150
“Bu, mənə belə görünür ki, tarixçinin başlıca vəzifəsi buna əmin olmaqdır ki, o,
ləyaqəti çatdırır və gələcəkdə məhkum ediləcəyindən qorxuya görə şər əməllərə və
sözlərə qarşı çıxır”.
Onsuz da onların qələmə aldıqları həmin dövrdə və xeyli sonralar də xalqa
məlum idi, axı hökmdarın istər nəcib, istərsə də çox sayda olan eybəcər əməli və ya
əxlaq nümunələri dillərə düşür, tarixçilərin isə xidməti ondan ibarətdir ki, onlar bu
həqiqətlərin sonrakı nəsillərə çatdırılması kimi bir xeyirxah işi görürlər. Qəddarlıq bu
imperatorların, müasir dillə desək, elə bil ki, DNK-larına (DNT-lərinə) yazılmışdır.
Məgər tarixçilər qələmə almasaydılar da, Kaliqulanın, Neronun, Kommodun,
Karakallanın, Eloqabalın qəddarlıqları və dözülməz əxlaq pozğunluqları
bir sirr olaraq
qalacaqdımı? Roma əhalisinin əksəriyyəti bundan hali idi və onların şahidi olmaq
qismətini yaşamışdılar. Hökmdarların həyatı nə qədər qalın divarlar arxasında
gizlədilsə də, onların barəsində söhbətlərin dolaşmasını qadağan etmək mümkün
olmur, kütlənin hamısını isə həbs etmək, qalalara saldırmaq, qətlə yetirmək olduqca
müşkül məsələdir.
Hökmdarın süqutundan və ya ölümündən sonra onun barəsindəki söhbətlər
təfərrüatlara yiyələnməklə genişlənir, bəzən hətta bir qədər şişirdilmiş qaydada gedir.
Axı insanlar hətta eybəcərliyi də qövsü-qüzeh rəngarəngliyində müşahidə etməyə
meyl edir, öz baxışlarını nəsillərdən nəsillərə ötürürlər.
Yazıçılar da tarixin daha böyük maraq obyektinə çevrilməsi üçün öz dühalarını,
istedadlarını əsirgəmirlər. Uilyam Şekspirin pyesləri vasitəsilə Qədim Roma və
İngiltərə tarixinin, təsvirində dəqiqliyi təəccüb doğuran xeyli səhifələrinə bələd olmaq
imkanı tapırsan. Valter Skott ingilis sarayının xəyanətlə dolu olan həyatını təsvir edir.
Aleksandr Dyuma (ata), Viktor Hüqo və Lev Tolstoyun əsərlərində
tarixin dəhşət dolu
səhnələri istedadlı rəssam ustalığı ilə göstərilir. Onların yaratdıqları nəhəng
panoramalara hansısa rəngin qatı və ya zəif olduğu da xələl gətirə bilmir.
İnsan dünyaya gələndən xatarkterində ləyaqətlər kimi qüsurları da daşımağa
başlayır və onlar getdikcə inkişaf edir və ya zəifləyir. Min illər keçsə də, həyat,
cəmiyyətlər, mühit dəyişsə də, bədbəxtlikdən qüsurlar nəinki yoxa çıxmır, əksinə,
daha çox şəkillər alır və şaxələnir. Sivilizasiyalanmış insanın mənfi məziyyətləri
cəmiyyətin özü kimi yaxşı və pis tərəflərə dəyişməsindən asılı olmayaraq, getdikcə
inkişaf edir, yeni formalarda meydana çıxır. İnsanın mənəviyyatına mədəniyyət,
yaradıcı şəxsiyyətlər təsir göstərsələr də, onun vicdanına çoxlu çağırışlar və
müraciətlər edilsə də, həyatın özü daha güclü təsir göstərməkdə davam etdiyindən
çoxlarının daxili aləmində elə bir müsbət dəyişiklik əmələ gəlmir. Bədbəxtlikdən,
sivilizasiyalanmış dəyərlər sıradan çıxmağa başlayır. Daha pis cəhət orasındadır ki, ən