Telman Orucov



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə41/55
tarix01.12.2017
ölçüsü4,8 Kb.
#13256
1   ...   37   38   39   40   41   42   43   44   ...   55

öldürülməsindən gedirdi. Sonra isə gaz kameralarından istifadə və krematoriyalarda 
cəsədlərin yandırılması ardıcıl hal aldı.  
İkinci Dünya müharibəsi illərində natsistlər cəmi 6 milyona qədər yəhudini məhv 
etdilər.  
Britaniya mandatı müddətinin qurtarması ərəfəsində – 14 may 1948-ci ildə İsrail 
dövlətinin yaradılması elan edildi, bu yeni dövləti iki dünya dövləti – ABŞ və SSRİ 
ləngimədən tanıdılar. İsrail dövləti Yerusəlimin şərq hissəsi daxil olmaqla, Mandat altında 
olan ərazinin 56%-ni tutdu. Bu torpaqda yaşayan bir milyon ərəbdən 850.000-i yəhudilər 
tərəfindən sıxışdırılacağından qorxub qaçdı. Beləliklə, Fələstin qaçqınları problemi 
meydana gəldi. 
1948-ci ildə, demək olar ki, yüz minlərlə israilli qonşu ərəb dövlətləri tərəfindən 
hücuma məruz qaldı, lakin öz dövlətlərinin ərazisini qoruyub saxlamaq onlara nəsib oldu. 
ABŞ-ın yəhudi icmasının dəstəyi, Almaniyanın ödədiyi təzminatlar və yüksək ixtisaslı 
immiqrantların axını İsrailin iqtisadi inkişafına şərait yaratdı. Əvvəllər becərilməyən 
torpaqların istifadəsi davam edirdi. 1983-cü ildə İsraildə 3,37 milyon yəhudi yaşayırdı. 
2016-cı ildə isə onların sayı 6,3 milyon nəfərdir və ya ölkə əhalisinin 75 %-ni təşkil edir. 
1956 və 1967-ci illərdə İsraillə ərəb dövlətləri arasında yeni müharibələr baş verdi, 1967-ci il 
müharibəsinin gedişində İsrail Sinay yarımadasını, Yerusəlimin şərq hissəsi ilə birlikdə 
Qərbi İordaniyanı və Suriyanın Qolan yüksəkliyini işğal etdi. Bu uğurlar da möhkəm sülh 
gətirmədi. 1973cü ildə Qiyamət günü müharibəsi adlanan yeni hərbi əməliyyatların 
partlayışı baş verdi. 1977-1979-cü illərdə, nəhayət, İsrailin Misirlə əlaqələri normallaşdı, 
axırıncıya Sinay yarımadası qaytarıldı. Lakin digər ərəb dünyası ilə münasibətlər əvvəlki 
tək gərgin olaraq qaldı.  
İsrailin 1967-ci il müharibəsi gedişində işğal etdiyi ərazilərdə siyasəti anneksiya 
xarakteri aldı. İsrail hakimiyyətləri işğal edilmiş torpaqları məskunlaşdırmaq siyasəti 
apararaq, İsraili David və Solomonun çarlıqları dövründəki İsrail-İudeya vahid çarlığı 
sərhədlərində olan kimi bərpa etməyə çalışırdılar. Həmin vaxtlarda İsrail Akaba 
körfəzindən Dəməşqə kimi uzanırdı. Onun yaradılmasında Mesopotamiyadan olan 
köçərilərin çoban tayfaları iştirak etmişdilər. B.e.ə. 1200-cü ilə yaxın ona Misirdən çıxıb 
gəlmiş tayfa da birləşdi. Onun rəhbəri Moisey (Moşe) öz həmtayfalıları arasında Yaxve 
allahının kultunu yayırdı, bu kult isə Şimali-qərbi Ərəbistanda meydana gəlmişdi. Mədəni 
birlik əsasında, digər xalqlarla daimi toqquşmalarda b.e.ə. XI əsrin sonunda 12 tayfanın 
ittifaqı əmələ gəldi, bu ittifaq İsrail adını qəbul etdi. Bu, Misirin və Assuriyanın müvəqqəti 
zəifləməsi nəticəsində mümkün olmuşdu. Lakin İsrail-İudeya çarlığındakı daxili 
ziddiyyətlər o qədər güclü idi ki, b.e.ə. 926-cı ildə çar Solomonun ölümündən sonra dövlət 
iki çarlığa – şimalda İsrail, cənubda isə İudey çarlığına parçalandı.  
B.e.ə. 722-721-ci ildə İsrail çarlığı Assusriya tərəfindən məhv edildi. İudeya çarlığı 
b.e.ə. 587-ci ildə bu dəfə digər işğalçıya təslim oldu, babilistanlılar Yerusəlimi tutdular, 
onun sakinlərini isə Mesopotamiyaya sıxışdırıldılar, ancaq pers çarı Böyük II Kir 
tərəfindən Babil tutulduqdan sonra əsirlər vətənlərinə qayıtdılar və dağıdılmış Yaxve 
məbədini bərpa edə bildilər. «Babil əsirliyi» dövrü yəhudi dininin – iudaizmin və onun 


sərt qanunlarının folrmalaşması üçün həlledici əhəmiyyət kəsb etdi. Bunlar yəhudilərə yad 
xalqlarla əhatədə olduqda vahid xalqa mənsubluq hissini saxlamağa kömək etdi. Bu 
dövrdə yəhudilərin mədəni-etnik birliyi tam şəkildə əmələ gəldi. Yəhudilərin müqəddəs 
mətnləri – Topa (Moiseyin Baş kitabı) b.e.ə. 445-ci ildə tərtib olundu. Onlar iudaizmin 
ardıcıllarının bütün həyatını nizamlayan göstərişlərdən ibarət idi. Perslərin hakimiyyəti 
altında Böyük Aleksandr dövlətində, həmçinin Ptolomeylər sülaləsinin idarə etməsi vaxtı 
(b.e.ə. 320-198-ci illər) yəhudi əhalisi təqiblərə məruz qalmamışdı. Lakin Palestina Selevkid 
çarlığının tərkibinə daxil edildikdən sonra iudeylərin üzərinə təqiblər dalğası düşdü, 
güclənən ellinləşmə bütün yəhudi birliyinin bütövlüyünə təhlükə törədirdi. Bu dövrdə 
messiyanın gəlişinə inam gücləndi, bu müqəddəs çar yəhudi xalqına Davidlər dövrünün 
şöhrətini və bütünlüyünü qaytaracaqdı. B.e.ə. 167-ci ildə Makkaveylər nəslinin rəhbərliyi 
altında üsyan hərəkatı başlandı. Romanın şərq siyasəti hesabına b.e.ə. 135-ci ildən 53-cü ilə 
qədər müstəqil yəhudi dövləti mövcud oldu. Bununla birlikdə diasporada, xüsusən 
Babildə yaşayan yəhudi icmaları inkişaf edirdi. Buradan Talmud meydana gəlmişdir. Ayrı-
ayrı dini qurumların arasında sözləşmə baş verirdi. Xristianlardan fərqli olaraq, yəhudilər 
Allahın insanlaşldırılması imkanını rədd edirdilər. Onların anlamında Allah vahiddir və 
dünyanı əmələ gətirməli və öz xalqı ilə ittifaq bağlamalı idi. Onun qanununun ciddi icra 
edilməsi Allahın mərhəmətinə nail olmağa imkan verərdi. Zoroastrizmin təsiri altında 
mələklər və divlər haqqında təsəvvür əmələ gəldi, Qiyamət gününə inam İranın təsiri ilə 
izah olunur. Lakin bu ideyalar bütöv doktrina şəklini ala bilmədi. 
Romanın şərqdəki ekspansiyası yəhudi dövlətinin müstəqilliyinin itirilməsinə 
gətirib çıxardı. 6-cı ildə İudeya Romanın Suriya əyalətinin bir hissəsinə çevrildi. 66-cı ildə 
tabe edilmiş xalq həddən artıq vergilərin ağırlığından əzilib, üsyan qaldırdı, bu, İudeya 
müharibəsi adlanır, lakin üsyan uğur qazanmadı, dörd il sonra romalılar Yerusəlimi tutub, 
şəhərdəki məbədi dağıtdılar. İkinci İudeya üsyanı da (132-135-ci illər), ona özünü 
peyğəmbər elan edən Bar-Koxba başçılıq edirdi. Sağ qalmış yəhudilər vətənlərindən 
qovuldular və bütün imperiyaya yayıldılar. Ancaq öz dinlərinə və ənənələrinə sədaqəti 
hesabına onlar diasporada da birlik hissini qoruyub saxladılar. Onlar əsasın şəhərlərdə 
yaşayırdılar, daha çox ticarət və təbabətlə məşğul olurdular. Yəhudilərin ən qatı düşməni, 
onları Xristosu öldürməkdə günahlandıran xristianlar oldu. Bununla yanaşı, qovulmuş və 
səpələnmiş yəhudiliyin mövcudluğuna xristian ortodoksları, Allahı tərk etmiş xalqı 
gözləyən canlı ibrət dərsi kimi baxırdılar. Yəhudilərə nisbətən dözümlülük göstərilən 
dövrlərdə – Karolinqlər epoxasında və ya Pireney yarımadasında gec orta əsrlərdə 
qəddarcasına təqiblər və ya taun epidemiyası vaxtı qızğın təqiblər müəyyən dövrlərdə 
kəsilirdi. Yəhudilərə nifrət xristian uşaqlarının ritual qaydasında öldürülməsində və ya 
quyuların zəhərlənməsindəki ittihamlarla müşayiət olunurdu. İslam dövlətlərində yəhudi 
icmaları bütünlüklə özlərini təhlükəsizlikdə hiss etdikləri bir vaxtda, Avropada onlar 
dünyəvi hakimiyyətlərin xüsusi müdafiəsində olsalar da, bu müdafiəyə görə haqq 
ödəməyə və onlar üçün ayrılmış xüsusi şəhər məhəllələrində (gettolarda) yaşamağa 
məcbur idilər. Maarifçilik epoxası Avropa yəhudilərinin milli zülmdən azad olunmasının 
uzun müddətli prosesinə başlanğıc verdi. Bu ideyanın tərəfdarları belə bir cəhəti əsas 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə