106
samuray həmişə seppukunun icra edilməsinə köməklik göstərir, dizi üstə çökmüş
adamın arxasında laqeyd dayanırdı ki, aqoniya dözülməz şəkil almamış və
nəzarətdən çıxdıqdan qabaq onun başını bircə zərbə ilə kəssin.
Axırıncılar baş versəydi bu həyatının ali anında insanı çox biabır etmiş
olardı. Sekundantın iştirakı olmadan az sayda adam biabır olmadan ölə bilərdi.
Samuray qadınlar seppukunu boğazlarına öz bıçaqlarını soxmaqla icra
etdiklərindən, onlara köməkçi lazım olmurdu. Çinlilər isə işgəncə verilməsindən
həzz alırdılar.
Buddizm yaponları ətlə qidalanmaqdan çəkindirirdi. Buddanın vətəni olan
Hindistanda yaponları «Şərqin şeytanları» adlandırırdılar və öz torpaqlarına silahlı
olduqda onların ayaq basmalarına icazə vermirdilər. Yaponlar isə hindliləri
«Qaralar» və «İnsan olmayanlar» adlandırırdılar. Koreyalıları isə onlar «Sarımsaq
yeyənlər» deyə çağırırdılar və kannibala bənzəyən heyvanlar hesab edirdilər.
Onlardan gələn sarımsaq qoxusu hətta onlarla ünsiyyətdə olanın paltarına və saçına
hopurdu. Yaponlar güman edirdilər ki, hər iki ölkəni – Koreyanı və Çini işğaldan
sonra onlar sivilizasiyalardırmışlar, lakin onu da etiraf edirdilər ki, Çin hələ qədim
dövrlərdən sivilizasiyalaşmış bir ölkə idi və yaponlar ondan çox şeyi əxz etmişdilər
və özləri də vurğulayırdılar ki, ən yaxşı şeyləri Çindən götürmüşdülər.
İngiltərə kimi Yaponiya da adalar ölkəsi idi, öz dənizlərində ağalıq etməsə
kənardan olan düşməndən müdafiəsiz qala bilərdi. Mariko-san ingilisə öz ölkəsinə
iki dəfə müdaxilə edildiyini danışdı. Üç yüz ildən çox bundan əvvəl Xubilay xanın
monqolları Çini və Koreyanı yenicə işğal etdikdən sonra bizə qarşı hücuma
keçdilər. Bu vaxt biz onun hökmranlığına tabe olmağı rədd etmişdik. Bir neçə min
adam Kyuşuda sahilə çıxdı, lakin bizim samuraylar onların qarşısını kəsdi və bir
müddətdən sonra düşmən geri çəkildi. Bu hadisə 1274-cü ildə olmuşdu. Yeddi il
sonra, 1281-ci ildə müdaxilədə demək olar ki, iki yüz min düşmən qoşunları
yüklənmiş minə qədər Çin və Koreya gəmiləri iştirak edirdi. Qoşunlar
monqollardan, çinlilərdən və koreyalılardan ibarət idi – əksəriyyəti süvari idi.
Cənubdan gələn tayfun donanmanı və onun göyərtəsində olan ordunu darmadağın
etdi. Sahildə qalanlar tezliklə öldürüldü. Bu kamikadze və ya İlahi Külək idi.
Kamikadzeni Allahlar, Allahların bu torpağını xarici işğalçılardan mühafizə etmək
üçün göndərmişdi. Monqollar bir daha geri dönmədilər və səksən ilə sonra və ya
ona yaxın bir vaxtda onların yaratdıqları Yuan sülaləsi Çindən də kənara atıldı.
Ona görə də yaponlar deyirdilər ki, «Onlardan bizi Allahlar qoruyur». Mariko
təkrar etdi ki, Allahlar daim bizi müdaxilələrdən qoruyacaqlar. İspan
məğlubedilməz Armadası da belə bir qasırğanın köməyi ilə İngiltərə üçün
əhəmiyyətsiz bir şeyə çevrilmişdi. Axırıncı hadisə 1588-ci ildə baş vermişdi.
Monqollar yəqin ki, avropalılara da rəhm etməzdi. Xubilay xanın babası Çingiz
xanın ordaları demək olar ki, Vyananın qapıları ağzına gəlib çıxmışdı, bu vaxt
onların hücumu dayandırıldığından geri dönməyə məcbur oldular. Bu Hannibalın
Romanın qapısı ağzında dayanıb, geri dönməsinə bənzəyirdi.
Həmin günlərdə adamlar inanırdılar ki, Çingiz xanın əsgərləri Allah
tərəfindən göndərilmişdi ki, dünyanı günahlarına görə cəzalandırsın.
Ümumiyyətlə yaponlar ölümdən qorxmurdular. Bu qorxu torpağında ölüm
107
adamların guşənişinliyə çəkilməsi hesab olunurdu. Ölüm yaponların havasının,
dənizinin, torpağının bir hissəsi kimi qəbul edilirdi.
Bləksorn altı ay müddətinə əvvəlki kənddə yapon dilini öyrənməyə
göndərildikdə daymyo Yabu kəndlilərə elan etmişdi ki, həmin müddətin sonunda
ingilis dilimizdə danışa bilməsə, bütün kənd camaatını qılıncdan keçirəcəkdir.
Tərcüməçi Mariko-san bunu dənizçiyə dedikdə, o, hiddətini gizlədə bilmirdi, axı
kənd sakinlərinin onun dili öyrənib-öyənməməsi ilə nə əlaqəsi vardır. Axşam o,
Yabunun qaldığı evə gəldikdə etirazını bildirib, əmrini ləğv etməyi xahiş etdi.
Adətə görə daymyo öz əmrini geri götürə bilməzdi, bu biabırçılıq hesab olunurdu.
Bu vaxt kobud kənd valisinin yanında o, belə bir ar gətirən əmrə dözməyəcəyini
əsas götürərək seppuku etmək üçün xəncərini çıxarıb qarnına soxmaq istədikdə,
vali tullanıb onun əlinin zərbəsini saxladı. Həm daymyo, həm də vaxtilə adamların
gözü qarşısında Bləksornu nalayiqcəsinə təhqir edən onun qardaşı oğlu məəttəl
qalmışdılar, onlar avropalıdan belə cəsarət və fədakarlıq gözləmirdilər. Daymyo
Yabu əlacsız qalıb söz verdi ki, əgər o, ikicə söz də öyrənsə, kənd əhalisini
cəzalandırmayacaqdır. İngilisə artıq heç də laqeyd olmayan tərcüməçi qadın da
onun belə hərəkətinə təəccübünü gizlətməsə də, portuqal dilində ona dedi ki, siz
artıq yenidən doğuldunuz, əvvəlki adam deyilsiniz.
Digər bir hadisə də Bləksornu olduqca məyus etmişdi. Yaponlar şahinlə
ovladıqları qırqovulu ikinci dəfə ona göndərəndə, ətinin yumşalmasını əsas
götürərək, quşu həyətdə boğazından kəndirlə asdı və tapşırdı ki, özünün icazəsi
olmadan heç kəs ona toxunmasın. Sonra qırqovulu ümumiyyətlə yadından çıxardı
və qayıdanda ona xidmət etmək tapşırılmış dul gəlin bildirdi ki, o, günahkardır,
özünü öldürməyə icazə versin. Nəhayət məlum oldu ki, uzun müddət asılı qalan
quş iylənib, üfunət iyinə dözə bilməyən hər bir yapon kimi qadın onu götürüb
basdırmaq istəyəndə, bağban özü quşun cəsədini açıb, torpağa basdırmış, sonra isə
özünü öldürübmüş. Ağanın sözünü, əmrini heç kəs poza bilməzdi, buna cəsarət
etsə, könüllü qaydada həyatdan getməli idi. Bləksorn da adi adam deyildi.
Toranaqa onu qulluqçu səviyyəsində hatamoto təyin etmişdi. Ona görə də quşa əl
vurmaq özünə ölüm hökmü elan etməyə bərabər idi.
Bləksorn yazıq bağbanın ölümünə çox kədərlənməklə yanaşı bu günahsız
qadını da öz qərarından döndərə, sakitləşdirə bildi və özünü məzəmmət etdi ki,
xalqın qayadalarına bələd olmadan niyə belə ağılsız qəti göstəriş verirsən.
Mariko-san ingilisə dili öyrətmək üçün yapon dilində feilin ingilis dilində
olduğutək şəxsi əvəzliklərə görə dəyişilmədiyini, bəzən hətta gələcək zamanda və
mücərrəd formada da eyni qaydada tələffüz edildiyini dedi. Hətta cəm və tək
isimləri də eynidir. «Tsuma» ifadəsi həm «arvadı», həm də «arvadları» bildirir.
«Mən gedirəm» ya «onlar getdi» ifadələri yalnız səsin tonunu dəyişməklə bir-
birindən fərqlənir. Lakin hər ikisi eyni qaydada səslənir. Yapon dili qeyri-müəyyən
dil hesab olunur. Çinlilər çox ağıllı idilər, deyə Mariko-san bildirdi ki, biz min il
əvvəl onlardan yazını əxz etmişik. «Donuz» sözü üçün onlar xarakter və ya ifadə
seçirlər. «Dam» simvolu «donuz» simvolunun üstünə əlavə edildikdə, bu «ev»
mənasını verir. Qədim dövrlərdə çinlilər düşünürdülər ki, «dam altında donuz»
evdir. Onlar buddistlər deyildidilər, ət yeyirdilər, ona görə də onlar üçün,
Dostları ilə paylaş: |