Telman orucov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə140/171
tarix17.11.2017
ölçüsü5,01 Kb.
#10701
1   ...   136   137   138   139   140   141   142   143   ...   171

280 
 
Yaxın  Şərqin  qədim  mədəniyyəti  müsəlman  mədəniyyətinə  transformasiya 
edilmişdi. Dünyanın bu hissəsində bəşəriyyət, başlanğıcı Şumerə, Akkada, Qədim 
Misirə  gedib  çıxan  minillik  şəhər  mədəniyyəti  təcrübəsinə  malik  idi.  Bütün  bu 
mədəni dəyərlər min illərdən keçərək indi ərəb dilində ifadə olunurdu. Ərəblərə öz 
dinini  və  mədəniyyətini  başqalarına  təlqin  etməkdə,  həm  də  onların  yenilməz 
qürurları,  özlərinə  inamları  kömək  edirdi.  Həqiqi  ərəb  köçəriləri  əmin  idilər  ki, 
onlar  bütün  adamlardan  üstündürlər.  Bu  qürurdan  bəzi  şeylər  islamın  da  adına 
yazılırdı,  müsəlmanlar  isə  öz  dinini  allaha  itaətin  ən  yüksək,  ən  təmiz  forması 
hesab edirdilər. 
Roma Papası yaxşı ki, hansısa fikrini əsaslandırmaq, daha dəqiq ifadə etmək 
üçün  elə  böyük  tarixi  şəxsiyyət  kimi  tanınmayan  bir  Bizans  imperatorunu  seçib. 
Orta  əsrlər  islam  aləminə  qarşı  təkcə  Səlib  yürüşləri  ilə  “bəzənməmişdi”, həm  də 
bu dinə qarşı xristian dünyasının ən böyük dühaları da mənəvi hücumlarda iştirak 
etməklə  kilsə  qarşısında  öz  borclarını  yerinə  yetirmələri  barədə  hesabatlarını 
verirdilər.  Dünya  mədəniyyəti  incilərindən  birinin  yaradıcısı  hesab  edilən,  böyük 
italyan  şairi  Dante  kilsəyə  qarşı  ağır  günahlarda  təqsirləndirilərək  vətəni 
Florensiyadan  sürgünə  məhkum  edildiyi  halda,  “İlahi  komediyası”nda  islamın  ən 
ali  şəxsiyyətlərinə  qarşı  hörmətsiz  ifadələr  işlətmək  mərəzindən  azad  ola 
bilməmişdi. O, “Cəhənnəm” fəslinin 28-ci nəğməsində Məhəmmədin eybəcər hala 
salındığını,  Əlinin  kəlləsinin  ikiyə  bölündüyünü  təsvir  edərək,  cəhənnəmin  bu 
sakinlərinin ədavət və davalarda günahkar olduqlarını bildirir. Bəlkə də belə üslub 
XIII  əsrin  sonu,  XIV  əsrin  əvvəllərində  xristian  dünyasının  Səlib  yürüşlərinin 
uğursuz  nəticələrindən  qeyzlənmiş  insanlarının  nifrət  ehtirasını  nəzərə  almaqdan 
və özünü kilsənin hiddətindən qorumaq zərurətindən irəli gəlirdi. 
Yaxşı ki, XVI Benedikt islamofobiyasını  əsaslandırmaq üçün, özünün eyni 
adlı  pyesində  Məhəmmədi  yeni  dinin  banisi  olmaqla  yanaşı,  despotizmin  yeni 
növünün  yaradıcısı,  adamların  nəinki  əməl  azadlığına,  hətta  fikir  azadlığına  qəsd 
edən bir şəxs kimi təsvir edən Volterdən misal çəkməyib. Filosofun mülahizəsinə 
görə,  guya  yeni  dini  yaratmaqda  məqsəd,  onun  “həqiqi  və  yalançı  olmasından” 
asılı olmayaraq, adamların könüllərini əsarətə almaqdan ibarətdir. Əlbəttə, Volterə 
müraciət  etmək  bir  qədər  təhlükəli  ola  bilərdi,  yoxsa  onun  xalqının  dogma  dini 
olan  xristian  dini  barədə  riyakarlıqdan  uzaq  olan  söylədiyi  ifşaedici  ifadə  ittiham 
cavabına çevrilərdi: “Bütpərəst din az qan tökməyib, bizimki isə qanla bütün yer 
üzünü  sulayıb.  Bizimki  şübhəsiz  yeganə  xoş,  yeganə  həqiqi  dindir,  ancaq  ondan 
istifadə etməklə biz bir belə şər işlər görmüşük”. O, dəfələrlə şimşək kimi çaxmışdı 
ki,”biabırçı  şeyləri  məhv  et”,  biabırçı  şeylər  deyəndə  isə  xristian  dininə  xas  olan 
fanatizmi, dözümsüzlüyü və xurafatı nəzərdə tuturdu. 
Britaniya  imperializminin  Şərqdə,  Hindistanda  apardığı  müstəmləkə 
siyasətini  bilavasitə  yaxından  müşahidə  edən,  yerli  xalqların  –  hindlilərin  və 
müsəlmanların  ağır  taleyini  diqqətlə  öyrənmiş  məşhur  ingilis  yazıçısı  Redyard 
Kiplinq dünyanın iki nəhəng regionu arasında daim keçilməz sədd qalacağına işarə 
edərək yazırdı: 
“Şərq Şərqdir, Qərb də Qərb və bu əkizlər heç vaxt birləşməyəcək. Nə qədər 
ki, Yer və Göy Allahın Qiyamət günü mühakiməsində dayanacaq. Orada isə artıq 


281 
 
nə Şərq, nə Qərb olacaq”. 
İslam  dininin  yaradıcısı,  müsəlmanların  müqəddəs  kitabı  olan  Quranda 
Allahın elçisi-rəsulu kimi göstərilən Məhəmməd Peyğəmbərə atılan böhtan çamuru 
onun şəxsiyyətinin nəhəngliyinə, ideyalarının humanizmi və saflığına, əməllərinin 
qüsurdan  xali  olmasına  görə  istər  sağlığında,  istərsə  də  sonralar  ona  yapışmayıb, 
əksinə  böhtan  müəlliflərinin  biabırçılığı,  bir  çox  hallarda  isə  peşmançılığı  və 
Peyğəmbərin yolunu qəbul etmələri ilə nəticələnib. Əgər onun dini qısa müddətdə 
dünya dininə çevrilib, üç qitədə kütləvi qaydada yayılıbsa, bayrağı altında bu gün 
bir  milyarddan  artıq  insan  birləşirsə,  Məhəmməd  Peyğəmbəri  cılız  və  əsası 
olmayan  hücumlardan  müdafiə  etməyə  də  ehtiyac  yoxdur.  Özünün  son  nəfəsində 
dediyi kimi, həyatı insanların xeyrinə olduğu tək, ömrünü başa çatdırdıqdan sonra 
da  ideyaları  və  nəsihətləri  ilə  onları  sülhə  çağırdı,  Allaha  itaət  etməyə  səslədi. 
Onun qeyri-adi zəkaya  malik olmasını isə heç kəs inkar etmir. Təbiət onu dahilik 
xüsusiyyətləri  ilə  mükafatlandıranda  azacıq  da  olsa  xəsisliyə  yol  verməyib.  Onun 
düşüncələri uğurlarından yaranırdı, uğurları isə düşüncələrindən meydana gəlirdi. 
Amerikan  tarixçilərinin  yazdığı  fundamental  “Qərb  sivilizasiyaları”  kitabında 
Məhəmmədin  yaxşı  inzibatçılıq  ənənələrinin  əsasını  qoyduğu  göstərilir.  Onun 
Mədinə şəhərinin ictimai həyatına başçılıq etdiyi illər ərzində şəhər sürətlə inkişaf 
etməyə  başlamış,  sosial  və  iqtisadi  tərəqqidə  şəhərin  həm  də  dünyəvi  başçısı 
missiyasını yerinə yetirən Məhəmmədin böyük xidmətləri olmuşdu. 
Məhəmməd  Peyğəmbərin  ən  böyük  abidəsi  onun  yaratdığı  dinin  yüz 
milyonlarla  insanın  şüuruna  daxil  olması,  bu  və  ya  digər  dərəcədə  onların  həyat 
tərzinə öz təsirini göstərməsidir. Bu dinin çoxtərəfli təsirini biz bugünkü dünyanın 
həm siyasi və həm də coğrafi xəritəsində aydın görə bilərik. Təkcə mövcudluğu və 
inkişaf  –  yayılma  nəticələri  bu  dinin  fəaliyyət  miqyası  haqqında  çox  şey  deyir. 
İslam uzun əsrlər boyu böyük əraziləri və milyonların ruhunu fəth etməsəydi belə, 
orta  əsrlər  Şərqində  nəhəng  əhəmiyyəti  olan  siyasi  və  ictimai  hadisə  kimi  yadda 
qalardı.  Axı  bu  din  yarananda  şüurlarda  inqilabi  bir  dönüş  əmələ  gətirmişdi.  Bu 
dönüşün  yol  göstərəni,  Qütb  ulduzu  isə  Məhəmməd  Peyğəmbər  idi  və  dövrlər 
dəyişsə  də,  insanlar  başqalaşsa  da,  onun  şəxsiyyəti  və  irsi,  nəzərlərini  ona  tərəf 
tutanların  heç  birindən  öz  nurunu  əsirgəmir.  Bu  nemətin  qiymətini  anlamayanlar 
isə  bilməlidirlər  ki,  aqnostitsizm,  inkar  hərisliyi  böyük  varlıqların  ölçüsünə,  onun 
ucalığına xələl gətirə bilməyəcək. 
Xristian  da,  müsəlman  da,  buddist  də,  konfutsiçi  də  həmin  ictimai  fikir 
növlərinin  daşıyıcıları  olmamışdan  əvvəl  dünyaya  insan  kimi  gəlib.  Dini  fərqlər 
barədə nə qədər ehtiraslar kükrəsə də, mübahisələr getsə də, insanlar könüllərində 
nifrət yükünü deyil, məhəbbət duyğularını daşımalıdır. Allaha məhəbbət insanların 
bir-birinə  məhəbbət  bəsləməsinə,  ən  azı  digərlərinin  dünyabaxışına  tolerantlıqla, 
hörmətlə yanaşmasına aparır. Axı, Allah insanı öz obrazında, özünə bənzər şəkildə 
yaradıb və onlara kömək göndərir. “O, insanı süqut etməyə qoymur”  – bu sözlər 
121-ci Zəburda ifadə olunub. 
Lakin  öz  səhvlərimizi  özümüz  düzəltməyə  qadir  olmalıyıq,  yolumuzu 
azdıqdan  sonra  kömək  üçün  Allaha  müraciət  etmək  kimi  zərərli  adətdən  əl 
çəkməliyik. Əgər kimsə bizi Allaha məhəbbətdən ayırmaq istəyirsə, bu səyin əbəs 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   136   137   138   139   140   141   142   143   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə