Telman orucov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə152/171
tarix17.11.2017
ölçüsü5,01 Kb.
#10701
1   ...   148   149   150   151   152   153   154   155   ...   171

304 
 
Sonralar astrolyabiya avropalıların Amerika qitələrinə üzməsini mümkün edəcəkdi. 
Müsəlman alimləri kimya elmində çox sayda yeni kəşflər etdilər və təbabəti 
elmi tədqiqat, öyrənilmə sahəsi kimi inkişaf etdirdilər. Xüsusən məşhur olan təbib 
İbn Sina idi, o, Qərbdə Avitsenna kimi tanınırdı. O, “Həkim elminin kanonu” adlı 
tibbi  ensiklopediya  yazmışdı,  digər  cəhətlərlə  yanaşı,  müəyyən  xəstəliklərin 
sirayətləndirici  təbiətini  vurğulamış  və  onların  çirkli  su  təchizatı  vasitəsilə  necə 
yayıldığını göstərmişdi. Latın dilinə tərcümə olunduqdan sonra Avitsennanın əsəri 
orta əsrlər Avropasının universitet tələbələri üçün əsas tibb dərsliyi oldu. Avitsenna 
çox  sayda  müsəlman  alimlərindən  biri  idi  ki,  onun  əsəri  latın  dilinə  tərcümə 
edilmiş  və  Avropada  XII  və  XIII  əsrlərdə  intellektual  həyatın  inkişafına  xeyli 
kömək göstərmişdi. 
İslam dünyası da müəyyən problemlərlə üzləşməli oldu. X əsrin ortalarından 
Abbasilər  xilafətinin  başçılıq  etdiyi  islam  imperiyası  parçalanmağa  başladı. 
Paytaxtı  Qahirə  şəhəri  olan  şiə  xilafəti  Bağdadın  sünnü  xilafətinə  rəqib  olmaqla 
islam  dünyasını  yarı  böldü.  Şimali  Afrikadakı  Fatimilər  sülaləsi  inkişaf  edərək 
islamın  dinamik  mərkəzi  kimi  Abbasilər  xilafətini  üstələdi.  Bu  üstünlüyü  əldə 
etməkdə ticarət mühüm rol oynadı. Həm də onlar din məsələsində tolerant idilər və 
qeyri-yerli  xalqlardan  olan  muzdlu  döyüşçülərdən  güclü  ordu  düzəltmişdilər.  Bu 
xalqlardan  biri  səlcuq  türkləri  idi  və  onlar  tezliklə  Fatimidlərin  özünə  qorxu 
törətməyə başladılar. 
Səlcuq türkləri Mərkəzi Asiyadan olan nomad (köçəri) xalq idi, onlar islama 
keçib  Abbasi  xilafəti  üçün  hərbi  muzdlular  kimi  gücləndilər. Tədricən  Persiyanın 
və Ermənistanın içərilərinə hərəkət etdilər, onların sayı XI əsrdən başlayaraq artdı 
və  Abbasi  imperiyasının  şərq  əyalətlərini tutmağa  qadir  oldular.  1055-ci ildə türk 
lideri Bağdadı işğal etdi və Abbasi imperiyasının komandanlığını sultan titulu ilə 
öz  üzərinə  götürdü.  XI  əsrin  son  dövrlərindən  səlcuq  türkləri  Misirə  və  Bizans 
imperiyasına  təzyiqlərini  artırdı.  Bizans  imperatoru  çağırış  qaydasında  türklərə 
ağılsızcasına  müraciət  etdikdə,  axırıncılar  1071-ci  ildə  Manzikertdə  Bizans 
ordusunu  darmadağın  etdilər.  Bu  vaxt  bizanslılar  kömək  üçün  nəzərlərini  qərbə 
tikdilər, Papaya şikayətləndilər və bu, səlib yürüşlərinə gətirib çıxardı. 
Xristianların digər xalqlara qarşı qəddarlıqları 
 
Xristian Avropasında yəhudilər yeganə dini azlıq idi ki, onlara qeyri-xristian 
dininə  sitayiş  etməyə  icazə  verilmişdi.  Yəhudilər  artan  qaydada  ticarətlə  və 
sənətkarlıqla  məşğul  olurdular.  Cənubi  Avropada  onlar  müsəlman  və  xristian 
dünyaları  arasındakı  mədəni  və  intellektual  əlaqələrdə  mühüm  funksiyanı  həyata 
keçirirdilər. 
Səlib  yürüşləri  müsəlmanlara  qarşı  olsa  da,  xristianlar  həmçinin  öz 
vətənlərində  də  düşmən  axtarmağı  unutmurdular.  Birinci  Səlib  yürüşü  vaxtı 
yəhudiləri  Fransada  və  Reynlandda  təqib  edirdilər.  Həmin  dövrün  salnaməçisi 
yazırdı  ki,  “ingilis  səlibçiləri  Müqəddəs  Torpağa  yollananda,  Portuqaliyada, 
Lissabonda  kralın  nökərləri  olan  bütpərəstləri  və  yəhudiləri  qovdular,  onların 
mülkiyyətini  və  əmlakını  qarət  etdilər,  evlərini  yandırdılar,  üzüm  bağlarını  qəsb 
etdilər,  onlara  bir  salxım  da  üzüm  saxlamadılar”.  Yəhudiləri  himayə  edənlər 


305 
 
təhlükədə  olurdular.  XIII  əsrdə  dinsizlərlə  mübarizə  atmosferində  yəhudilər  daha 
çox  təqib  edilirdilər.  Rahiblər  israr  edirdilər  ki,  bu  “Xristin  qatillərinə”  qarşı 
hərəkətə  keçmək  lazımdır.  Ənənəvi  xristian  nöqteyi-nəzərinə  görə  yəhudilər 
İisusun öldürülməsinə görə cavabdeh idilər, ona görə də yəhudi kitablarını ictimai 
qaydada  yandırırdılar.  Dördüncü  Lateran  Şurası  1215-ci  ildə  yəhudi  gettolarının 
inkişafını  və  ya  divarla  çəpərlənməni  bəyəndi,  bunun  nəticəsində  onlar 
xristianlardan  izolyasiya  edilirdi.  Bu  təqiblər  nifrət  olunan  yəhudilərə  qarşı  ikinci 
yeni  ənənəvi  antisemitizmi  qızışdırırdı.  Yəhudilərin  qovulması  prosesi  Mərkəzi 
Avropaya da yayıldı və Şimali Avropa yəhudilərinin çoxu axırıncı sığınacaq kimi 
Polşaya  köçməyə  məcbur  edildi.  Polşada  məskunlaşan  yəhudilərin  sonrakı 
nəsillərinin taleyi daha acınacaqlı oldu və onlar Hitler faşizminin həyata keçirdiyi 
Holokostun 6 milyonluq qurbanlarının demək olar ki, yarısını təşkil etdi. 
Xristian  kilsəsi  əslində  bütün  xalqlara  ağalıq  etmək  üçün  xristian  dünyası 
yaratmağa  səy  göstərirdi.  Bu  məqsəd  təkcə  ideya  şəklində  mövcud  olmayıb, 
konkret  tədbirlər  vasitəsilə  özünün  həyata  keçirilməsi  ümidini  yaradırdı.  1433-cü 
ildə  Papa  VI  Aleksandr  (o  və  onun  övladları  iyrənc  əməllərinə  -  qətllərə, 
zinakarlığa görə biabırçı şöhrət qazanmışdılar) bulla dərc etdi, bu sənədə görə iki 
xristian dövlətinin – İspaniya və Portuqaliyanın bütün Atlantik okeandan keçən bir 
xəttlə  ağalıq  sferaları  ayrılırdı.  Bu  xəttdən  qərbə  tərəf  olan  bütün  ərazilərin 
İspaniyaya,  şərqə  tərəf  olanların  isə  Portuqaliyaya  məxsus  olduğu  təsdiq  edilirdi. 
Sonralar  qərbdə  Portuqaliyaya  ancaq  Braziliya  çatdı,  həmin  ölkə  də  Xristofor 
Kolumbun  dünyanın  naməlum  sahələrini  kəşf  etmək  işini  davam  etdirən 
səyahətçilər  tərəfindən  tapılmışdı.  Protestant  İngiltərə  XVI  əsrdə  dünya  dəniz 
dövlətinə çevrilməklə katolik kilsəsinin bu planlarını alt-üst etdi. 
Xristianlar  təkcə  islama  qarşı  səlib  yürüşü  etməklə  kifayət-lənməyib,  Yeni 
Dünyada  da  –  Cənubi  Amerikada  qan  tökmə,  qırğınlar  təşkiletmə  və  quldurluq 
əməliyyatlarına əl atmaqla buradakı sivilizasiyaları məhv etmişdilər. 1519-cu ildə 
Ernan  Korbesin  başçılıq  etdiyi  kiçik  konkistadorlar  qrupu  Meksikanın  atsteklər 
yaşayan mərkəzini işğal etdikdə böyük cinayətlərə imza atdı. Paytaxt Tenoçtitlan 
şəhərində hökmdar II Montesuma ispan işğalçıları tərəfindən əsir götürüldü, sonra 
isə öz təbəələri tərəfindən öldürüldü. Atstek monarxı Kortesi ağ allah Ketsalkoatın 
nümayəndəsi hesab etmişdi, köhnə rəvayətlərə görə həmin allah bir dəfə qayıdacaq 
və  yenidən  çar  taxt-tacını  tutacaqdır.  Ona  görə  də  Montesuma  əcnəbilərə  qızıl 
hədiyyələr  təklif  etdi  və  şəhərdə  yaşamaq  üçün  onlara  saray  verdi,  lakin  ispanlar 
çarı əsir götürüb, şəhəri qarət etdilər. 
Bir qədər sonra şəhər sakinləri ispanları qovdular, lakin atsteklərin düşməni 
olan  tayfalardan  kömək  alıb  yenidən  şəhərə  daxil  olanda  öldürülən  hinduların 
cəsədlərini və başlarını tapdalayıb keçirdilər. Bu hadisə ispanlara səlib yürüşü vaxtı 
Yerusəlimin  dağıdılmasını  xatırlada  bilərdi.  Lakin,  burada,  Meksikada  ölənlərin 
sayı daha çox idi. Quru torpaq üzərində cəsədlərdən təpə düzəlmişdi. Rus rəssamı 
V.V.Vereşşaginin  müharibələrin  dəhşətli  nəticəsinə  həsr  etdiyi  və  quzğunların 
ətrafında  dövrə  vurduğu  kəllələrdən  ibarət  piramidanı  təsvir  edən  “Müharibənin 
apofeozu”  əsəri  bütünlüklə  Tenoçtitlan  dəhşətinin  mənzərəsini  əks  etdirə  bilərdi. 
Cəsədlərdən şəhəri bürüyən üfunətdən hətta Kortesin özü də xəstələnmişdi. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   148   149   150   151   152   153   154   155   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə