340
istəyənlərlə heç cür razılaşmırdı.
Sabir Azəri bizi cismən tək etsə də, əsərləri ilə, şəxsiyyəti barədəki şirin
xatirələri ilə bizim aramızda qalmaqda davam edir. Horatsinin sözləri ilə desək, o,
sağlığında «öz əli ilə özünə heykəl qoymuşdu» və bu heykəli uçurub dağıtmağa
böyük zaman məsafəsi lazım gələcəkdir. Ona görə də bu nəcib insanı son
mənzilinə yola salarkən ona bütünlüklə «əlvida» demirik, axı onun sakitlik
bilməyən ruhu bizdən uzaqlaşmayacaqdır, sehrli işığı ilə onu tanıyanların qəlbini
nurlandıracaqdır. Lakin onun epitafiyasında yəqin ki, özü və həyatı kimi sadə olan
sözlər yazılacaqdır, axı böyüklüyün özü də patetikaya ehtiyac duymur.
“525-ci qəzet”.04.02.2010
İstedadlar ətraf mühitin qayğısına möhtacdır
F.K.-ya
Vaxtaşırı ünsiyyətdə olduğum yazıçı dostumun məişət qayğıları barədə elə
bir ciddi narazılığı olmasa da, son dövrlərdə o, ədəbiyyata marağın azalmasını,
oxucu qıtlığının, yaradıcılıq aləminin dünya sobasından çıxmış qiymətli məhsullara
belə, laqeyd münasibət göstərilməsini özünün ən böyük dərdi kimi, az qala şəxsi
faciəsi kimi qəbul edir. Onun özünün yaxın tarixi keçmişimizi təsvir edən dəyərli
nəsr əsərlərində xalq dilindən istifadəni bəzi naşı opponentlərin arxaizm əlamətləri
hesab etməsi də fədakar qələm sahibini ağrıtmamış qalmırdı. Ürək ağrısı ilə onu da
qeyd edirdi ki, indi çoxları kitab almağa ağılsızlıq kimi baxır, bəziləri isə
müəlliflərin onlara verdikləri kitabları şkafa düzməklə, onu adi və əslində yararsız
bir bəzək əşyasına çevirirlər. Hətta elələri də var ki, hədiyyə kimi verilmiş
kitabların qarajda saxlanılmasına üstünlük verir ki, otaqlarının səliqə-səhmanına
xələl gəlməsin. Bunları sadalayandan sonra İncildən yaxşı tanış olan bir misalı
çəkdi və əlavə etdi ki, əlbəttə, incilər onun qiymətini bilənlərə çatmalıdır, bəziləri
onların ayaqlar altına səpildiyini görəndə özünü fərqli qaydada aparmağı da
bacarmır. Ömründə bir
kitab belə oxumayan, mədəniyyətlə heç
bir əlaqəsi olmayan
guya mədəni adamların əsər haqqında tənqidi fikir yürütməsi, öz biabırçı cəhalətini
zəka nişanəsi kimi qələmə verməsi də onu çox incidir.
Bəzən onun sözlərini ifrata varmaq kimi qəbul etsəm də, bu dünyagörmüş
ziyalı insanın qətiyyən yanılmadığına, narazılığında yalnız reallığı əks etdirdiyinə
yəqinlik tapdım. Onu sakitləşdirmək üçün bir dəfə bu cəhəti də qabartdım ki, axı
indi çox adam guya qələmə sarılmışdır, öz şücaətləri barədə nəinki kitab, hətta iri
foliantlar yazmağa girişmişdir. İndi müəllifin özü haqqındakı 700-800 səhifəlik
nəsr janrında yazılmış mədhiyyələri nadir hadisə olmayıb, əslində dəb əlamətinə
çevrilmişdir. Belə «yazıçıların» mahiyyətini açıb göstərmək üçün Ezopun
təmsillərindən birini misal çəkdim. Təmsildə deyilir ki, bir dəfə dolaşa qartalın
qoyun sürüsünə hücum çəkib, caynağında kiçik bir quzunu havaya qaldırıb
apardığını gördü. O da belə ov etmək eşqinə düşdü, götür-qoy edəndə, quzu
əvəzinə iri qoçu götürməyi qət etdi və öz planını həyata keçirmək üçün sürüdəki ən