Tətbiqi etika



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə46/108
tarix05.04.2022
ölçüsü0,68 Mb.
#85079
1   ...   42   43   44   45   46   47   48   49   ...   108
Az rbaycan Respublikas T hsil Nazirliyi Q rb Universiteti M lki

Yandırıcı  silah

  adamları,  yaşayış  məntəqələrini,  sənaye  obyektlərini, 

nəqliyyat vasitələrini, meşə və əkinləri məhv etmək üçün işlədilir.  

Silah kimi işlədilən yandırıcı maddələr tərkibinə görə qruplara ayrılır: 




27 

Napalm

  neft  məhsullarına  (benzin,  dizel  yanacağı  və  s.)  xüsusi 

qatılaşdırıcı  maddələr  qarışdırmaqla  hazırlanır.  Tezalışan  qonur-qara  rəngli 

qatı  maddədir,  düşdüyü  yerə  yapışaraq  800-1200°C  istilik  ayrılmaqla  5-10 

dəqiqə yanır. Yanma zamanı napalm durulaşıb binaların, qurğuların  içərisinə 

sıza bilər. Sürətlə qızan hava adamların yuxarı tənəffüs yollarında (burun, ağız 

boşluğu,  boğazda)  yanıqlar  əmələ  gətirir.  Benzin  buxarlarının  tərkibindəki 

zəhərləyici  maddələrlə  zəhərlənmə  ölümlə  nəticələnir.  Napalmın  yanması 

nəticəsində  alınan  temperaturu  1200-1600°C-yə  qədər  artırmaq  üçün  ona 

metal  maqnezium  və  ya  alüminium  tozu  əlavə  edilir.  Belə  qatışıq 



pirogel

 

adlanır.  Pirogel  2-5  dəqiqə  parlaq  alovla  yanır,  nazik  metal  təbəqələrini 



yandırıb deşir və uzunmüddətli yanğın ocağı törədir.  

Termit

  alüminium  və  dəmir  oksidlərinin  mexaniki  qarışığından 

ibarətdir,  xüsusi  odlayıcı  tərtibatla  yandırılır.  Termit  havasız  da  yana  bilər, 

düşdüyü  yerdə  yanaraq  3000°C  temperatur  yaradır.  Polad,  dəmir  və  digər 

metal təbəqələrini yandırıb deşir.  

Ağ  fosfor

  havada  öz-özünə  alışan,  mumabənzər  zəhərli  maddədir. 

Yanarkən zəhərləyici ağ tüstü əmələ gətirir.  

Yandırıcı  vasitələr  aviasiya  bombaları,  mərmilər,  təyyarədən  atılan 

baklar, əl qumbaraları və s. vasitələrlə tətbiq oluna bilər.  

Düşmənin  yandırıcı  silahından  qorunmaq  və  onun  təsirini  azaltmaq 

məqsədilə  yanğının  yayılmasının  qarşısını  alan  tədbirlər  görülməli, 

yanğınsöndürmə vasitələri ehtiyatları yaradılmalıdır. Adamlar qorunmaq üçün 

mühafizə  qurğularında  daldalanmalıdırlar.  Əl  altında  olan  əşyalardan  da 

istifadə etmək mümkündür. Adamın paltarına yandırıcı maye düşdükdə yanan 

yeri  paltarın  ətəyi,  palçıq  və  s.  ilə  qapayırlar.  Əgər  yandırıcı  maddə  çox 

düşmüşsə,  onda  yanan  paltarları  cəld  çıxarıb  atmaq  və  ya  adamın  bədənini 

yapıncı, plaş və başqa örtüklə sıx örtmək lazımdır. Napalm bulaşığını silməyə 

çalışmaq olmaz.  




Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə