196
almaq olmaz. BMT-nin
Birləşmiş proqramının icraçı
direktoru (
QİÇS üzrə) Piter Piotun fikrincə, az inkişaf etmiş
ölkələrdə bu problemi BMT-nin sabiq Baş Katibi Kofi
Annan
ölkələri bu xəstəliyin qarşısını almaq üçün 7 milyard
dollar
ayırmağa çağırıb.
Azərbaycanda QİÇS-ə tutulanların dinamikası mütəxəs-
sisləri həyəcanlandırır. Əgər 1997-ci ildə Azərbaycanda
QİÇS-lə 13 nəfər xəstələnirdisə, 1998-ci ildə bu rəqəm – 68,
1999-cu
ildə – 81, 2000-ci ildə – 200 və 1 oktyabr 2001-ci
i
lə bu rəqəm 315 nəfərə çatmışdır. Bu gün bu rəqəm daha
çox olar.
Nəzərə alsaq ki, Azərbaycanda bu xəstəliyi giz-
lədən, xəbər verməyən və vermək istəməyən adamlar varsa
bu
rəqəm daha böyük olar. Məs. təkcə 2001-ci ilin noyabr
ayına kimi Azərbaycanda bu xəstəlikdən 24 nəfər vəfat
etmişdir. Bu o dövr üçün kiçik rəqəm olsa da, dəqiq demək
olar ki, bu virus respublikada
sürətlə çoxalır.
Hazırda Azərbaycanda bir neçə uşaq artıq bu xəstəlikdən
ölmüşdür. Dünyada 6 milyondan çox uşaq bu infeksiyaya
tutulub.
Onların da 2 milyonu ölmüşdür. Yalnız 2000-ci ildə
bu
xəstəlik 500 min insanın həyatına son qoymuş və həmin
ildə bu virusla xəstələnənlərin sayı 600 min nəfər artmışdır.
Bu virusla
xəstələnən uşaqların 90%-dən çoxu inkişaf etmiş
ölkələrdə yaşayır.
Hər il Dünyada infeksiyaya tutulanların yarıdan çoxu
uşaq doğum yaşlı qadınlardır. Azərbaycanda QİÇS infeksi-
ya
sına tutulmuş qadınlardan 5 uşaq doğulmuşdur. QİÇS
BMT-nin
uşaq hüquqlarını qoruyan Konvesiyasının məlu-
mat
larına əsasən hər gün dünyada bu qəddar virusla 16 min
nəfər xəstələnir ki, onların yarıdan çoxu 10-24 yaşlı gənc-
lərdir. Bu xəstəliyin gətirdiyi əzab və əziyyətlər əsasən bi-
zim öz
bədənimizin qiymətsiz immunitet sisteminin imkan-
larını yaxşı bilmədiyimizin nəticəsidir.
197
XII
FƏSİL
NARKOMANİYA VƏ TERRORÇULUĞUN QLOBAL
EKOLOJİ MAHİYYƏTİ
12.1. Narkomaniya
və terrorizmin təbii-tarixi inkişafı
Arxeoloji
tədqiqatlar sübut edir ki, bəşəriyyət kefləndirici
və beyini dumanlandıran maddələrlə çox qədim zamanlar-
dan
tanış olmuşdur. İlkin insanların yaşadığı yerlərdə apa-
rılan qazıntılar nəticəsində tapılan qalıqlar və bitkilərin
toxumlarının yuxarıda göstərilən xüsusiyyətlərə malik olma-
sını göstərir. İnsanların ilk zamanlar psixoloji inkişafını iz-
ləyən səyyah və etnoqraflar da belə halların olmasını təs-
diqləyirlər. Arxeoloqlar b.e.ə. X-VIII əsrlərdə xüsusi gizli
yerlərdə və insanlar dəfn olunan yerlərdə psixi cəhətdən
insanlara aktiv
təsiri olan bitkiləri tapmışlar. Kulturologiya
istiqamətində iri monoqrafiya yazan Peter Fersta (1985) öz
kitabında göstərir ki, psixi cəhətdən aktiv maddələri tarix
boyu bütün xalqlar
istifadə etmişər. Opium tərkibli maddə-
lərin Şumerlərin sivilizasiyasına gedib çıxmasına dair məlu-
matlara bizim eradan
əvvəl X əsrdə ərəb ədəbiyyatında rast
gəlinir. Bizim eranın VI əsrində perulular kok yarpaqlarına
bürünmüş ölü basdırmışlar. Onlar bunu ölən üçün «o
dünyasına lazımlı» hesab etmişlər. Çinlilər ilk dəfə efedrinin
aktivləşdirici xüsusiyyətini 5000 il bundan əvvəl təsdiq
etmişlər. Elə o vaxtlarda çinlilər marixuananı, cərrahiyyə
əməliyyatı vaxtı agrıkəsici vasitə kimi istifadə etmişlər,
sonralar
isə yunan tarixçisi Herodot onun psixoloji aktiv
pereparat rolunun
oynamasını təyin etmişdir. Opiumla ya-
naşı, qaşiş Avitsena (Zərdüşt) tərəfindən istifadə edilmişdir.
Sonralar Avropada daha
yüksək sürətlə narkotik maddələr-
dən istifadə olunmağa başlanmışdır.
Dirçəliş dövründən başlayan bütün imperiyalar xarici
198
sərvətlər axtarmaqla məşğul olmuşlar və demək olar ki, on-
ların hamısı Böyük Britaniya, Fransa və Hollandiya da daxil
olmaqla öz xarici
təcavüzkar siyasətlərində narkotikləri öz
xərclərini ödəmək üçün ucuz vasitə kimi istifadə etmişlər.
Bununla
əlaqədar İngiltərədə 1860-cı ildə opiumdan başqa
xəstəliklərə nisbətən iki dəfə çox insan ölmüşdür. Bu rəqəm
1880-ci
ildə əhalinin 14%-ni təşkil etmişdir.
Xəstələrə ağrı kəsici kimi morfinin geniş tətbiq olunması
Rusiyada XIX
əsrdə bu maddəyə həvəsi artırmış və onu
«
əskər xəstəliyi» adlandırmışlar, morfinizm isə tipik
alkoqolsuz narkomaniya
əhəmiyyəti daşıyırdı. 1937-ci ildə
Çində opium istifadəçilərinin sayı 4 milyon nəfərdən çox
olmuşdur. 1931-1942-ci illərdə Almaniyada dörd milyondan
çox narkoman
qeydə alınmışdır (buraya alkoqolla xəstə
olanlar aid
edilməmişdir). İkinci Dünya müharibəsindən
sonra
ABŞ və Finlandiyada heroindən geniş istifadə olun-
m
ası müşahidə olunmuşdur. ABŞ Senatının xüsusi Komis-
siyası 1956-cı ildə ABŞ-da 600 mindən çox narkoman oldu-
ğunu (alkoqol xəstələr nəzərə alınmır) göstərmişdir. Bəzi
ekspertlərin hesablamalarına görə ABŞ-da o vaxtlar faktiki
olaraq 1 milyona
qədər narkoman olmuşdur. Hindistanda
1952-ci
ildə rəsmi olaraq iki milyondan çox xəstə insan
olduğu qeyd olunmuşdur. İndoneziya və Myanmada (Birma)
dəqiq olmayan rəsmi məlumata əsasən yarım milyona qədər
opium istifa
də edən insan olmuşdur. BMT-nin narkotiklər
üzrə Komitəsinin məlumatına əsasən 1950-ci illərin əvvəl-
lərində opium istifadəsi ilə daha ağır vəziyyət İranda qeydə
alınmışdır. Orada əhalinin 20%-ə qədəri opium yetişdirmiş
və istifadəçisi olmuşlar. 1950-ci illərin sonuna yaxın İçveç-
rədə ağrıkəsici medikamentlərdən istifadə hərisliyi elə
artmışdır ki, o da alkoqolizm kimi kütləvi xarakter almışdır.
1980-ci
illərin sonlarında Yaponiyada yarım milyona yaxın
narkoman
olması göstərilmişdir.
Dostları ilə paylaş: |