338
bir nemətindən bədxərcliklə istifadə etsələr də,əslində mənəviyyat nöqteyi-
nəzərindən mağara dünyasının həyat və düşüncə tərzinə yaxınlaşırlar, bu isə
tarixdən əvvəlki qaranlığa qayıtmağa can atmaq cəhdi kimi qiymətləndirilməli və
güzəştə gedilmədən məhkum edilməlidir.
“525-ci qəzet”.18,19.01.2008
Onunla vidaldaşsaq da birdəfəlik «əlvida» demədik
Ölkəmizin ədəbiyyat aləmi, özü bunu hiss edib-etməməyindən asılı
olmayaraq güclü bir yaradıcı insanını itirdi, sayı o qədər də çox olmayan parlaq
ulduzlardan biri də qeybə çəkildi.
Tanınmış yazıçı Sabir Azəri son əsərini bitirməmiş həyatdan getdi. Onun
ölümü təkcə yaxınları, dostları, tanışları üçün deyil, vaxtilə cərgələri heç də az
olmayan oxucular ordusu üçün böyük itkidir. O, heç vaxt yüksək yer tutmaq
iddiasında olmamışdı, ambisiyalardan xali idi. Lakin ona layiq olduğu yeri verməyi
də bədxərclik hesab edənlər var idi. Özünə qarşı belə biganəliyə cavab kimi son
illərdə o, ədəbi mühitdən uzaqlaşmışdı, dostlarının əhatəsi nəzərə alınmasa, bir növ
guşənişin həyatı yaşayırdı. Həmkarları ilə az hallarda görüşən bu adam adi
həssaslığın yoxluğu ucbatından yuvasından perikdirilmiş quşa bənzəyirdi.
Yaradıcılıq uğurlarına göz yumanlar onu ədəbi fərqləndirmə vasitələrindən
məhrum etsələr də, əsərlərini oxucu laqeydliyi kimi ağır hökmə məhkum etməyi
bacarmırdılar.
Sabir Azəri belə münasibətdən elə də qeyzlənmirdi, anlayırdı ki, yaradıcılığı
ilə ümumi axına qoşula bilmir. Bir tərəfdən bu onun müstəqilliyinin nişanəsi idisə,
digər tərəfdən onun zəhmətinin qiymətləndirilməməsi kimi ağır bir cəza idi. O,
yaxşı başa düşürdü ki, hər dövr öz qaydaları ilə yaşayır, kimlərisə əzizlədiyinə görə
başqaları üçün ağuşunu qapalı saxlayır. Bəla orasındadır ki, çox vaxt bədii
yaradıcılıq bağını alın tərilə əkib becərənlər ikincilərin sırasına
daxil olmaqla, layiq
olmadıqları və müəyyən ölçüdə mövcud olan izqoy həyatı sürməli olurlar. Saxta iri
pyedestallar üzərinə qaldırılanlar hər cür nəvazişlə əhalə edildikləri halda, oxucu
zövqünü dadlı nemətlərlə sevindirənlər bunun bircə atomu iləı də qarşılaşmırlar.
Dağ çiçəklərinin gözəllyinə qiymət verilmədiyi bir vaxtda, qanqal çiçəyinə xüsusi
pərəstiş olunması təlqin edilir. Axırıncını özünə milli rəmz seçmiş şotlandları da,
bu sahədə ötüb keçmək istəyirik.
Sabir Azərini laqeydlik deyil, heç həyatın ən ağır sınaqları belə sındıra
bilməmişdi. Hələ gəncliyində özünü bütöv şəxsiyyət kimi təsdiqləməyi bacarmışdı.
Öz məsləkinə görə SSRİ rəhbərliyinə həcv xarakterli etirazını bildirdiyinə görə
universitet tələbəsi DTK-nın ağır həmləsinə məruz qalaraq zindanlara atılmışdı.
Lakin dustaxqana həyatı da onun mənəvi dünyasını uçurmağa müvəffəq
olmamışdı, o, ruhən güclü olaraq qalmışdı.
Jurnalist təhsili alsa da, öz ixtisasına uyğun olaraq ədəbi mətbuatda çalışsa