Telman orucov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə148/171
tarix17.11.2017
ölçüsü5,01 Kb.
#10701
1   ...   144   145   146   147   148   149   150   151   ...   171

296 
 
yarandı.  Bu  dövlətlər  isə  Malakka  boğazına  nəzarət  edirdilər.  Beləliklə,  boğazın 
hər  iki  tərəfində  müsəlman  knyazlıqları  meydana  gəldi.  İslam  buddizmi  və 
induizmi dinc qaydada sıxışdırıb, Malakka yarımadasının bütün ərazisində hakim 
din oldu. Bu dövlətlərdə, onların vasitəsi ilə İndoneziyada müsəlman mədəniyyəti 
yayılmağa başladı. 
Müasir dövrdə  də islam  heç  bir silaha  əl atmadan, hansısa  zəfər  təntənələri 
keçirmədən  uğurla  yayılır.  Terrorçuların  əməllərindən  islam  heç  də  fayda 
götürmür,  yalnız  ziyan  çəkir.  Xristianliqdan  və  başqa  dinlərdən  müsəlmanlığa 
keşid adi və az qala hər gün təkrar olunan bir hadisə olduğu halda, müsəlmanlıqdan 
xristianlığa  keçid  nadir  hal  xarakteri  daşıyır  və  bunu  kilsə  xüsusi  canfəşanliqla 
qeyd  edir.  Vaxtılə  İran  şahı  Məhəmməd  Rza  Pəhləvinin  kiçik  bacısının  və  onun 
ərinin  xristianliğa  keçməsi  böyük  hay-küyə  səbəb  olmuşdu.  2008-ci  ildə  Pasxa 
bayramı  təntənələri  vaxtı  Maqdi  Allam  adlı  bir  nəfərin  islamdan  xristianliğa 
keçməsi  xüsusi  mərasimə  səbəb  olmuşdu  və  papa  XVI  Benedikt  özü  bu  tədbirdə 
iştirak etmişdi. Mərasim həmin nadir hadisədən şadlanmaq əlaməti olmaqla yanaşı, 
həm də bunun təkrarına çağırış rolunu oynayırdı.  
İslam  yalnız  bütpərəstliyə  qarşı  mübarizə  aparırdı, bu sahədə də  iudaizmin 
və  xristianlığın  daha  geniş  miqyaslı  qarşıdurmasına  əl  atmamışdı.  Roma 
imperiyasında  erkən  xristianlığın  bütpərəstliyə  qarşı  mübarizə  şüarı  altında  antik 
dövrün bütün mədəni abidələri məhv edilmişdi. O dövrdən yalnız bircə nümunə - 
filosof-imperator  Mark  Avrelinin  at  üstündəki  heykəli  qalmışdır.  Xristianlar 
səhvən  bu  abidənin  öz  inanclarını  ilk  dəfə  rəsmi  din  elan  edən  imperator 
Konstantinə  məxsus  olduğunu  güman  edərək,  ona  toxunmamışdılar.  Təkallahlı 
dinlərə  sitayiş  edənlərə  müsəlmanlar  “kitab  əhli”  kimi  baxdıqlarından,  onları 
himayə  edirdilər.  Belə  bir  qənaətə  gəlmək  olur  ki,  yarandığı  gündən  islam  başqa 
monoteist  dinlərə  qarşı  daha  faydalı  tolerantlıq  göstərmişdi,  bunu  isə  biz  başqa 
dinlərin təcrübəsində görmürük. 
Dini  dözümlülük  islam  icmalarının  sayca  üstünlük  təşkil  etdiyi  çox  sayda 
konfessiyaların  mövcud  olduğu  şəhərlərdə  özünü  daha  aydın  göstərirdi.  1572-ci 
ilin  avqustunda,  23-dən  24-ə  keçən  gecə  -  Bartolomey  gecəsində  Parisdə 
xristianlığın  iki  qolunun  –  katoliklərlə  huqenotların  düşmənçiliyi  kütləvi  qan 
axıdılmasına  səbəb  olmuşdu.  Katoliklər  huqenotlarla  haqq-hesabı  çürütmək  üçün 
bir  gecədə  Fransanın  paytaxtında  3  min  nəfərə  qədər  öz  dinlərinə  məxsus  olan, 
ancaq  kilsənin  eybəcərliklərini  qəbul  etməyən  xristianları  qırmışdılar.  Bütün  ölkə 
üzrə  olan  qırğınlarda  isə  20  min  nəfərə  yaxın  huqenot  öldürülmüşdü.  Elə  həmin 
vaxt  Osmanlı  imperiyasının  çox  millətli  və  çox  konfessiyalı  paytaxtı  İstanbulda 
dinc həyat hökm sürürdü, ayrı-ayrı dinlərə məxsus olanlar qonşuluqda münaqişəsiz 
yaşayırdılar.  Onlar  bir-biriləri  ilə  ticarət  edir  və  digər  fəaliyyət  sahəsində 
əməkdaşlıq edirdilər. İslamın tolerantlığına çox sayda belə misallar gətirmək olar. 
 
Səlib yürüşləri və digər qəddarlıq nümunələri 
 
Xristianlar  islamın  yaranmasını  və  irəliləməsini  özləri  üçün  böyük  təhlükə 
hesab  edirdilər.  İslam  qoşunlarının  ilk  işğal  etdiyi  ərazilər  xristian  dövləti  olan 


297 
 
Bizansa  məxsus  idi. Digər  tərəfdən  islama  qarşı  nifrəti  qızışdırmaq  üçün  sonralar 
yaxşı  bəhanə  də  ələ  düşdü.  İisus  Xristin  çarmıxa  çəkildiyi  və  qəbri  olan  yer  də 
islamın  nəzarətinə  keçmişdi.  Ona  görə  də  islama  qarşı  silahlı  yürüşlər  təşkil 
olundu. Səlib yürüşləri adlanan bu müharibələr Sahibin qəbrini dinsizlərdən (islam 
dininə  sitayiş  edənlərə  xristian  kilsəsi  belə  damğa  vurmuşdu)  azad  etmək  üçün 
təşkil edilirdi və bu, əslində gələcək müstəmləkəçilik siyasətinin müjdəsi olmaqdan 
başqa  bir  şey  deyildi.  Din  bayrağı  altında  baş  verən  yürüşlər  əslində  daha  çox 
maddi  fayda  götürmək  məqsədini  güdürdü.  Avropanın  yoxsul  xristian  əhalisi  öz 
ağır  vəziyyətindən  çıxmaq  üçün  xilas  yolları  axtarırdı.  Digər  tərəfdən,  varlı 
adamların  torpağı  və  mülkiyyəti  irs  kimi  yalnız  yaşca  böyük  olan  oğula 
çatdığından,  digər  qardaşların  öz  həyatlarını  təmin  eləmələri  üçün  heç  bir  imkan 
qalmırdı.  Ona  görə  də  böyük  sayda  kütlə  dini  qızışdırmalarla  yanaşı,  torpaq  və 
mülkiyyət  qazanmaq,  bütövlükdə  yaşamağa  maddi  şərait  əldə  etmək  üçün  Şərqə, 
islamın hakim olduğu torpaqlarda vuruşmağa könüllü qaydada razılıq verirdilər. 
V  əsrdə  hun  sərkərdəsi  Attila  Romaya  böyük  təhlükə  törət-diyindən  onu 
“Allahın  bəlası”  adlandırmışdılar.  Müsəlmanlara  qarşı  tədricən  qızışdırılan  nifrət 
də əslində onlar barədə də belə bir ədalətsiz təsəvvür yaradırdı. Xristian kilsəsinin 
alovlandırdığı  bu  nifrət  dalğası  onun  nəticəsi  kimi  səlib  yürüşlərində  meydana 
çıxdı. 
1095-ci  ildə  Klermon  yığıncağında  Papa  II  Urban  Müqəddəs  Torpağı  və 
həmçinin  xristian  zəvvarlarının  Kiçik  Asiyada  oraya  getmək  yolunu  tutmuş 
səlcuqlara  qarşı  səlib  yürüşünə  çağırdı.  Sahibin  qəbrini  dinsizlərin  əlindən  azad 
etmək  barədə  onun  çağırışı  “Allah  belə  istəyir”  nidaları  ilə  qarşılandı.  Fələstinə 
səlib  yürüşü  barədə  bütün  Avropada  ehtiraslı  moizələr  oxunmağa  başlandı. 
Moizəçi  rahib  Pyotr  Tərki-dünya  xüsusi  populyarlıq  qazanmışdı.  1096-cı  ildə 
çoxminli  könüllülər  yığıldı, onlar  əsasən  Fransanın,  Flandriyanın,  Lotaringiyanın, 
Almaniyanın cənub vilayətlərinin kəndlilərindən və kiçik rıtsarlarından ibarət idi. 
Nə  atı,  nə  ərzaq  ehtiyatı  olmayan,  demək  olar  ki,  silahsız  döyüşçülər  Şərqə  tərəf 
hərəkət  etdilər,  qəddarcasına  yəhudi  qırğınlarını  təşkil  edir,  quldurluqla  özlərinə 
qida  əldə  edirdilər.  Bu  dəstənin  böyük  hissəsi  öldürüldü  və  hələ  yolda  dağıldı. 
Qalanları isə Kiçik Asiyada səlcuqlar tərəfindən məhv edildi. 
Rıtsar  Səlib  yürüşü,  yoxsulların  yürüşündən  sonra  1099-cu  ildə  təşkil 
edilməklə,  Konstantinopolun  tutulması  və  Yerusəlim  krallığının  əsasının 
qoyulması ilə nəticələndi. Bizans imperatorları səlcuqlarla mübarizə üçün Romaya 
müraciət  etsələr  də,  səlibçilərin  nəhəng  intizamsız  ordusunun  Bizans  ərazilərində 
meydana  çıxması  az  qala  müharibəyə  gətirib  çıxardı.  Bizans  və  yunan 
müəlliflərinin  “franklar”  kimi  adlandırdığı  səlibçilər  bir-birlərinə  nifrətlə 
yanaşırdılar.  “Müqəddəs  Roma  imperiyasının”  imperatoru  “barbarları”  tezliklə 
Kiçik Asiyaya yola salmağa tələsdi. Orada ilk səlibçi dövləti olan Edessa qraflığı 
yarandı. Sonra Antioxiya knyazlığı meydana gəldi. Səlibçilərin əsas dövləti 1099-
cu ildə tutduqları Yerusəlimin adı ilə adlanan krallıq oldu. Səlibçilər müsəlmanlar 
və yəhudilər üzərində vəhşilik törətdilər. 
Şartrdan olan Fulxer Müqəddəs Torpağa səlibçiləri müşayiət etmişdi. Onun 
Birinci Səlib yürüşü barədə məlumatı diqqəti cəlb edir. Yerusəlimə hücumu o, belə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   144   145   146   147   148   149   150   151   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə