Terapiya Bölmə Pulmonologiya kliniki hal


) Hansı dərman vasitələri öskürək səbəbi ola bilərlər?



Yüklə 9,54 Mb.
Pdf görüntüsü
səhifə20/358
tarix31.07.2023
ölçüsü9,54 Mb.
#120183
1   ...   16   17   18   19   20   21   22   23   ...   358
2020-01-23 13-02-29

100) Hansı dərman vasitələri öskürək səbəbi ola bilərlər? 
A) AÇF (angiotenzin çevirici fermentin) inhibitorları 
B) Ca kanallarının blokatorları 
C) Metilksantinlər 
D) Diuretiklər 
E) Antihistamin preparatları 
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное 
руководство» 2009 г. 
101) Dərman mənşəli ağır interstisial pnevmoniti və kəskin respirator distress - 
sindromu ən əsas yaradan preparat hansıdır? 
A) Penisillin 
B) Azatioprin 
C) Metotreksat 
D) Aspirin 
E) Amiodaron 
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное 
руководство» 2009 г. 
102) Plevral maye hansı xəstəliklər zamanı transudat xarakterli olur? 
A) Plevranın şişləri zamanı 
B) Parazitar infeksiyalarda 
C) Vərəm zamanı 
D) Durğunluq ürək çatışmazlığı zamanı 
E) Ağciyər arteriyasının tromboemboliyası zamanı 


Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное 
руководство» 2009 г. 
103) Plevral maye hansı xəstəliklər zamanı ekssudat xarakterli olur? 
A) Nefrotik sindrom 
B) Miksedema 
C) Qara ciyər sirrozu 
D) Metastatik plevrit (bədxassəli) 
E) Peritoneal dializ 
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное 
руководство» 2009 г. 
104) Plevral ekssudatın xüsusiyyəti deyil? 
A) Plevral mayedə zülalın miqdarı 30q/l - dən çox olması 
B) Plevral mayedə zülalın miqdarı 30q/l – dən az olması 
C) Plevral mayedə və plazmada zülal konsentrasiyasının nisbəti 0,5 - dən yuxarı 
olması 
D) Rivalt sınağının müsbət olması 
E) Plevral mayedə və plazmada LDQ konsentrasiyasının nisbəti 0,6 - dən yuxarı 
olması 
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное 
руководство» 2009 г. 

Yüklə 9,54 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   358




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə