Telman orucov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə144/171
tarix17.11.2017
ölçüsü5,01 Kb.
#10701
1   ...   140   141   142   143   144   145   146   147   ...   171

288 
 
Onun əsas ixrac zonaları Misir, Suriya, Siciliya və Qara dəniz regionu idi. Ticarət 
tarixdə şəhərlərin yaranmasında mühüm rol oynadığı kimi, xalqlar arasında iqtisadi 
və  bunun  nəticəsi  kimi  mədəni  əlaqələrin  inkişafına  əvəzsiz  kömək  göstərirdi. 
Xüsusən  sülh  dövründə  ticarət  gur  inkişaf  edirdi,  lakin  müharibələr  də  onun 
aparılmasını  bütünlüklə  dayandıra  bilmirdi.  Ellinistik  dünyadakı  ticarət  müasir 
qloballaşmanın ilkin işartıları rolunu oynayırdı, onun ölkələri və xalqları bir-birinə 
yaxınlaşdırması  ilə  müqayisədə  ikinci  bir  uğurlu  vasitənin  mövcud  olduğunu 
söyləmək çətin məsələdir. 
Yunan  polisləri  (şəhər-dövlətləri)  çoxdan  öz  gücünü  itirmişdi,  lakin  yunan 
mədəniyyəti  Aralıq  dənizinin,  Asiyanın,  Misirin,  Qara  dəniz  ətrafının  ellinistik 
dövlətlərində yayılmaqda davam edirdi. Yunan dili hər yerdə savadlı adamların dili 
hesab olunurdu, yunan elmi isə (matematika, astronomiya, tibb və fəlsəfə) mühüm 
nəticələrə malik oldu. 
Aleksandrın planı irqləri bir-birində əritmək idi, lakin bu plan uğursuzluğa 
düçar olurdu. İran satrapları (əyalət valiləri) güman ki, səmərəli deyildi, ona görə 
də onların yarısından çoxu edam edilmişdi. İmperiyanı əmələ gətirmək üçün çoxlu 
inzibati  vahidlər  arasındakı  yeganə  əlaqə  məhz  məşhur  sərkərdənin  özü  idi  və 
təəssüf ki, problemi həll etməmişdən əvvəl o, həyatdan getdi. 
Aleksandrın  qısa  müddətli  hökmranlığı  Avropa  və  Asiyanın  tarixində 
həlledici  bir  dövr  xarakteri  daşıyır.  Onun  fəaliyyəti  sivilizasiyanın  böyük 
mərkəzlərinin  Şərqə  tərəf  köçməsinə  aparıb  çıxardı  və  bu,  geniş  məskunlaşma 
dalğasında ellinizmi bütün Yaxın Şərqə yaydı və siyasi cəhətdən olmasa da, ən azı 
iqtisadi  və  mədəni  cəhətdən  bu  ərazidə  ellinizmi  meydana  gətirdi.  Ayrıca  dünya 
Gibraltardan  Pəncaba  qədər  uzandı,  bu  dünya  ölkələr  arasında  ticarət  və  sosial 
əlaqələr  üçün  açıldı.  Axı  bu  dünya  ümumi  sivilizasiyaya  əsaslanırdı.  İmperiya  o 
qədər  geniş  idi  ki,  onun  ölçülərini  təsəvvür  etmək  də  çətin  idi.  Gibraltar 
boğazından İnd çayına, Almaniya meşələrindən və Rusiya düzənliklərindən Saxara 
səhrasına və Hind okeanına qədər uzanırdı. 
Ellinistik era bizim eradan əvvəlki 300-cü illərdən başlayaraq sonrakı altı əsr 
ərzində  davam  etdi.  Bu  era  başlanğıcını  Böyük  Aleksandrın  işğallarından 
götürməklə  Romanın  ilk  xristian  imperatoru  Konstantinə  qədər  olan  bir  dövrü 
əhatə edir. Aleksandrın imperiyası və onun varisləri böyük dünya birliyi yaratdı, bu 
mədəni  birlik  min  il  sonra  müsəlman  imperiyasının  meydana  çıxması  ilə  öz 
sonluğuna çatdı. 
Ellinistik  çarlıqlarda  şəhərlərin  mühüm  rol  oynaması  ilə  yanaşı  müstəqil 
şəhərlər də var idi ki, onlar əhalilərinin sıxlığı ilə fərqlənirdilər. Bəzi çarlar köhnə 
şəhərləri  dağıdıb,  yenilərini  yaratmağa  girişirdilər.  Bu  şəhərlər  Makedoniyadakı 
şəhərlərin  və  çar  ailəsi  üzvlərinin  adlarını  daşıyırdılar.  Belə  şəhərləri  Finikiyada, 
daha çox isə Suriyada görmək olardı. 
Persiya  imperiyası  da  əsasən  xalqların  birliyinə  əsaslanırdı,  yarandığı 
vaxtdan  Çar  Böyük  I  Dara  da  imperiyada  öz  sələfi  Böyük  Kirin  dözümlülük 
siyasətini  davam  etdirirdi.  Bir  sıra  xalqlara  öz  ənənələrini,  dilini  və  dinini 
saxlamağa  icazə  vermişdi.  Lakin  sonralar  imperiya  tənəzzülə  uğradı  və  Böyük 
Aleksandrın işğalı onun mövcudluğuna son qoydu. 


