322
yaymaqdan da həzz alırlarmı? Təbiət bir qayda olaraq qoynunda dünyaya
gətirdiyi,böyüdüb boya başa çatdırdığı, nəhayət sonda öz qucağında əbədi məskən
verdiyi varlıqlara ana olmağı bacarır. Yadlara, xüsusən ölüm kabusunnu müşaiyət
edənlərə isə təbiət heç vaxt ana münasibəti, doğmalıq göstərə bilməz. Çünki onun
daimi məskunlarının həyatı kimi, onun özünün də məvhinə çalışanlar, ona nəinki
övlad məhəbbəti bəsləyə bilmir, əksinə ona qənim kəsilmək kimi vəhşi istəyindən
bir an da olsun geri çəkilmirlər.
Qocaman yazıçı onu da qeyd etdi ki, ahıl yaşa çatmaq çoxlarının arzusudur,
baxmayaraq ki, deyirlər ki, guya Allah sevdiklərini daha tez öz dərgahına aparır.
İnsan yaşa dolduqca kamilləşir, dünyanın hər üzünü görmək imkanı qazanır. Bircə
qüsuru odur ki, fəal həyatdan nisbətən uzaqlaşmalı olursan və bu, bir çox hallarda
insanda lazımsızliq kompleksinin yaranmasına səbəb olur. Lakin həyata bağlılıq
olduqca böyük gücə malikdir, insan yaşadığı hər gündən cismən olmasa da, ruhən
həzz almaq istəyir və son sap üzülənə qədər heç kəs həyatdan ayrılmaq istəmir.
Qocalığın insana bəxş etdiyi xüsusiyyətlərdən biri onu rahat yatmaqdan
məhrum etməsi, şirin yuxuya, təbiblərin diliilə deyilsə dərin, sağlam yuxuya həsrət
qoymasıdır. Sonra o, dərindən bir
ah çəkib, söhbətinə davam etdi:
-Mən olduqca az yatıram. Mürgüləyən kimi də yuxular rahatlıq vermir. Özü
də hər gecə , özü də bir neçə dəfə doğma kəndimi , onun yaddaşlardan çoxdan
silinmiş adamlarını görürəm. Yuxular mənim üçün kəndimi , onun əhalisini
yenidən öyrənmək dərsliyinə , kinofilminə çevrilir. Yuxuda atamı, anamı,
qonşularımızı görürəm. Onların yanında mən yenə də əvvəlki uşaqlığıma
qayıdıram. Qəribədir ki, heç xatirimdə olmayan hadisələr, cizgilər yuxuda reallıq
qazanır, anadan yetim qaldığıma , həlim xasiyyətimə, bəklə də atamın kənddəki
böyük nüfuzuna görə adammlar məni əzizləyir, hətta öz uşaqlarına belə məndən
muğayat olmağı, meşəyə oduna gedəndə, çaydan keçəndə mənə kömək
göstərmələrini tapşırırdılar. Atamın isə nəvazişinə söz ola bilməz. Lakin bu nəvaziş
leysanında mən azacıq narazılıq notlarını hiss etməyə başlayıram. Bu narazılığı da
heç kəsin üstünə yıxmaq istəmir, bircə onu dəfələrlə təkrar edir ki, hamımız
günahkarıq, düşməni tanımamışıq , şirin dilinə uyub sayıqlığımızı itirmişik.
Yuxudan ayılanda atamın səsi qulaqlarımda zəng səsi kimi cingildəməyə başlayır.
Bu dərdə necə dözürsünüz? Yoxsa nələrəsə aldanıb, dərdi yaddan çıxarmısınız?
Axı insan üzərində dünyaya gəldiyi torpağın qədrini bilməlidir, ona görə də ona
anadan da əziz səslənən Vətən adını vermişlər.
Atam bu sözləri mənə ünvanlandırır,başqa heç kəsi nəzərdə tutmur. Pis
əməldə bulunan uşaq saflığı ilə mən də başımı aşağı salıb, onun tənə dadı verən
sözlərinə, məzəmmətinə qulaq asıram. Atamı da qınamıram, axı yuxuda o, yalnız
mənimlə görüşür , öz qayğılarını mənə söyləməyə imkan tapır. Oğlunun onu necə
sevdiyinə,bir sözünə də etiraz etməyəcəyinə o, daim əmin olmaqda qalırdı və bu
inamında yanılmadığını bilirdi. Digər tərəfdən onun sözlərində nəsə qeyri-düzgün
olan bir şeyi tapmaq da mümkün deyildi. Ancaq etiraf etməliyəm ki, bu yuxular
mənim əsəblərimi ərş hündürlüyündəki tarıma çəkir, bir an da olsun mənə rahatlıq
vermir. Belə yuxulardan sonra alabəzək, kəkilli quş onların reallıq ehtimalını bir az
da artırdı. Düşüncələrim reallıqla röya arasında hərəkət edən və fasilə verməyən bir