155
Tiri altı ay mühasirədə saxladıqdan sonra, donanması olmadığından adadakı şəhəri
tuta bilmirdi, şəhərlə materiki birləşdirmək üçün bənd zolağı çəkdi. Böyük qurbanlar
verən şəhər təslim olmağa məcbur oldu. Aleksandr sakinləri qul olmağa satdı, bəziləri
isə çarmıxa çəkdirildi. O, Persiyadakı gözəl Persepolis sarayını yandırıb, xaraba
qoydu ki, Afinanın perslər tərəfindən yandırılmasının qisasını alır.
O, öz dostlarına və silahdaşlarına qarşı da qəddarlıq edirdi. Marakanda
qalasındakı ziyafətdə uşaqlıq dostu Klit yerli perslərin yanında, Makedoniya qoşun
rəislərini lağa qoyan mahnılar oxunması ilə onlara istehza edilməsindən hiddətlənib,
Aleksandrla sözləşdi. O, Kliti qorxaqlıqda ittiham etdikdə, dostu Qranik döyüşündə
onu ölümdən xilas etdiyi hadisəni yada saldı. Qəzəblənən Aleksandr mühafizəçisinin
nizəsini qapıb, uzun illər dostluq etdiyi və həqiqi xilaskarı olan bir adamı qətlə yetirdi.
Sonra o, sərkərdə Parmenionu, oğlu Filotu edam etdikdən sonra onun qisas
alacağından qorxub qətlə yetirtdirdi.
Tsin Şi Huan-di b.e.ə. 221-ci ildə Çinin birləşməsinə və mərkəzi dövlət
yaranmasına nail olanda “hökmdar” mənasını verən “van” titulundan imtina edib, ilk
dəfə “huan-di” – imperator adına yiyələndi. Bundan əvvəl kiçik dövlətə başçılıq
edəndə isə o, İn Çjen kimi tanınırdı. İmperator olduqdan sonra isə yüksək
hakimiyyətin və qüdrətin yeganə mənbəyi hesab olunurdu. Şi Huan-di ifadəsindəki şi
– “birinci” mənasını verməklə onun ilk imperatorluğuna işarə idi, di – “Qütb ulduzu”
demək idi, huan-di isə “parlayan qütb ulduzu” ifadəsi olmaqla, həm də imperator
mənasını verirdi. Deməli, Yer üzərindəki hökmdar səma cismi ilə eyni qaydada
adlanırdı. Tsin isə sülaləsinin adı idi. O, sərhəd boyu mövcud olan divarların, məşhur
Çin səddinin birləşdirilməsi və möhkəmləndirilməsi işinə sayı yüz minlərlə ölçülən
işçi qüvvəsi cəlb etmişdi. Bu tikintilərdə on minlərlə adam ailəsindən uzaqlarda
həyatını itirirdi. Ümumiyyətlə, o, nəhəng layihələr pərəstişkarı idi. Çinin bütün
ərazisindən keçən
kanal çəkdirmək istəyirdi, lakin bu layihə həyata keçmədi.
Şi Huan-dinin hökmdarlığı dövründə adamlar təqiblər vasitəsilə nəhəng tikinti
işlərinə cəlb edilirdi, onların çoxu da tikinti yerinə gələndə yollarda ölürdü, bir hissəsi
isə qaçmaqla canını qurtarmaq istəyirdi. Belə bir hadisə 1849-cu ildə Kaliforniyada
qızıl tapıldıqdan sonra əmələ gələn ağlasığmaz “qızıl həyəcanı” vaxtı da baş vermişdi.
Ölkənin hər tərəfindən bir andaca varlanmağa can atanlar evlərini, işlərini atıb, dəli
kimi bura tələsirdilər. Hakimlər mühakimələrini yarımçıq qoyub, məmurlar iş
yerlərini tərk edib bu macərada iştirak etməyə yollanırdılar. Çoxları yollarda
xəstəliklərdən ölürdü, əksəriyyətinin isə Kaliforniyada arzularının puç olması və
ümidlərinin dağılması ilə həyatın acı davamı gözləyirdi. Çoxları qızıl tamaq əvəzinə,
156
bütün var-dövlətlərini, nəhayət, həyatlarını itirməli olurdular. Çindən fərqli olaraq
adamlar
buna məcbur edilmirdilər, özləri könüllü surətdə bu ağılsızlığa gedirdilər.
İmperator Şi Huan-diyə gəldikdə, o, qəddarlığını tez-tez işə salırdı, onun
siyasətini tənqid etdiyinə görə yüzlərlə ziyalı öldürülmüşdü. Hüquqa həsr
olunanlardan savayı başqa mövzularda olan bütün kitablar, hətta bağçılığa və bitki ilə
müalicə dərmanlarından bəhs edənlər də ictimai dövriyyədən təcrid edilirdi. Səbəb isə
ondan ibarət idi ki, imperator bu bitkiləri təhlükəli və qaydanı pozan hesab edirdi. O,
Konfutsinin kitablarını yandırtmışdı. Qay Yuli Sezar b. e. ə. 48-ci
ildə Aleksandriyada
hərbi tələ qurmaq məqsədilə öz gəmilərini yandırdıqda, yanğın məşhur Aleksandriya
kitabxanasına da keçib, onu məhv etmişdi. 639-cu ildə xəlifə Ömər Misiri işğal
edərkən Quranda yazılanların vahid və hərtərəfli elm olduğunu əsas götürərək,
Aleksandriya kitabxanasını yandırmağı əmr etmişdi.1258-ci ildə isə Çingiz xanın
nəvəsi olan monqol sərkərdəsi Hulaqu Bağdadı tutduqda şəhəri qarət edib, Müdriklik
evini dağıtmış, onun zəngin kitabxanasının bütün kitablarını Dəclə çayına atdırmışdı.
Qəzəbi soyumayan monqol xanı xəlifə ilə birlikdə şəhərin 800 mn sakinini
öldürtmüşdü. Yəqin ki, Hitler də 1938-ci ildə Nyurnberqdə kitab tonqallarına yol
açanda bu ideyanın köhnə müəllifinin bədnam irsinə əsaslanmışdı.
Karfagen sərkərdəsi Hannibal (b.e.ə. 247-183-cü illər) cəsur olduğu qədər, həm
də qəddar idi. İspaniyada Romanın himayəsində olan Saquntu zəbt etdikdə, o, bütün
şəhər sakinlərinin öldürülməsini əmr etmişdi.
Pont çarı VI Mitridat Yevpator (b.e.ə. 132-63-cü illər) Romaya qarşı intiqam
hissinə görə Kiçik Asiya şəhərlərində yaşayan bütün romalıların bir gün ərzində
qırılmasına göstəriş vermiş və həmin gün 150 min adam qətlə yetirilmişdi.
B.e.ə. 82-ci ildə Roma sərkərdəsi Sulla ona qarşı guya haqsızlıq edildiyinə görə
ordusu ilə birlikdə, qanun isə buna icazə vermirdi, Romaya daxil olub, şəhəri tutdu və
paytaxtda görünməmiş terror başlandı. “Terror” latın dilində “dəhşət” deməkdir.
Romanı bu vaxt əsl dəhşət bürüdü. Əgər quldarla qul arasındakı antaqonizmə görə qul
ağasının potensial düşməni hesab olunurdusa, Sulla şübhələndiyi adamların hamısını
öz gözündə düşmən kimi görürdü. O, cəzalandırmaq istədiyi adamların siyahısını
tutdururdu. Proskriptsiya adlanan bu siyahıya düşənlər qanundan kənar elən edilməklə
qətlə yetirilirdi, həm də bu eybəcər tədbir təkcə Romada deyil, İtaliyanın digər
şəhərlərində də tətbiq olunurdu. Humanistlik edib, özünü xilas etmək istəyənlərə
evində sığınacaq verənləri də ölümlə cəzalandırırdı. Bu vaxt qardaş qardaşı, oğul
atanı, ata oğulu bu siyahılara saldırmağa can atırdı ki, onların mülkiyyətinə sahib
olsun.Yalnız arvadlar ərlərinə qarşı öz sədaqətlərini qoruyub saxlamaqla, belə
cinayətə nisbətən az gedirdilər. Bu adamları qətlə yetirənlərə hətta mükafat verilirdi,