289 
 
 
Qədim Romanın ekspansiyası 
 
Sonralar  tarix  səhnəsinə  və  beynəlxalq  meydana  çıxan  romalılar  ədəbiyyat, 
arxitektura, fəlsəfə, elm sahələrindəki hər şeyi yunanlardan əxz etmişdilər. Yunan 
mədəniyyəti Roma imperiyasının Şərqində olduğu kimi Qərbində də kök salmadı. 
Roma  hər  tərəfdən  düşmənlər  tərəfindən  hədələndiyindən,  bu  təhlükələri  hərbi 
ekspansiya  xətti  ilə  qarşılamaqla,  bütün  italyan  yarımadasını  işğal  etdi.  Sonra  o 
Aralıq dənizinin ətrafına genişləndi, ərazisinə yeni işğal olunmuş torpağları əlavə 
etdi.  Karfageni  son  dəfə  məğlub  etdikdən  sonra  Aralıq  dənizini  Roma  gölünə 
çevirən  romalılar  nəzərlərini  Aralıq  dənizinin  şərqindəki  ellinistik  dövlətlərə 
tikdilər. Roma Ellinistik dünyanın siyasətinə əvvəlki dövrlərdə yunan dövlətlərinin 
azadlığının müdafiəçisi kimi cəlb olundu. Makedoniya isə tam başqa səbəbə görə 
b.e.ə.  148-ci  ildə  Roma  əyalətinə  çevrildi.  Vaxtilə  Makedoniya  çarı  romalıların 
Kannda  ağır  məğlubiyyətindən  sonra  Hanniballa  ittifaq  bağlamışdı.  Ona  görə  də 
Roma  Makedoniyanı  özünə  tabe  etdi.  Roma  imperiyası  bu  hadisələrdən  sonra 
yaranmışdı və buradan Şərqi Aralıq dənizindəki ellinistik çarlıqların problemlərinə 
cəlb  olunmaqla,  onlar  üzərindəki  ağalığa  başlamışdı.  Romalılar  adətən  hərəkət 
etməkdə  tərəddüd  etmirdilər,  müharibə  elan  etməyi  xoşlayırdılar,  müdafiə 
müharibəsini  isə  yalnız  öz  müttəfiqlərini  himayə  məqsədilə  aparırdılar.  Roma 
kübar  liderləri  meydana  çıxdı  ki,  onlar  ekspansiyanı  həm  şöhrət  naminə,  həm  də 
müharibənin gətirdiyi fayda hesabına sevirdilər. 
Quldarlıq  antik  dünya  üçün  ümumi  institut  olsa  da,  romalılar  bütün 
xalqlardan daha çox qullara malik idilər. Ümumiyyətlə Şərqə nisbətən Qərbdə daha 
çox qul saxlanırdı, axırıncıda bəzi təsərrüfat sahələri, məsələn əkinçilik yalnız qul 
əməyinə əsaslanırdı. İşğallar Romaya daha çox qul qazandırırdı. Götürülən əsirlər 
qul  kimi  özəl  mülkiyyətə  çevrilirdi.  Çox  sayda  əcnəbi  qullar  başqa  ölkələrdən 
Romaya gətirilirdi. Əlbəttə, qulların uşaqları da qul olurdu. Yunan mənşəli qullara 
müəllim,  musiqiçi,  həkim  və  rəssam  kimi  böyük  tələbat  var  idi.  İri  torpaq 
malikanəsi  olan  latifundiyalarda  iri  qul  dəstələri  işləyirdi,  onlar  olduqca  ağır, 
acınacaqlı  bir  şəraitdə  yaşayırdılar.  Görkəmli  dövlət  xadimi  Böyük  Katon  qeyd 
edirdi  ki,  qulu  ölənədək  işlətmək  və  onları  sonra  başqası  ilə  əvəz  etmək,  onlarla 
yaxşı  davranmaqdan  səmərəlidir.  Qullar  sərt  cəzalara,  işgəncələrə,  iyrənc  sui-
istifadələrə məruz qalırdılar. 
Roma  respublikası  antik  dövrdə  ən  iri  imperiyalardan  birini  yaratdı. 
Avropadakı  torpaqların  çox  hissəsini  işğal  etdi,  həmin  ərazilərdə  Roma 
mədəniyyəti  və  siyasi  ideyaları  tədricən  yayıldı.  Müasir  roman  dinləri  –  fransız, 
italyan,  ispan,  portuqal  və  rumın  dilləri,  latın  dilinin  bünövrəsi  üzərində 
yaranmışdır. Qərəzsiz istintaq və jüri məhkəməsi barədəki Qərb praktikası da daha 
çox  Roma  hüququna  borcludur.  Romalılar  öz  istedadlarının  abidələrini  bütün 
Avropada  qoyub  getmişdilər,  bunlara  akveduklar  və  yollar  daxildir.  Roma 
inzibatçılığının  bəzi  cəhətləri  əsrlər  boyu  özünü  Qərb  dünyasında  göstərdi. 
Romalılar  həmçinin  yunan-roman  antik  dünyasının  intellektual  irsini  də  qoruyub 
saxlayırdılar. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   140   141   142   143   144   145   146   147   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə