Telman Orucov



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə38/55
tarix01.12.2017
ölçüsü4,8 Kb.
#13256
1   ...   34   35   36   37   38   39   40   41   ...   55

1865-ci ilin 9 aprelində isə Vətəndaş müharibəsi Şimalın qələbəsi ilə yekunlaşdı. 
Cənubluların ordu generalı Li Virciniya ştatının Appomatoks şəhərində öz əsgərləri ilə 
birlikdə Şimal ordusunun generalı Qranta əsir düşdü. ABŞ-da Vətəndaş müharibəsi 4 il 
çəkdi. 1864-cü ilin yazında general Qrant şimallıların ordusunun baş komandanı təyin 
edilmişdi və tezliklə iri qüvvələrin başında Cənuba hücum etməyə başladı. Onun 
qoşunlarının iki ay ərzində 60.000 adam itirməsinə baxmayaraq, o, cəsarətlə irəli gedir, 
Cənubun paytaxtı Riçmonda yolu açmaq istəyirdi. Şimallılar Cənubun mühüm 
rayonlarına sahib olduqdan sonra general Li Riçmondu təhvil verib, Qərbə doğru geri 
çəkildi. Bir həftə sonra isə, 9 aprel 1865-ci ildə Appomatoksdakı məhkəmə binasında təslim 
olduğunu elan etdi.  
Hələ müharibə gedəndə Linkoln ayrılmış ştatların ittifaqa qayıtmasının ən yumşaq 
şərtləri ilə razı idi. O, ABŞ Konstitusiyasını qəbul edən bütün cənublulara amnistiya 
verilməsini, seçicilərin heç olmazsa onda birinin konstitusiyaya sədaqət andı içdiyi və qul 
sahibliyinin ləğv edildiyi Cənub ştatlarında hökumətin azad seçilməsi hüququnu nəzərdə 
tuturdu. Lakin cənubluların ordusunun təslimindən bir həftə sonra Linkoln öldürüldü. 14 
aprel 1865-ci ildə dramatik aktyor Con Uilks But, öz lojasında oturub, teatr tamaşasına 
baxan Linkolnu tapançadan atılan atəşlə vurdu və səhərisə günü 55 yaşlı prezident oldu.  
Linkoln kasıb fermer ailəsində doğulmuşdu. Amerikalılar onu «özü özünü 
yüksəldən» adamın nümunəsi hesab edirdilər, çünki o, hər şeyi öz zəhməti ilə qazanmışdı. 
Gəncliyində o, çox sənətləri sınamışdı, yer ölçən, anbardar, meşə qıran, poçt qulluqçusu 
işləmişdi. Vəkil olmaq arzusu ilə hüququ öyrənmişdi. Mürəkkəb imtahanı verib, İllinoys 
ştatında vəkillik praktikası ilə məşğul oldu. 6 il ərzində ştatın qanunvericilik məclisinin 
üzvü işlədi. İki il isə ABŞ Konqressinin üzvü oldu. 1856-cı ildə o, fəal siyasi fəaliyyətə 
başladı, Respublika partiyasının yaradılmasında iştirak etdi və onun sıralarında 
Amerikada qul sahibliyinə qarşı mübarizə apardı. Bu məsələ barədə o, öz mövqeyini dəqiq 
müəyyənləşdirdi: qul sahibliyi əxlaqa ziddir və ona görə də onu ləğv etmək lazımdır. 
Linkoln Cənub ştatlarının qul sahiblərinin nifrətinə səbəb oldu, onların iqtisadiyyatı 
milyonlarla qulun əməyi üzərində dayanırdı. Linkolnun 1860-cı ildə səs çoxluğu ilə ABŞ 
prezidenti seçilməsi Cənub ştatlarını ayrılmağa və Konfederasiya yaratmağa 
həvəsləndirdi. Cənub ştatlarının ayrılması və prezidentin qul sahibliyi barədə 
kompromissiz mövqeyi Vətəndaş müharibəsinə gətirib çıxardı. Müharibə isə şimallıların 
müvəqqəti uğursuzluqlarından sonra Cənub ordusunun məğlubiyyəti ilə başa çatdı.  
ABŞ Konqressi 1866-cı ildə vətəndaş hüquqları haqqında qanun qəbul etdi, buna 
görə ABŞ-da doğulmuş bütün sakinlər vətəndaş hüquqlarına yiyələnirdi. Qanun həm 
ağlara, həm də rəngli dərisi olan amerikanlara şamil edilirdi. Lakin ölkənin doğma 
sakinləri olan hindular rezervasiyalara sıxışdırılmaqla, hüquqi qarantiyadan məhrum 
idilər. Bu qanunun Konstitusiyaya uyğun olmasına şübhələr meydana gəldiyinə görə, 
Konqress Konstitusiyaya 14-cü əlavəni qəbul etdi, bu əlavə vətəndaş hüquqları haqqında 
qanun üçün hüquqi əsas sayılırdı.  
Abraham Linkolnun və abolisionistlərin səyləri ABŞ-da qulların azad vətəndaşlara 
çevrilməsinə şərait yaratdı, lakin qara dərililərə qarşı ayrı-seçkilik, seqreqassiya hələ bir 


əsrə qədər davam etdi. Martin Lyuter Kinqin başçılıq etdiyi hərəkat zəncilərin bütün 
vətəndaş hüquqlarından sərbəst istifadəsi üçün mövcud maneələrin aradan 
qaldırılmasında mühüm rol oynadı, zəncilərə qarşı kütləvi haqsızlıqlar, Ku-kluks-klan 
cəmiyyətləri və Linç məhkəmələri birdəfəlik tarixin arxivinə verildi. Dünyanın ən 
demokratik ölkəsi hesab edilən Amerika Birləşmiş Ştatları öz üzərindəki bu qara ləkədən 
azad olmağı da bacardı.  
2008-ci ildə isə ilk dəfə qara dərili hüquqşünas, senator Barak Obama ABŞ 
prezidenti seçildi. Yəqin ki, yarım əsr əvvəl belə bir hadisənin baş verəcəyi ən fantastik bir 
arzuda belə öz əksini tapa bilməzdi.  
 
 
Yəhudilərin taleyinin qara səhifələri 
 
Yəhudilərin acı taleyi barədə ilk hekayətə Bibliyanın – «Qədim vəsiyyətin» «Çıxma» 
(«İsxod») kitabında rast gəlirik. Burada qədim yəhudilərin Misir əsirliyindən dramatik 
qaydada azad olunmasından bəhs edilir. Onları məcburi əməklə məşğul olmaq üçün 
fironun məmurları  qovub buraya gətirmişdilər. “Çıxma” onu nəql edir ki, guya israilliləri 
azadlıqdan məhrum etməyə görə Misir, allah Yahvenın iradəsi ilə ardıcıl olaraq ilanların, 
qurbağaların, ağcaqanadların, milçəklərin və çəyirtkələrin basqınına məruz qaldı. Ona 
mal-qaranın qırılması, dolu vurması, suyun korlanması, taun xəstəliyi, Günəşin batması 
göndərildi. Bütün bunlardan sonra firon yəhudiləri azad etməkdən imtina etdi, onların 
başçısı Moisey Misir üçün yeni cəza baş verəcəyini xəbər verdi – ölkədə bütün ilk doğulan 
oğlan uşaqları öldürüləcəkdi. Qədim yəhudilərin bu hadisəyə hazırlaşması Pasxanın 
bayram edilməsinin başlanğıcını qoydu.  
Bibliyada deyilir ki, «Firon gecə özü, bütün qulları və bütün Misir oyandı və Misir 
torpağında böyük ağı səsləndi, çünki elə bir ev yox idi ki, orada ölən olmasın. (Firon) 
Moiseyi çağırtdırıb dedi: İsrail oğlanları, mənim xalqımın arasından çıxıb gedin, özünüzün 
xırda buynuzlu və iri buynuzlu mal-qaranızı götürün gedin və mənə xoşbəxtlik diləyin. 
Moiseyin sözlərinə İsrail oğlanları əməl etdilər və misirlilərdən gümüş və qızıl şeylər xahiş 
etdilər və onlar da bu şeyləri yəhudilərə verdilər».  
Mövcud olan 12 yəhudi tayfası öz əleyhdarları ilə mübarizədə qalib gəldikdən sonra 
filistinlilərə hədə gəlmələrini davam etdirdilər. Yəhudilər Yahve kultuna – vahid 
monoteist dinə arxalanırdılar. B.e.ə. 1012-ci ilə yaxın onlar Saulun rəhbərliyi altında 
birləşdilər və vahid dövlət yaratmağa başladılar. Onun varisi çar David b.e.ə. 1004-cü ildə 
ilk yəhudi dövlətinin əsasını qoydu. Bu dövlət mərkəzi idarəetməyə, muzdlu qoşuna malik 
idi və geniş tikinti işləri aparırdı. Bütün bunlar böyük xərclər tələb edirdi. Çar Solomon 
öldükdən sonra isə dövlət iki çarlığa – İsrail və İudeya çarlıqlarına parçalandı.  
B. e. ə.605-ci ildən Babilistanın çarı olan II Nabuhodonossor işğal siyasətinə başladı. 
B.e.ə. 587-ci ildə yarım illik mühasirədən sonra İudeyanın baş şəhərini tutub, onu tamamilə 
dağıtdı. Yerusəlimi məhv edilməsinə bəhanə isə iudeylərin babilistanlılara qarşı üsyanı 
olmuşdu. Babilistanlılar Yerusəlimi tutduqdan sonra sərt tədbirlər gördülər ki, mümkün 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə