Telman orucov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə147/171
tarix17.11.2017
ölçüsü5,01 Kb.
#10701
1   ...   143   144   145   146   147   148   149   150   ...   171

294 
 
Məhəmməd  peyğəmbərin  vəfatından  sonra  onun  ardıcılları  dilemma 
qarşısında  qaldılar.  Məhəmməd  ilahi  qüvvə  olmasa  da,  Qurana  görə  “Kim  ki, 
Rəsula  tabe  olur,  demək  Allaha  tabe  olur”  ehkamı  ona  az  qala  ilahi  qüvvə 
imkanları  verirdi.  Ölümü  ərəfəsində  o,  heç  vaxt  öz  varisinin  adını  çəkmədi, 
beləliklə  bəlkə  də  öz  ətrafının  gələcək  taleyinə  qarışmaq  istəməmişdi.  Onun  öz 
oğlu  yox  idi,  daha  doğrusu  sağ  qalmamışdı,  ancaq  bir  neçə  qızı  var  idi.  Kişinin 
mühüm  rol  oynadığı  cəmiyyətdə  dini  icmanı  kim  idarə  etməli  idi?  Məhəmməd 
peyğəmbərin  vəfatından  az  sonra  onun  yaxın  ardıcıllarından  bir  neçəsi 
Məhəmmədin  qayınatası,  varlı  tacir  olan  Əbu  Bəkri  xəlifə  və  ya  islam  icmasının 
dünyəvi lideri seçdilər. 
Məhəmməd və ona varis olan ilkin xəlifələr ərəb tayfa adəti olan raziyyədən 
və  ya  düşmənlərə  qarşı  mübarizədə  yürüş  keçirməkdən  istifadə  edirdilər.  Bəziləri 
bu  hərbi  fəaliyyəti  cihad  adlandırırdı,  onlar  bunu  müqəddəs  müharibə  kimi  izah 
edirdilər.  Cihad  həqiqətən  də  “Allahın  yolu  ilə  mübarizə  aparmaq”la  şəxsi  rifaha 
çatmaq mənasını verir. 
Ərəb  işğalları  digər  adamları  və  ya  xalqları  bu  dinə  çevirmək  məqsədini 
güdmürdü, ona görə də islama keçmək tam könüllü qaydada baş verirdi. Kim islam 
dininə  keçmirdisə,  ondan  yalnız  müsəlman  idarəçiliyinə  tabe  olmaq  və  vergi 
ödəmək  tələb  olunurdu.  Müsəlman  olmayan  əhaliyə  müəyyən  məhdudiyyətlər  və 
can vergisi qoyuldu, bu isə əsasən sonralar baş verdi. 
Ərəblər  Əbu  Bəkrin  başçılığı  altında  birləşdikdən  sonra  öz  nəzərlərini 
qonşudakı  xalqlara  qarşı  yönəltdilər.  Bizanslılar  və  persiyalılar  yenicə  birləşmiş 
ərəblərin  qüvvəsini  ilk  hiss  edənlər  oldular.  636-cı  ildə  Yarmukda  müsəlmanlar 
Bizans  ordusunu  məğlub  etdilər  və  640-cı  ildə  isə  onlar  Suriya  əyalətini  öz 
ağalıqlarına tabe etdilər. 637-ci ildə ərəblər şərqdə pers qüvvələrini məğlub etdilər 
və  sonra  650-cı  ildən  bütün  Persiya  imperiyasını  işğal  etdilər.  Bu  vaxt  Misir  və 
Şimali  Afrikanın  digər  zonaları  yeni  müsəlman  imperiyasının  ərazisinə  əlavə 
olundu.  Bir  sıra  əla  sərkərdələr  ərəbləri  iri  miqyaslı  və  yüksək  məqsəd  güdən 
orduda  birləşdirdilər,  əgər  döyüşdə  həlak  olsalar  onlara  cənnətdə  yer  veriləcəyi 
təminatına inam döyüşçülərin igidliyini daha da artırırdı. 
İlkin  xəlifələr  imperiyanı  Mədinədən  idarə  etməklə,  yeni  işğal  edilmiş 
əraziləri  vergi  ödəyən  əyalətlər  kimi  təşkil  etdilər.  VII  əsrin  ortalarından  Əlinin 
xəlifəliyinə  qədər  peyğəmbərin  varisliyi  üzərində  problemlər  yaranır  və  mübarizə 
gedirdi.  Məhəmmədin  kürəkəni  Əli  öldürüldü  və  Suriya  valisi,  Əlinin  baş 
rəqiblərindən  biri  olan  sərkərdə  Müaviyə  661-ci  ildə  xəlifə  oldu.  Onu  sünnülər 
Məhəmmədin  qoyduğu  liderlik  nümunəsindən  uzaqlaşdığına  görə  o  qədər  də 
sevmirdilər.  Əli  tərəfdarları  olan  şiələr  isə  xəlifəliyi  öz  liderlərinin  əlindən 
uzurpasiya edib aldığına görə ona nifrət edirdilər. Lakin o, islam tarixində həlledici 
gücə  malik  olan  az  sayda  xəlifələrdən  biri  hesab  olunur.  Onun  bir  xüsusi  cəhəti 
ondan  ibarət  idi  ki,  gücdən  yalnız  ehtiyac  olanda  istifadə  edirdi.  O,  deyirdi  ki, 
“Mən  heç  vaxt  qamçının  gördüyü  iş  üçün  qılıncımı  işə  salmıram,  dilim  gördüyü 
işdə  qamçıdan  istifadə  etmirəm”.  O,  ləngimədən  hərəkət  edib,  xəlifəliyi  öz  nəsli 
üçün  irsi  etməyə  nail  oldu,  beləliklə  Əməvi  sülaləsini  yaratdı.  İlk  addımlarından 
biri  Əməvilərin  müsəlman  imperiyasının  paytaxtını  Mədinədən  Suriyadakı 


295 
 
Dəməşqə köçürmək oldu. Xəlifəlik üzərindəki ixtilaf islamda Əlinin törəmələri və 
həqiqi  idarəedənlər  kimi  hesab  olunan  şiələrlə,  həqiqi  xəlifələr  olan  Əməvilərin 
törəməsi olduqlarını iddia edən sünnülər arasında bölünmə meydana gəldi. İslamın 
belə  parçalanması  bizim  günlərə  qədər  davam  edir  və  hətta  beynəlxalq 
münasibətlərə də öz təsirini göstərməmiş qalmır. 
Lakin  daxili  ixtilaf  islamın  ekspansiyasını  dayandırmadı.  VIII  əsrin 
başlanğıcında Aralıq dənizinin qərb və şərq qurtaracaqlarına yeni hücumlar həyata 
keçirildi.  Şimali  Afrikadakı  uğurlarından  sonra,  müsəlmanlar  Gibraltar  boğazını 
keçib, 711-ci ildə İspaniyanın içərilərinə girdilər. Vestqot çarlığı süqut etdi və 725-
ci  ildən  İspaniyanın  əksər  ərazisi  paytaxtı  Kordoba  olmaqla  müsəlman  dövlətinə 
çevrildi.  732-ci  ildə  müsəlman  ordusu  Cənubi  Fransaya  yürüş  edəndə,  Puatye 
yaxınlığında məğlub edildi. Avropada müsəlman ekspansiyası dayanmağa məcbur 
oldu. 
Bu  vaxt,  717-ci  ildə  müsəlman  qüvvələri  Bizans  imperiyasını  məhv  etmək 
ümidi ilə Konstantinopola hücum etdilər. 718-ci ilin yazında bizanslılar müsəlman 
donanmasını  darmadağın  etdilər  və  Bizans  imperiyasını,  müəyyən  dərəcədə  isə 
xristian Avropasını xilas etdilər. Çünki Konstantinopolun yıxılması, heç şübhəsiz, 
Şərqi  Avropaya  müsəlman  müdaxiləsinə  qapıları  açacaqdı.  Bizans  imperiyası  və 
islam bu vaxt Cənubi Kiçik Asiyada yüngül sayılmayan bir sərhəd qurdular. 
Ərəb  irəliləyişi  nəhayət  sona  çatdı,  lakin  bu  köhnə  Roma  imperiyasının 
Cənubi  və  Şərqi  Aralıq  dənizi  hissələrinin  işğalından  əvvəl  baş  vermədi.  İslam 
həqiqətən  də  köhnə  Roma  imperiyasının  varisinə  çevrildi.  İmperiyanın  bu  hissəsi 
inkişaf  etmiş  ərazi  idi  və  yeni  Ərəb  imperiyası  onun  işğalından  böyük  fayda 
götürdü.  
Əməvi  sülaləsi  bu  vaxt  nəhəng  imperiyanı  idarə  edirdi,  Bizans  və  Persiya 
sivilizasiyaları  ilə  əlaqədə  olmuşdu.  Nəticədə,  yeni  Ərəb  imperiyası  yunan 
mədəniyyətinin,  həmçinin  qədim  Yaxın  Şərqin  köhnə  sivilizasiyasının  təsirinə 
məruz qaldı. İşğalçıların uşaqları yeni qaydada təhsil alırdılar və parlaq mədəniyyət 
yaradırdılar.  Bu  mədəniyyət  Qərbi  Avropaya  da  hökmən  öz  intellektual  təsirini 
göstərməmiş qalmadı. 
İslamın  tarixində  heç  vaxt  məcburi  şəkildə  başqa  dinə  mənsub  olanların 
islama  keçməsi  baş  verməmişdi,  islam  imperiyasının  işğalları  da  yerli  əhalinin 
müsəlmanlığa  kütləvi  qəbul  edilməsi  ilə  müşayiət  olunmamışdı.  Yalnız  sonralar 
osmanlıların Balkanları zəbt etməsi vaxtı iki yerdə - Bosniya və Hersoqovinada və 
Albaniyanın bir hissəsində əhali kütləvi şəkildə islam dininə keçmişdi. Ona görə də 
islamın  yayılmasını  işğallarla,  silah  gücünə  baş  verdiyini  iddia  etmək 
ədalətsizlikdir,  böhtandır.  Ərəb  ordusunun  ayağı  dəymədiyi  yerlərdə  də  başqa 
dinlərdən  islama  keçmək  baş  verirdi,  çünki  yəhudilərin  dinindən  fərqli  olaraq 
başqa  dinlərdən  islama  keçmək  qadağan  olunmurdu.  Allaha  inam  gətirən  hər  bir 
adam üçün bu dinin qapıları açıq idi. XV əsrdə Malakka yarımadasındakı eyni adlı 
krallığın  banisi  knyaz  Parameşvara  müsəlmanlığa  keçmişdi.  Burada  ərəb 
ordusundan  əsər-əlamət  yox  idi.  Bu  hərəkəti  ilə  o,  tacirlərin,  xüsusən  də  ərəb 
tacirlərinin  dəstəyinə  yiyələndi,  həm  də  XIII  əsrin  sonundan  islamın  yayıldığı 
Sumatranın  şimali-qərb  hissəsindəki  dövlətlərlə  onun  yaxınlaşmasına  şərait 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   143   144   145   146   147   148   149   150   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə