc Bahadur Britaniya meylli