Azərbaycan Respublikası Təhsil Nazirliyi Qərb Universiteti
Mülki müdafiə
Bakı 2013
2
«Politologiya və beynəlxalq münasibətlər» kafedrasının müəllimi Kərimov
Zabit Səməd oğlu ehtiyatda olan ədliyyə polkovnik-leytenantı, ən yüksək
məharət dərəcəli hərbi qulluqçu.
Rəyçilər:
1.
Azərbaycan Respublikası Təhsil Nazirliyi, Bakı şəhəri üzrə Təhsil
İdarəsinin Medodik Mərkəzi, gənclərin çağrışaqədərki hazırlığı üzrə
metodisti, ehtiyatda olan 3-cü dərəcəli kapitan R.Axundov.
2.
Bakı Regional Müəllimlərin İxtisasartırma İnstitutunun gənclərin
çağrışaqədərki hazırlığı və Mülki Müdafiə üzrə metodisti
M.Hüseynov.
3.
Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı şəhər üzrə Təhsil
İdarəsi 20 saylı tam orta məktəbin hərbi rəhbəri, ehtiyatda olan
kapitan P.Quliyev.
4.
Azərbaycan Respublikası Təhsil Nazirliyi, Bakı şəhəri üzrə Təhsil
İdarəsi 160 saylı tam orta məktəb-liseyin hərbi rəhbəri, ehtiyatda olan
kapitan R.Dadaşov
Qərb Universiteti
Nəşriyyat-Poliqrafiya Mərkəzi, Bakı: 2013
3
GİRİŞ
Dünyada baş verən hadisələr, silahlı münaqişələr təhlükəsinin mövcud
olması bizi hərbi işin inkişaf tendensiyalarına bir daha diqqət yetirməyə,
silahlı mübarizə vasitələrinin, xüsusən də nüvə silahının dövrümüzdəki rolu və
yeri barədə dönə-dönə fikirləşməyi tələb edir.
Hərbi qüvvələrdən, o cümlədən də nüvə silahından istifadə edilməsi
ehtimalının nə dərəcədə real olduğunu, bunun mümkünliyi məsələsi qarşıya
çıxır.
Beynəlxalq münaqişələrə istiqamət verən dövlət siyasətçilərinin rolu
və məsuliyyəti artır, digər tərəfdən nüvə silahının mövcudluğu onları ehtiyatlı
olmağa məcbur edir. İndi dünyada bir cox ictimai xadimlər bu reallığı
qeydsiz-şərtsiz qəbul edir və belə bir cəhətə üstünlük verirlər ki, siyasi
məqsədlərə başlıca olaraq dinc vasitələrlə, hərbi qüvvə tətbiq etmədən nail
olmaq lazımdır.
Dünya dəyişir, lakin müharibə sülh məsələsi problem olaraq qalır. Son
zaman aparılan siyasətlərdən belə belə bir qənaətə gəlmək olar ki, nüvə
müharibəsi ehtimalı azdır. Lakin bu da şübhə doğurmur ki, nüvə silahı hələ
dünyada uzun müddət sabitliyin saxlanılmasına xidmət edəcək, özü tətbiq
edilməsə də siyasi və strateji məqsədlərə nail olmağa, eləcə də adi silahlarla
aparılan müharibələrin gedişatına və nəticələrinə ciddi təsir göstərəcəkdir.
Hər bir dövlət öz təhlükəsizliyi üzrə konsepsiyaları müəyyənləş-
dirərkən bu amili nəzərə almaya bilməz.
Azərbaycan suveren dövlət kimi mühafizə sahəsindəki bütün
problemlərini özü həll etməlidir. Buna görə də biz mühafizə doktrinasını
hazırlayarkən((((( mühüm cəhəti əsas götürməlidir.