Telman Orucov Çin qədim sivilizasiya və müasir möcüzələr ölkəsi



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə83/97
tarix28.11.2017
ölçüsü4,8 Kb.
#13088
1   ...   79   80   81   82   83   84   85   86   ...   97

178 
 
ideyaları,  əməlləri  hətta  təhqiramiz  qaydada  qətranla  boyansa  da,  onları 
cəzalandırmaq  mümkün  deyildir.  Tarixi  şəxsiyyətin  nəhəngliyi  onunla  aparılan 
mübarizəni  uğursuzluğa  düçar  edir,  onun  xatirəsi  ilə  iyrənc  şəkildə  davrananların 
özünü gülünc vəziyyətdə qoyur. Çünki onun dağ silsiləsini andıran fəaliyyətini ən qatı 
dumanla da gizlətmək olmur, inkar etmək cəhdi isə yalnız yüngül ağıldan xəbər verir.  
Leninin  ölümündən  sonra  Maksim  Qorki  yazmışdı:  “Hətta  onun  düşmənləri 
cəbhəsindən  olan  bəziləri  də  vicdanlı  qaydada  etiraf  edirlər  ki,  Leninin  şəxsində 
dünya  elə  bir  adamı  itirdi  ki,  o,  müasiri  olan  bütün  böyük  adamlar  arasında  özündə 
dahiliyi  daha  aydın  təcəssüm  etdirirdi”.  Bolşevizmə  nifrəti  ilə  fərqlənən  Uinston 
Çörçill isə Oktyabr inqilabının rəhbəri barədə ona məxsus olan ziddiyyəti belə ifadə 
etmişdi:  “Leninin  anadan  olması  ruslar  üçün  böyük  bədbəxtlik  olduğu  kimi,  onların 
növbəti bədbəxtliyi onun ölməsi idi”. Hər iki böyük  düha Lenin  barədə öz müstəqil 
mövqelərindən  çıxış  etməklə  yanaşı,  həqiqətdən  o  qədər  də  uzaqlaşmayaraq,  onun 
böyüklüynü etiraf edirlər.   
    SSRİ-də  sosializmin  qurulması  kimi  nəhəng  bir  işə  rəhbərlik  edən  Stalinin 
ünvanına  indi  hər  cür  lənətlər  yağdırılır.  Repressiyaya  məruz  qalmış  günahsız 
adamların,  indi  o  vaxtlar  cəzalandırılmışların  hamısı  fərqinə  varmadan  belə 
adlandırılır,  gənc  pöhrələrinin  guya  intiqam  hissindən  doğan  nifrətini  də  bütünlüklə 
əsassız  saymaq  olmaz.  1930-cu  illərdə  qolçomaqlara  qarşı  mübarizə  adı  altında, 
həmçinin  1937-38-ci  illərdəki  ümumən  repressiya  və  təqiblər  görünməmiş  miqyas 
almışdı. Repressiyanın ilk qurbanları kəndlilər olmuşdu, qolçomaqlığın bir sinif kimi 
ləğvinə  başlanmışdı.  1929-cu  ildə  isə  “Şaxtı  işi”  adı  altında  mühəndislərin  təqibinə 
start  verilmişdi.  Sinfi  düşmən  və  ya  xalq  düşməni  adı  altında  milyonlarla  insan 
həbsxanalara  atılmış,  çoxları  güllələnmişdi.  Onların  əksəriyyəti  bəlkə  də  quruluşu 
qəbul  etmir,  bəyənmirdi.  Lakin  onlar  dövlətə  elə  bir  ciddi  ziyan  vurmaq  iqtidarında 
deyildilər. Hansısa poeziya nümunəsi adamları məhv edən bombaya çevrilə bilməzdi, 
lakin onların müəllifləri ölümə məhkum edilirdi.  
     Antistalinçilər  öz  nifrətlərində  ölçü  hissi  bilmədiklərindən  Stalini  nəinki 
cinayətkar,  hətta  monstr,  paranoik  adlandırırlar.  Stalinə  yönələn  ən  böyük 
ittihamlardan  biri  Hitler  Almaniyası  ilə  1939-cu  ilin  avqustunda    hücum  etməmək 
barədə  Paktın  bağlanması  idi.  Buna  general  Şarl  de  Qoll  daha  ədalətli  səbəb 
göstərərək  qeyd  etmişdi  ki,  Stalin  aqressiyanın  qurbanı  olmaqdansa,    aqressiyayın 
qazancına şərik çıxmağa üstünlük vermişdi. Axı bundan əvvəl Stalinin  Qərbə, Fransa 
və İngiltərəyə Hitler Almaniyasına qarşı müttəfiqlik xahişi cavabsız qalmışdı. 
     Stalinə  qarşı  olan  tənqidin  böyük  hissəsi  obyektiv  olduğu  halda,  nifrətdə  qəzəbin 
yetişdirdiyi  meyvələr  də  az  deyildir.  Onların  arasında  özünü  liberal  kimi  göstərmək 


179 
 
istəyənlərlə,  Qərb  dairələrinə  guya  mövqeyini  nişan  verməyə  çalışanlarla  yanaşı, 
resentimentlər də az deyildir. Resentiment Nitsşenin irəli sürdüyü termin olmaqla, elə 
adamı  nəzərdə  tutur  ki,  o,  düşmən  obrazı  yaratmağa  çalışmaqla,  öz  uğursuzluğunun 
günahının, incikliyinin hirsini ondan çıxmaq istəyir. Resentiment  – qul əxlaqıdır, bu 
qul  ağa  olmağı  çox  istəyir.  Paxıl  adamların,  bəxtinin  gətirməmıyindən  hirslənmiş 
adamların  əxlaqıdır.  Belələri  özündən  çox  yuxarıda  duranlara  daş  atmaqda  təsəlli 
tapır,  həm  də  özünün  qüsurlu  əxlaqı  hesabına  bütün  dünyanı  əxlaqsızlıqda 
təqsirləndirməyə  hazırdır.  Təəssüf  ki,  onların  qara  yaxması  təsirsiz  qalmır,  dəstədən 
geridə  qalmaq  istəməyənlər  də  tezliklə  onlara  qoşulur.Ona  görə  də  keçmiş 
donosçulara çox oxşayan iftiraçı ifşaçılar ordusu yaranır.   
Stalinə  münasibətin  diametral  əksliyindən  asılı  olmayaraq,  o,  tarixdəki  yerini  tərk 
etmir,  bəlkə  də  daha  da  möhkəmləndirir.  Rəylərin  belə  fərqli  olduğuna  da 
təəccüblənməyə  ehtiyac  yoxdur.  Axı  təbiətdə  vahid  bədənə  malik  olan  bir  xalq 
mövcud olmadığı kimi, rəylər də yekdil ola bilməz. 
      Stalin  qurucusu  və  rəhbəri  olduğu  dövlətə  özünü  bütün  varlığı  ilə  həsr  etmişdi. 
Dövlətə  o,  sakral  münasibət  bəsləyirdi,  onun  naminə  hər  şeyə  getməyə  hazır  idi. 
Dövlətə düşmən hesab etdiklərindən başqa bəlkə də onun şəxsi düşməni yox idi. Öz 
paradiqmasına, vektorlarına və mənafelərinə görə isə bu quruluşdan narazi olanlar da 
az  deyildi.  Onlar  isə  düşmənçilk  hisslərini  Stalinə  yönəldirdilər.  Ona  görə  də  onun 
düşmənləri  çox  idi.  Lakin  əhalinin  böyük  əksəriyyəti  Stalini  dəstəkləyirdi.  Ona 
inanırdılar.  Ölkəni  böyütmək  niyyətinə  görə  isə  onu  Böyük  Pyotrun,  Böyük 
Yekaterinanın  ardıcılı  saymaq  olardı.  Ölümünə  yaxın  o,  artıq  az  qala  dünyanın 
yarısına rəhbərlik edirdi. 
Bütün şəylərə, həmlələrə baxmayaraq heç kəs Stalinin dünya səviyyəsindəki görkəmli 
siyasi  xadim  olduğunu  inkar  etmək  qüdrətində  deyildir.  Heykəli  uçurmaq,  adı 
götürmək olar, lakin uzun tarixi bir dövrü, bütün nailiyyətləri və hətta cinayətləri ilə 
birlikdə  ləğv  etmək,  yoxa  çıxarmaq  mümkün  deyildir.  Heç  kəs  Stalin  dövrünün 
repressiyalarını inkar edə bilməz, lakin onun başçılığı altında sovet xalqının qazandığı 
nailiyyətləri də inkar etmək ədalətsizlikdir. Onun varisləri isə iki dəfə özlərini hərbi 
cəhətdən  sınadıqda  biabırçı  uğursuzluğa  düçar  oldular,  Xruşşov  Kuba  böhranında, 
Brejnev  isə  Əfqanıstana  müdaxilə  etdikdə.  Hitlerin  özünü  məğlub  edən,  faşist 
Almaniysını  fəlakət  girdabına  yuvarlayan  Stalinin  xidmətləri  üzərindən  xətt  çəkmək 
isə yalnız səfehlərin ağlına gələ bilər.  
Stalin  yeni  quruluşu  yaratmaq  uğrunda  mübarizəyə  rəhbərlik  edirdi,  onun  isə 
doğulandan  az  sonra,  elə  beşikdə  ölən  Paris  Kommunasının  təcrübəsinin  solğun 
izindən  başqa  heç  bir  prototipi  yox  di.  O,  tam  yeni  cəmiyyti  yaraymağa  girişmişdi, 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə