Telman Orucov Çin qədim sivilizasiya və müasir möcüzələr ölkəsi



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə85/97
tarix28.11.2017
ölçüsü4,8 Kb.
#13088
1   ...   81   82   83   84   85   86   87   88   ...   97

182 
 
Trotski  QULAQ-ın  əsasını  qoyanlardan  biridir.  Lakin  nədənsə  heç  kəs  onun 
cinayətlərini  yada  salmır.  Rus  yazıçısı  A.İ.  Kuprin  Trotski  barədə  yazırdı  ki,:  “Bu 
adam  müstəsna  dərəcədə  azalmayan  qəzəbdən  ibarət  idi  və  o,  daim  sönməyən  qan 
yanğısından başqa heç nəyə susamırdı.” 
     Əxlaqının  təmizliyi  ilə  də  o,  heç  cür  öyünə  bilməzdi.  1929-cu  ildə  SSRİ-dən 
sürgün  edildikdən  sonra  İstanbul  yaxınlığındakı  adada,  Fransada  yaşadı,  özünə 
sığınacaq  tapmaq  üçün  təhlükəsiz  yer  axtarırdı.  Böyük  Meksika  rəssamı  Diyeqo 
Rivera  ona  dostu  kimi  kömək  etmək  üçün  ölkə  prezidenti  olan  Losaro  Kadenasla 
yaxın münasibətinə görə ondan Trotskiyə Meksikada sığınacaq verilməsini xahiş edib
razılıq  almışdı.  1937-ci  ildə  öz  arvadı  ilə  Meksikaya  gələn  Trotski  paytaxtda  onun 
evində  yaşamağa  başlamışdı.  Ona  qarşı  alicənablıq  göstərmiş  Riveraya  xəyanət 
edərək, onun rəssam arvadı, saqqalına görə inqilabçını “keçi” adlandıran Frida Kalo 
ilə intim yaxınlığa girişmişdi və bu, ərlə - arvadın boşanmaları ilə nəticələnmişdi.   
1956-cı  ildə  Nikita  Xruşşov    Sovet  İttifaqı  Kommunist  Partiyasının  XX 
qurultayındakı  gizli  məruzəsində  Stalinin  şəxsiyyətinə  pərəstişi  amansız  tənqidə 
məruz qoymaqla, özünün də fəal iştirak etdiyi 1937-38-ci illərin repressiyasının bütün 
günahını artıq qəbirdə uyumaqla özünü müdafiə etmək imkanı olmayan, vaxtilə kölə 
kimi xidmət etdiyi bir adamın üstünə yıxdı. Hindular özləri öldürmədiklərinin skalpını 
çıxartmırlar,  yalnız  özləri  qətlə  yetirdiklərinin  skalpına  sahib  olurlar.  Xruşşov  isə 
özünün  Ukraynada  öldürdüklərinin  də  skalpından  imtina  edərək,  onları  da  Stalinin 
xatirəsının üzərindən asdı.  
Beş  il  sonra  isə  o,  Hitler  ordusu  üzərində  ilk  böyük  qələbə  qazanıldığı, 
müharibədə dönüş nöqtəsi sayılan Stalinqrad döyüşü ilə məşhurlaşan bir şəhərin adını 
da  dəyişdi.  Stalinqradda  sovet  qoşunlarının  qələbəsi  sovet-alman  cəbhəsində 
müharibənin gedişində əsaslı dönüşün başlanğıcı kimi məşhurlaşmışdı. Adını daşıyan 
döyüşdəki qələbəyə görə Stalinqrad əslində simvola çevrilmişdi. 6 iyun 1944-cü ildə 
Müttəfiq qoşunlarının nəhəng desantından sonra Normandiyadakı ilk böyük qələbə  - 
burada almanlar bütün tanklarını itirmiş, 40 min alman əsgəri məhv edilmiş, 90 min 
isə  əsir  götürülmüşdü  –  Normandiya  Stalinqradı  adlandırılmışdı.    Məhz  qələbə 
simvolu kimi Stalinqrad adını yaşatmaq olardı, çünki həmin döyüşün şərəfi ilə Stalinə 
olan cılız nifrətin heç bir əlaqəsi yox idi. Necə olur ki, Parisdə Stalinqrad küçəsi qalır, 
SSRİ-də  isə  bu  adın  üzərinə  tabu  qoyulur.  Amerikanın  inqilabdan  əvvəlki  13 
koloniyasında Böyük Britaniya kraliçalarının, kralının və digər xadimlərinin şərəfinə 
coğrafi  adlar  və  şəhər  adları  var  idi:  Virciniya  (ingilislərin  ilk  məskunlaşdığı  ərazi, 
sonra isə koloniya ingilis kraliçası I Elizabetin “Bakirə” ləqəbinə görə belə adlanırdı),  
Merilend (əri kral Uilyam Oranc ilə birlikdə İngiltərəni idarə edən kraliça Mariyanın 


183 
 
şərəfinə), Pennsilvania (Uilyam Penn1681-ci ildə Amerikadakı bu əraziyə qrant almış, 
kolonistləri  gətirib  orada  məskunlaşdırmış,  öz  adı  və  “meşə”  sözündən  ibarət  olan 
həmin koloniyanı yaratmışdı), Pittsburq (Böyük Uilyam Pitt iki il Böyük Britaniyanın 
faktiki  baş  naziri  olmuş,  Yeddiillik  müharibıdə  fransızları  Hindistanda,  Afrikada, 
Kanadada  və  dənizlərdə  məğlub  etmişdi)  .  Bu  adlar  inqilabdan  sonra  dəyişdirilmədi 
və  indiyədək  qalır.  Amerikanlar  ingilis  ağalığına  qarşı  mübarizə  aparsalar  da, 
qəzəblərin adları dəyişdirmək yolu ilə söndürməyi məqbul hesab etmədilər.  
Xruşşov barədə söhbət gedərkən Rusiyaya yarım il ərzində imperatorluq etmiş 
ağıldankəm  III  Pyotr  yada  düşür.  Onun  taxt-taca  gəlmə  ərəfəsində,  1761-ci  ilin 
sonunda Yeddiillik müharibədə vuruşan Prussiyanın vəziyyəti çox ağır idi və kral II 
Fridrixi  sonrakı  ildə  məhv  olmaqdan  yalnız  tale  xilas  edə  bilərdi.  Bu  da  baş  verdi. 
Onun xilası Rusiya imperatriçası Yelizavetanın 1762-ci ilin yanvarın 5-də ölməsi ilə 
gəldi.  Bu  vaxt  Prussiyaya,  Fridrixə  sitayiş  edən  III  Pyotr  imperator  oldu.  O, 
müharibədən  Rusiya  ordularını  geri  çəkib,  Fridrixə  xidmət  göstərmək  məqsədilə  rus 
ordusunun  işğal  etdiyi  Prussiya  ərazilərinin  hamısını,  heç  bir  təzminat  almadın  ona 
qaytardı. Mayın 5-də Fridrixlə sülh bağladı, onun vasitəçiliyi ilə Prussiya ilə onunla 
vuruşan İsveç arasında da 17 gün sonra sülh bağlandı. Prussiya kralı isə minnətdarlıq 
əlaməti  olaraq  onu  öz  dövlətinin  hərbi  zabiti  rütbəsi  ilə  mükafatlandırdı.  Rusiya 
yüksək  dairələri  bunu  təhqir  kimi  qiymətləndirirdilər.  Iyunda  isə  nəinki  Fridrixlə 
ittifaqa girdi, həm də əvvəlki müttəfiqi olan avstriyalıların Sileziyadan qovulmasında 
onu  köməklik  göstərdi.  Bunlar  azmış  kimi,  III  Pyotr  18  min  rus  əsgərini  Fridrixin 
sərəncamına verdi.  
Xruşşov  öz  ölkəsinə  xəyanət  etməmişdi,  sadəcə  olaraq,  ölkəsinin  tarixinə 
təcavüz etmişdi. Hitler Stalinqrad adını tarixdən silmək üçün avantyura xarakterli bir 
cəhd  etsə  də,  şəhərə  hücumda  çoxlu  qurbanlar  versə  də,  buna  nail  ola  bilməmişdi. 
Xruşşov  isə  bir  qələm  cızması  ilə  Hitlerin  arzusunu  həyata  keçirmişdi  və  əgər  o, 
qəbirdən  çıxa  bilsəydi,  yəqin  ki,  Böyük  Fridrixə  təqlid  şəklində,  düşmənlərinin  “  1 
nömrəli  kommunist”  adlandırdığı  Xruşşovu  da  hansısa  bir  alçaldıcı  rütbə  ilə 
mükafatlandırardı.  
       Xruşşovun  böyük  qüsurları  ilə  yanaşı  müsbət  işlərini  də  etiraf  etmək  lazımdır. 
Onun  dövrü  dövlətin  vətəndaşa  münasibətində  “mülayimləşmə”  illəri  kimi  qəbul 
edilir.  Bu  dövr  ədəbiyyatda,  incəsənətdə,  kinoda  müsbət  dəyişikliklərə  səbəb 
olmuşdu. KQB (Dövlət Təhlükəsizliyi Komitəsi)  Olimpdən salınmış, lakin tam məhv 
edilmədiyindən  sonralar  özünü  daha  güclü  qaydada  bərpa  edə  bilmişdi.  Ölkədə  xof 
xeyli azalmışdı. Kəndlilər amansız vergidən azad edilmiş, onların kəndi tərk etməsinə 
icazə verilmiş, şəhərlərdə kütləvi mənzil tikintisinə başlanmışdı. 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə