57
b) dayaq və informasiya impulsları arasındakı intervalın
müddəti ilə verilir; c) sinusoidal i
1
və i
2
cərəyanları
arasındakı faza fərqli ilə verilir.
Rəqəm TÖS-nə say-impuls və kod-impuls TÖS-ləri
aiddir.Say-impuls TÖS-də ölçülən kəmiyyətin hər bir
qiymətinə müəyyən impulslar sayı, kod-impuls TÖS-də isə
uyğun kod kombinasiyası müvafiq olur.
Rəqəm TÖS-də də rabitə kanalının paramaetrlərinin
dəyişməsinin ölçmə dəqiqliyinə təsir göstərməməsi bu TÖS-
lərini uzaq məsafəli TÖS-lərinə aid edir.
3.4.1. İntensivlik teleölçmə sistemləri
İntensivlik TÖS-də ölçülən kəmiyyət sabit cərəyan
və gərginliklə verildikdə rabitə kanalının induktivliyinin və
tutumunun qəbul cihazına təsiri olmur.Cərəyanın intensiv-
lik TÖS-lərindən fərqli olaraq, gərginlik intensivlik TÖS-
lərinin qəbuledici tərəfində güc tələb etməyən yüksək omlu
(müqavimətli) çıxış cihazından istifadə edilir.İntensivlik
TÖS-ləri kompensasiyalı və kompensasiyasız TÖS-nə
bölünür.
Kompensasiyasız
teleölçmə
sistemləri.
Kompensasiyasız cərəyan intensivlik TÖS-nin ən sadə
sxemi şəkil 3.7-də verilmişdir.
Şəkil 3.7. Kompensasiyasız TÖS
58
Ölçülən x kəmiyyəti kompensasiyasız çevricinin G
girişinə verilir. Çevirici bu kəmiyyəti ona mütənasib olan
cərəyana çevirir:
I
1
= kx,
burada k – çeviricinin çevirmə əmsalıdır.
Məftilli rabitə xəttinin müqavimətinin dəyişməsinin
ölçmə cihazına təsirini aradan qaldırmaq üçün verici və ya
qəbuledici tərəfdə R
b
ballast müqaviməti qoşulur. Ölçmə
hüdudu 0
1 mA olan çıxış cihazı rabitə kanalının
çıxışındakı cərəyanı ölçür.
Real şəraitdə hava və kabel xəttinin 1 km-nin
müqaviməti bir neçə omdan yüzlərlə oma qədər dəyişə bilər.
İqlim şəraitindən asılı olaraq hava xətlərinin müqaviməti
40%-ə qədər, kabel xətlərinin müqaviməti isə 5
15% qədər
dəyişir.Çeviricinin növündən asılı olaraq kompensasiyasız
TÖS-ləri düzləndiricili və düzləndiricili induksion TÖS-
lərinə bölünür.
Şəkil 3.8-də enerji sistemlərdə dəyişən cərəyanı
ölçmək üçün istifadə olunan düzləndiricili TÖS-nın sxemi
verilmişdir.
Şəkil 3.8. Düzləndiricili TÖS
59
Dəyişən cərəyan yarımkeçirici diodlardan ibarət iki
yarımperiodlu düzləndirmə sxemi vasitəsilə düzləndirilir.
Düzləndirilmiş cərəyanın orta qiyməti ölçülən dəyişən
cərəyana
mütənasibdir.
Düzləndirilmiş
cərəyanın
yarımkeçirici diodun temperaturdan asılılığını azaltmaq
üçün R
b
ballast müqaviməti temperatur əmsalı müsbət olan
mis naqildən hazırlanır. Bu sxemdəki verici qurğuda ətraf
mühitin temperaturunun 1
C dəyişməsilə yaranan əlavə xəta
0,1% təşkil edir.
Düzləndiricili induksion TÖS-ləri düzləndiricili
TÖS-lərindən onlarda dönmə bucağını dəyişən gərginliyin
amplitudasına çevirən induksion çeviricinin olması ilə
fərqlənir. İnduksion çevirici induktiv, transformatorlu və ya
ferrodinamik çevirici də adlanır.Düzləndiricili induksion
TÖS-ləri energetika sistemlərində daha geniş tətbiq olunur.
Düzləndiricili induksion qurğu üçfazalı dəyişən cərəyanın
aktiv və reaktiv gücünü, açıq hovuzlarda buxarın təzyiqini
və suyun səviyyəsini ölçmək üçün işlədilir.
Çeviricinin
funksional
sxemi
şəkil
3.9-da
verilmişdir. İnduksion çevirici maqnit keçiricisinin
üzərniə sarınmış birinci dolaqdan w
1
; hərəkət edən
çərçivədən
Şəkil 3.9. Düzləndiricili induksion sistemin blok-sxemi
60
(makaradan) G, (çərçivə çeviricinin ikinci dolağıdır); düz-
ləndirici qurğudan D; ballast müqavimətdən R
b
təşkil
olunmuşdur. İlkin cihaz İC induksion çeviricinin hərəkətli
çərçivəsi ilə mexaniki əlaqəlidir. Çeviricinin birinci dolağı
stabilləşdirilmiş dəyişən gərginlik mənbəyinə U
stab
qoşulmuşdur. Hərəkət edən çərçivədə induksiyalanan e.h.q.
E təkcə binici və ikinci dolaqların sayının nisbətinə yox,
həm də çərçivənin üfüqi oxdan meyletmə bucağına
mütənasibdir: E = K
ç
,
burada K – dolaqların sarğılar sayının nisbətini və stabilləş-
dirilmiş qida mənbəyinin gərginliyini nəzərə alan əmsal,
ç
– çərçivənin dönmə bucağıdır.
Çevirici belə işləyir: ilkin cihaz İC, baxılan halda
həm də ilkin vericidir, çeviricinin hərəkətli çərçivəsini
döndərir. Çeviricinin çərçivəsindən götürülən gərginlik
düzləndirici qurğuya D və ballast müqaviməti vasitəsilə
rabitə kanalına daxil olur.
Beləliklə, rabitə kanalındakı cərəyan və deməli,
dispetçer məntəqəsində DM yerləşdirilən ölçmə cihazındakı
cərəyan ölçülən parametrə
mütənasib olan dönmə
bucağından asılı olaraq xətti dəyişəcəkdir.
Cərəyanın maksimal qiyməti 1 mA təşkil edir.
Cihazın
şkalası
ölçülən
parametrin
qiymətlərində
dərəcələnir.
Düzləndiricili-induksion qurğuların dəqiqlik sinfi
2,5-dir. Bu qurğuların əsas üstün cəhəti onların sadələyidir.
Əsas çatışmayan cəhəti isə odur ki, onlar ancaq iki məftilli
rabitə kanalında (kabel və yaxud məftilli hava xətti)
işləyirlər. Belə qurğular energetikada geniş tətbiq olunurlar,
Dostları ilə paylaş: |