Telman Orucov



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə35/55
tarix01.12.2017
ölçüsü4,8 Kb.
#13256
1   ...   31   32   33   34   35   36   37   38   ...   55

Böyük Britaniyaya qarşı müharibəyə girdi, çünki ingilislər Gibraltarı ona qaytarmaqdan 
imtina etdilər. Müharibə əsasən dənizdə gedirdi. Amerikan qoşunları tərəfdə vuruşan  
fransızlar üçün Vest-İndiada öz koloniyalarını qorumaq mühüm vəzifə idi. Fransız 
donanmasının köməyi ilə Corc Vaşinqton İorktaun yaxınlığında 1781-ci ildə həlledici 
qələbə çaldı. İngilislər isə dəniz döyüşündə 1782-ci ildə qələbə çalıb, Vest-İndiada itirdiyi 
adaların əksəriyyətini özünə qaytardı.  
Yorktaun yaxınlığındakı döyüş şəhərin üç həftəlik mühasirəsindən sonra ingilis 
qoşunlarının təslim olması ilə başa çatdı. General Çarlz Kornvallisin komandanlığı altında 
8.000 ingilis əsgəri 16.000 kolonistlərə və onların fransız müttəfiqlərinə qarşı vuruşurdu. 
İstiqlaliyyət uğrunda müharibə beləliklə yekunlaşdı, bu müharibə 1775-ci ildən gedirdi. 
Böyük Britaniya öz məğlubiyyətini etiraf etməli oldu. Londonda hökumət böhranı baş 
verdi.  
Müharibənin belə nəticələnməsi gözlənilməz idi. Kornvallisin qoşunları 1781-ci ilin 
yayında Virciniyanın bütün ərazisinə nəzarət edirdi. Amerikanlar belə bir şəraitdə yalnız 
fransızların köməyilə uğur qazana bilərdilər.  
Vaşinqton admiral de Qrassenin fransız donanmasının kolonistlərə kömək 
göstərmək üçün gəlməsini eşitdikdə döyüşə başladı. Kornvallisə də ingilis donanması 
kömək etməli idi. Çesapik körfəzindəki Henri burnu yaxınlığındakı dəniz döyüşündə 
fransızların qələbəsi onun planını pozdu. İngilislər ümidsiz vəziyyətdə idilər, onlar 
dənizdən və qurudan mühasirəyə alınmışdılar və axırda təslim oldular.  
Danışıqlar iki il davam etdi və nəhayət, Parisdə 3 sentyabr 1783-cü ildə sülh 
bağlandı. Eyni vaxtda Versalda bir tərəfdən Böyük Britaniya, digər tərəfdən isə Fransa və 
İspaniya arasında sülh imzalandı. Danışıqlar nəticəsində Böyük Britaniya Floridanı 
İspaniyaya verdi, Fransa isə Afrikada Tobaqo və Seneqalı aldı. Böyük Britaniya rəsmi 
qaydada Amerika Birləşmiş Ştatlarını tanıdı.  
Getdikcə köhnə metropoliya ilə yeni müstəqil dövlət arasında münasibətlər 
normallaşırdı. Lakin 13 koloniyanın müstəqillik uğrunda azadlıq mübarizəsi Böyük 
Britaniyanın mövqelərinə ağır zərbə vurdu. Merkantilizm iqtisadi siyasəti müstəmləkələri 
metropoliya ilə sıx bağlayırdı və kolonistlərin buntu Avropa dövlətləri arasındakı 
ziddiyyətlərin müstəmləkələrin ərazisinə keçirilməsinin nəticəsi idi. Ümumiyyətlə 
götürdükdə isə Böyük Britaniya ilə münaqişə dərin siyasi və iqtisadi səbəblərə malik idi. 4 
iyul 1776-cı ildə İstiqlaliyyət Deklarasiyasının, 17 sentyabr 1787-ci ildə isə Amerika 
Birləşmiş Ştatları Konstitusiyasının qəbul edilməsi həlledici ideya və siyasi əhəmiyyətə 
malik oldu. Konstitusiyada ilk dəfə insan haqları haqqında maddələr toplumu 
qanunvericilik qaydasında möhkəmləndi.  
Konstitusiyanın mühüm maddələri hakimiyyətlərin icra, qanunvericilik və 
məhkəmə hakimiyyətinə bölünməsini nizamlayırdı. Onlar bir-birindən asılı olmayan, 
qarşılıqlı nəzarəti həyata keçirən orqanlarla təmsil olunurdular.  
Dövlətin icra hakimiyyətinin başçısı, silahlı qüvvələrin baş komandanı prezident 
idi. O, Konqressin qərarına veto qoymaq hüququna malik idi. Nazirlər Kabinetini təşkil 
edirdi. Prezidentin idarəçilik müddəti dörd ildən ibarət idi.  


Qanunvericilik hakimiyyəti Konqressin səlahiyyətində idi, bu, Senatdan və 
Nümayəndələr Palatasından ibarət idi. Konqress vergiləri təsdiq edir, ayrı-ayrı ştatlar 
arasında ticarəti nizamlayır və müharibə elan edirdi. Nümayəndələr Palatasının üzvləri 
birbaşa (müstəqim) səsvermə ilə iki illiyə seçilirdi, onların sayı bu və ya digər ştatın 
sakinlərinin sayından asılı idi. Onlar 25 yaşdan cavan olmamalı, daim seçildiyi ştatda 
yaşamalı və 7 ildən az olmayaraq ABŞ vətəndaşı olmalı idi. Hər ştatdan iki senator seçilirdi 
və onlar öz vəzifələrini 6 il müddətində icra edirdilər. Hər iki ildən bir senatorların üçdə 
birinin seçkisi keçirilirdi ki, hakimiyyətin vərəsəliyi təslim edilsin. Senat qanunların qəbul 
edilməsini öz üzvlərinin üçdə ikisi səs verənə qədər boykot edə bilərdi.  
Məhkəmə hakimiyyəti Ali Məhkəmənin səlahiyyətində idi, federal əhəmiyyətli 
məsələlərdə isə aşağı məhkəmələr və ştat məhkəmələri üçün apellyasiya instansiyası kimi 
də fəaliyyət göstərirdi.  
1789-cu ilin aprelində elektorlar yığıncağı Corc Vaşinqtonu yekdilliklə ABŞ-ın 
birinci prezidenti seçdi, o, kolonistlər ordusunun baş komandanı kimi xidmət etmişdi. 
Vitse-prezident vəzifəsinə federalist Con Adams seçildi. Vaşinqtonun təklifi ilə xarici 
siyasət, ordu, maliyyə və ədliyyə məsələləri üzrə departamentlər (nazirliklər) yaradıldı. O, 
təkid edirdi ki, departament rəhbərlərinin təyin olunması və istefaya göndərilməsi hüququ 
yalnız prezidentə məxsus olmalıdır.  
            ABŞ-ın inqilabi təsiri Cənubi Amerikada da əks-səda tapdı. Latın Amerikasında 
azadlıq uğrunda xalqların mübarizəsi bir qədər sonra uğur qazanmağa başladı. 
İspaniyanın Napoleon Fransasına qarşı azadlıq mübarizəsi təkcə Avropa ölkələrində milli 
özşüurun oyanmasına şərait yaratmadı, həm də bu proses müstəmləkələrdə də gedirdi. 
Mərkəzi və Cənubi Amerikada ispan və Portuqaliya müstəmləkələri öz qanuni 
hökmdarlarını müdafiə etmək üçün yeni ispan kralı Jozef  Bonapartın səfirlərinə qarşı 
üsyan qaldırdılar. Argentinada, Boliviyada, Çilidə, Meksikada və Peruda fransız ağalığına 
qarşı yerli xuntalar qiyam qaldırdılar. İspaniyada olduğu kimi, bu mübarizə müstəqillik 
uğrunda müharibəyə çevrildi. Venesuelada və Meksikada üsyan hərəkatı milli və sosial 
inqilab xarakteri almağa başladı. Hərəkata əsasən kreollar- ispan və portuqal 
köçkünlərinin törəmələri başcılıq edirdilər. Mərkəzi və Cənubi Amerikada mübarizənin 
gedişində bir neçə müstəqil dövlət yarandı.  
Yeddi Venesuela əyalətinin nümayəndələrinin iştirak etdiyi Konqress Xunta 
hərəkatına birləşərək 1811-ci ildə Karakasda Venesuelanın müstəqilliyini elan etdi. 
Konqress Latın Amerikasındakı azadlıq hərəkatının görkəmli liderləri Simon Bolivarın və 
Fransisko de Mirandanın təşəbbüsü ilə çağırılmışdı. Onlar kreolların ispan ağalığına qarşı 
və müstəqillik uğrundakı mübarizələrində nəhəng rol oynamışdılar.  
İspanlar müstəqilliyi elan etdiyinə görə Venesuelanı digər ölkələrlə ticarətdən 
məhrum edən dəniz blokadası tətbiq etdilər. Yeni hökumət öz ixrac mallarını (kofe və 
kakaonu) sata bilmədiyindən, mühüm malların idxalından da imtina etmək 
məcburiyyətində qaldı. Həm də silah və sursat da ala bilmirdi. Rüsum yığılmasından 
gələn gəlirlər kəskin surətdə aşağı düşdü. Bu hökumətin ciddi maliyyə çətinlikləri ilə 
üzləşməsinə səbəb oldu. Əhalinin ümumi narazılığı genişlənirdi. Royalistlər bir neçə 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə