Telman Orucov



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə37/55
tarix01.12.2017
ölçüsü4,8 Kb.
#13256
1   ...   33   34   35   36   37   38   39   40   ...   55

olmaqda qalmaqla, saysız-hesabsız bədbəxtliklərin baş verməsinə şərait yaratması idi. 
1619-cu ildə Şimali Amerikaya, Virciniyanın Ceymstaun limanına holland gəmisində 
Afrikadan ilk 20 zənci gətirildi. Bu hadisə Şimali Amerikanın ingilis koloniyalarında qul 
sahibliyinin başlanğıcını qoydu. Zəncilərdən varlı kolonistlərin ailələrində müxtəlif işlərdə 
istifadə olunurdu. Şimali Amerikada afrikalıların güzəranı ilk əvvəllərdə o qədər də pis 
deyildi, onların vəziyyəti ispan koloniyalarındakı qaradərili qulların taleyindən kəskin 
surətdə fərqlənirdi. İspanlar hələ 1501-ci ildə Mərkəzi və Cənubi Amerikaya Afrikadan işçi 
qüvvəsi gətirmişdilər. Çünki hindular mədənlərdəki və plantasiyalardakı ağır zəhmət 
üçün kifayət qədər dözümlü deyildilər.   
İspaniyanın Portuqaliya ilə birləşməsinə (1580-ci il) qədər ispan koloniyalarına 
qulların daşınması ilə əsasən portuqal tacirləri məşğul idilər. 1595-ci ildə kral II Filipp qul 
ticarətini İspaniyanın inhisarı elan etdi, öz tacirlərinə icazə verdi ki, Amerikaya 30.000 qul 
daşısınlar.  
İngilis koloniyası olan Virciniyada qara dərili qullardan istifadə edilməsi əvvəllərdə 
geniş yayılmamışdı. Burada «ağ» işçi qüvvəsi çatışmırdı, belə ki, yoxsul köçkünlər gəmidə 
pulsuz Yeni Dünyaya gəlmək üçün 7 il ərzində bunun əvəzində işləmək barədə öhdəlik 
götürürdülər. 
Afrika dövlətlərindən bəzilərini iqtisadiyyatı qul ticarətinə əsaslanırdı. Daqomeya 
dövlətinin hökmdarı hər il qul ovu aparırdı. Daqomeyalılar qonşu yaşayış məntəqələrinə, 
daha çox Yoruba tayfasına hücumlar edir və onları ərəb və Avropa tacirlərinə satırdılar. 
Qul ticarəti artıq bir neçə əsr idi ki, davam edirdi, amerikan koloniyalarında qullara böyük 
tələbat olduğuna görə, bu ticarət daha çox inkişaf etdi. Afrika hökmdarları uzun müddət 
qulları avropalılara satmağa cəsarət etmirdilər. Afrika az əhalili idi və ona görə də hər bir 
dövlətin qüdrəti işçi qüvvəsinin və qoşunların kəmiyyətindən asılı idi. Avropalılarla 
ticarətin inkişafına odlu silah da şərait yaratdı. Onu tacirlər təklif edirdilər. Bağışlanmış 
silah tayfa başçısının nüfuzunu yüksəldir, tayfada onun vəziyyətini möhkəmləndirirdi.  
1798-ci ildə ABŞ-ın ştatlarından biri olan Corciyada qul ticarətinə qadağa qoyuldu. 
Qul sahibliyi əleyhinə olan və «abolitsionizm» adlanan hərəkat artıq bəzi müvəffəqiyyətlər 
qazanmışdı, lakin qula sahib olacaq institut hələ ləğv olunmamışdı. Şimali Amerikaya 
ingilis köçkünlər gələndən sonra orada bu institut inkişaf etməyə başladı. Qulların 
Amerikanın şərq sahilində qul bazarlarında satılması Yeni İngiltərə koloniyalarında kəskin 
tənqidə məruz qalırdı. 1688-ci ildə kvakerlər qrupunun Filadelfiyada qul ticarəti əleyhinə 
etiraz hərəkatları uğursuz oldu. 1740-cı ildə koloniyalarda artıq 100.000-dən çox qara dərili 
qullar var idi. Onların sayı ABŞ yarandıqdan sonra da artmağa başladı. Cənub quldarlıq 
ştatlarından qulların kütləvi surətdə qaçmasının qarşısını almaq üçün amerikan konqresi 
1794-cü ildə «Qaçmış qullar haqqında» qanun qəbul etdi. Ona görə sahibləri öz qaçan 
qulunu  hər bir ştatdan tələb edə bilərdi. Qulu qaytarmaq barədə qərar qəbul edən 
hakimlər də buna görə 5 dollar pul qazandıqlarından, əslində qul sahiblərinin həvəskar 
«köməkçilərinə» – əslində xidmətçilərinə çevrilirdilər. 
1822-ci ildə isə ABŞ-da azad edilmiş qara dərili qullar ilk dəfə olaraq Afrikaya 
köçdülər. ABŞ-da qulların tədricən azad edilməsi siyasətinin tərəfdarları Amerikan 


məskunlaşma cəmiyyəti yaratdılar, onun idarə heyəti hökumətlə  azad edilmiş qulların 
Afrikaya köçürülməsi barədə müqavilə bağladı. Mesurado burnunda onları yerləşdirmək 
üçün torpaqlar alındı. Yerli əhali isə cəmiyyətin həyata keçirdiyi məskunlaşma siyasətinə 
müqavimət göstərirdi. Sonralar azad olunmuş ABŞ qulları Afrikada paytaxtı Monroviya 
olan Liberiya dövlətini yaratdılar. 1831-ci ildə isə Virciniya ştatındakı Yerusəlim şəhərində 
üsyan etmiş qulların qara dərili başçısı Nat Terner və daha 19 nəfər qiyamçı edam edildi. 
Dörd ay əvvəl, avqustda bu qara moizəçi Virciniyada quldarlıq əleyhinə bir neçə gün 
davam edən üsyan qaldırmışdı. Qulların qiyamı qan tökməklə yatırıldı. Döyüşlərdə həm 
də 57 ağ adam həlak olmuşdu. Terner özünü qara dərililərin azad edilməsi naminə Allahın 
seçdiyi peyğəmbər hesab edirdi.  
Nəhayət, xüsusən qul sahibliyi məsələsi üstündə sənaye cəhətdən inkişaf etmiş 
Şimalla geridə qalmış aqrar Cənubu arasındakı ziddiyyətlər 1861-ci ildə ölkəyə böyük 
ziyan vuran, nəhəng canlı itki ilə nəticələnən Vətəndaş müharibəsinin başlanmasına səbəb 
oldu. Cənub ştatlarının ictimai və iqtisadi quruluşunun əsasını pambıq və tütün 
plantasiyalarında zənci qulların məcburi əməyi təşkil edirdi. Həmin dövrdə Şimal 
ştatlarının inkişaf edən sənayesi azad işçi qüvvəsinə möhtac idi. Çox sayda amerikanlar 
qul sahibkarlığının insanlığa yad və ədalətsiz olduğuna inanırdılar. Bu ziddiyyətləri 
kompromislə həll etmək cəhdlərinin hamısı – məsələn, qul sahibliyinin Şimal ştatlarında 
qadağan olunması ilə azad və qul sahibkarlığı ştatları arasındakı tarazlığı saxlamaq cəhdi 
uğursuzluğa uğradı.  
9 noyabr 1860-cı ildə Respublikaçılar partiyasının namizədi, qul sahibkarlığının ləğv 
edilməsinin tərəfdarı Abraham Linkoln ABŞ prezidenti seçildikdən bilavasitə sonra 
Cənubi Karolina ittifaqdan çıxmasını elan etdi. Sonrakı altı həftə ərzində Missisipi, Florida, 
Alabama, Corciya, Luiziana və Texas ştatları onun yolu ilə getdilər. Ayrılan ştatlar 
Konfederasiya əmələ gətirdilər və 1862-ci ilin başlanğıcında Müvəqqəti hökumət qurdular. 
Cefferson Devis Konfederasiyanın prezidenti seçildi. Yeni «dövlətin» konstitusiyası qul 
sahibkarlığının qanuni olduğunu təsdiq etdi. Silahlı mübarizənin başlanması ilə Virciniya, 
Arkanzas, Tennessi və Şimali Karolina ştatları da Konfederasiyaya qoşuldu. Vətəndaş 
müharibəsi 1861-ci ilin aprelində başladı.  
Müharibənin ilk ayları Şimallılar üçün uğurlu getmirdi. Belə bir vaxtda Abraham 
Linkoln qulların azad edilməsini elan etdi və 1863-cü ilin yanvarında bu qanun qüvvəyə 
mindi. Cənubun üsyançı ştatlarının bütün qulları azad elan olundular. 1863-cı ilin yayında 
Şimallıların hərbi uğurları Vətəndaş müharibəsinin gedişini dəyişdi. İyul ayında 
Gettisberq yaxınlığındakı üç günlük döyüş Şimallı yunionistlərin qələbəsi ilə başa çatdı. 
Cənubluların ordusunun komandanı general R. E. Li rəqibin açıq üstünlüyündən narahat 
olub, qüvvələr nisbətini dəyişmək üçün ümidsiz cəhdlər həyata keçirdi. O, öz ordusu ilə 
Potomak çayını keçib, Pennsilvaniya ştatının içərilərinə soxulmuş, lakin Gettisberq 
yaxınlığında Şimallıların ordusu ilə qarşılaşmışdı. Döyüş üç gün davam etdi və 
konfederatların tam məğlubiyyəti ilə başa çatdı. 4 iyunda ağır zərbə almış Cənub ordusu 
Virciniyaya geri çəkilməyə məcbur oldu. 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə