Telman Orucov



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə43/55
tarix01.12.2017
ölçüsü4,8 Kb.
#13256
1   ...   39   40   41   42   43   44   45   46   ...   55

kimi sayırlar. İngilislərə qarşı mübarizə simvoluna çevrilən bu «Orlean qızı» 19 yaşında 
həyatla vidalaşmalı olmuşdu. Lakin onun dalğalandırdığı vətənpərvərlik bayrağı 
fransızları xeyli ruhlandırmış və onlar ingilisləri öz torpaqlarından qovmağa nail ola 
bilmişdilər.  
1453-cu ildə Avropa tarixindəki ən uzun sürən müharibə başa çatdı. Müharibə 
dövründə ingilis və fransız milli dövlətləri formalaşaraq, özünün siyasi, iqtisadi və mədəni 
xüsusiyyətlərinə yiyələndilər.  
Əsas ölkələrlə yanaşı, müharibədə müxtəlif vaxtlarda Portuqaliya, Kastiliya, 
Araqon, Şotlandiya, Papalıq, Müqəddəs Roma imperiyasının ayrı-ayrı əraziləri də iştirak 
etdilər. Yüzillik müharibə ingilislərin tez-tez baş verən hərbi uğurlarına baxmayaraq, 
Fransanın qələbəsi ilə başa çatdı, ingilislər əvvəlki böyük ərazi işğallarına baxmayaraq, 
sonda qitədə yalnız Kale şəhər-limanını saxladılar. Sonralar bu dayaq nöqtəsi də 
ingilislərin əlindən çıxdı və XX əsrdə imperiyasını da itirən Böyük Britaniya adalar ölkəsi 
kimi qaldı. 
İlk mərhələdə kiçik, lakin yaxşı intizamlı və öyrədilmiş ingilis qoşunu öz düşmənini 
ağır məğlubiyyətlərə düçar edirdi. Sleysdə fransız donanması məhv edilmişdi. 1356-cı ildə 
Frank mayordomu Karl Martellin 732-ci ildə ərəblər üzərində qələbəsinin şahidi olan 
Puatyedəki döyüş fransız kralı II İoann Xeyirxahın əsir düşməsi ilə nəticələndi. 1422-ci ildə 
Trua sülh müqaviləsi Fransanı mili müstəqilliyini itirmək təhlükəsi altında qoydu. Ancaq 
müharibənin son mərhələsində VII Karl fransız taxt-tacına öz iddiasını təsdiq edə bilməklə, 
1429-cu ildə Reymsdə taclandı və tədricən ingilisləri Fransadan qovdu. Fransızların qəti 
qələbəsinə VII Karlın orduda və idarəetmədəki islahatları şərait yaratdı. Həm də 
beynəlxalq sahədə də onun üçün əlverişli şərait mövcud idi, Burqundiyanın 1435-ci ildə 
Fransanın tərəfinə keçməsi xüsusilə böyük rol oynamışdı. 
1648-ci ildə Vestfaliya sülhü ilə başa çatan Otuz illik müharibə ilk dəfə dini ayrı-
seçkiliyə və münaqişəyə son qoydu. Bu sülh Avropanın siyasi xəritəsində nəzərə çarpan 
dəyişikliklər əmələ gətirdi. Bu müharibə 1618-ci ildə başlamaqla, Habsburq bloku ilə 
birlikdə Almaniyanın katolik knyazları və antihabsburq koalisiyası (alman protestant 
knyazları) arasında gedirdi. Habsburq bloku katolitsizm bayrağı altında, antihabsburq 
koalisiyası ilə (xüsusən əvvəllərdə) protestantizm bayrağı altında çıxış edirdi. Müharibə 
dəyişən uğurlarla gedirdi. Fransa 1635-ci ildə müharibəyə qoşulmaqla, onun tərəfində 
olduğu antihabsburq koalisiyası açıq üstünlüyə malik oldu. Katolik Fransa, protestant 
İsveçin tərəfində müharibəyə daxil olmuşdu, bundan isə Fransa üçün başlıca fayda 
Habsburqları bütövlükdə, xüsusən İspaniyada zəiflətmək idi. Nəticədə Habsburqların 
«dünya imperiyasını» yaratmaq və mili dövlətləri tabe etdirmək planları alt-üst oldu və 
siyasi hegemonluq Fransaya keçdi. Müharibə yalnız 1648-cı ildə başa çatdı.  
Bu sülh müqaviləsinin nəticələri onun iştirakçılarının taleyində müxtəlif cür təsir 
göstərdi. İsveç yeni ərazilər qazandı, bu, ona imkan verdi ki, Baltikada hegemon vəziyyətə 
sahib olsun. Baltikyanı ölkələrin çoxu artıq ona məxsus idi. Müqəddəs Roma 
imperiyasında imperatorun ziyanına knyazların mövqeləri güclənldi. Habsburqların 
hakimiyyəti onların irsi torpaqları ilə məhdudlaşdırıldı. İmperiyanın faktiki olaraq 


parçalanması və müstəqil dövlətlərin konqlomeratı hesabına imperiyanın hərbi və siyasi 
funksiyaları zəiflədi. Sülh müqaviləsinin bağlanmasından Fransa daha böyük fayda 
götürdü, o, öz sərhədlərini genişləndirdi və Reyn üzərində Habsburqlar hakimiyyətini 
gücdən saldı. Müqəddəs Roma imperiyasındakı knyazlar öz təbəələrinin dinini müəyyən 
etmələrini davam etdirdilər. Bütövlüklə bu protestantların qələbəsi demək idi. Vestfaliya 
sülh müqaviləsi tərəfindən müəyyən edilmiş iki dinin yayılması sərhədləri XX əsrdə də 
praktiki olaraq dəyişilməmiş qalmışdı.  
Vestfaliya sülhü Avropanın siyasi xəritəsini qəti olaraq müəyyən edə bilmədi, çünki 
hələ 1659-cu ilə kimi Fransa ilə İspaniya arasında hərbi əməliyyatlar davam edirdi. Həm də 
siyasi qüdrətin yenidən bölüşdürülməsi yeni münasibətləri meydana gətirə bilərdi. Ancaq 
bu sülh Avropa tarazlıqlarının formalaşmasında mühüm bir mərhələ oldu. Bütövlükdə 
digər hadisələrlə yanaşı, Vestfaliya sülhü yeni dövrün Avropa tarixinə güclü təsir göstərdi.  
1756-cı ildə isə Avropada Yeddiillik müharibə başlandı. Buna startı Prussiya kralı II 
Fridrixin qoşunlarının Saksoniya ərazilərinə müdaxiləsi verdi. Onun məqsədi Avstriyanın 
yaratdığı antiprussiya koalisiyasını əzmək idi. 
Bu müharibə birinci növbədə müstəqilliklər üstündəki mübarizədə ingilis-fransız 
rəqabətinin güclənməsi, həm də Avropa qitəsində Avstriyanın və Prussiyanın 
mənafelərinin toqquşması idi. Bu, Avropa dövlətləri arasında birinci müharibə idi ki, bu 
müharibədə hərbi əməliyyatlar təkcə Avropa qitəsində deyil, həm də onun hüdudlarından 
kənarda – Hindistanda və Amerikada gedirdi. Müharibə üçün səbəb rolunu Amerikadakı  
Oqayo çayı vadisində fransız və ingilis kolonistləri arasındakı toqquşma oynadı. İlk 
əvvəllərdə məskunların özləri öz maraqları uğrunda vuruşurdular. Lakin 1756-cı ilin 
yazında müharibənin rəsmi qaydada elan olunmasından sonra münaqişəyə hər iki 
metropoliyanın qüvvələri cəlb olundu. Fransa da, Böyük Britaniya da özlərinə müttəfiqlər 
axtarırdılar. Fransa Avstriya ilə müttəfiqlik müqaviləsi bağladı. Avropada tam yeni siyasi 
qruplaşma meydana gəldi. Prussiya kralı Fransanın tələbini yerinə yetirməkdən imtina 
edib, Böyük Britaniya ilə şəxsi uniyada olan Hannoverə qarşı çıxış etmədikdə, Berlinlə 
Paris arasında o vaxta qədər dostcasına olan münasibətlər xeyli dərəcələ pisləşdi. Prussiya 
ilə Britaniya kralı III Corc arasındakı razılığa görə Hannover neytral tərəf kimi tanındı. 
Prussiya kralı II Fridrix Böyük Britaniya ilə münasibətlərin dəyişilməsindən Avstriyanın 
izolyasıya edilməsinə və Rusiyanın Böyük Britaniyaya hüsn-rəğbətini qazanmağa bel 
bağlayırdı. Ancaq Fransa Avstriya ilə müttəfiqlik müqaviləsi bağladığına görə, axırıncıya 
Rusiya da yaxınlaşmışdı, II Fridrixin manevri əslində əks təsirə malik oldu. Bu, Prussiyaya 
qarşı yönələn fransız-rus-Avstriya koalisiyasının yaranmasını sürətləndirdi. 
Müharibənin gedişində ingilis generalı Robert Klayv 1757-ci ildəki Plessi 
yaxınlığındakı döyüşdə Böyük Moğolun Benqaliya valisi üzərində qələbə çaldı. İngilislər 
bu vaxtadək Benqaliyaya və digər torpaqlara sahib olmuşdular. 
İngilislər öz Ost-İndia kompaniyalarının əldə etdikləri ərazilərdə bütün fransız 
ticarət nümayəndələrinin idarə olunmasını öz əllərinə keçirdiyinə görə, fransızları 
Hindistandan sıxışdırıb çıxarmağı bacardılar. Hindistanı öz müstəmləkəsinə çevirmək 
barədə Fransanın planları alt-üst oldu. İngilislərin Plessi yaxınlığındakı qələbəsinə hind 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə