Xilasetmə işləri
düşmən hücumunun nəticələrini, habelə təbii fəlakət və
qəzaların nəticələrini aradan qaldırmaq məqsədilə aparılan işlərdir.
Xilasetmə işləri iş görülən sahələrdə və buraya gələn yollarda radiasiya
səviyyələrini, digər vəziyyəti müəyyənləşdirmək üçün kəşfiyyat aparmaq;
xilasetmə işləri aparılacaq yerlərdə yanğını söndürmək və ya
məhdudlaşdırmaq; uçqun altında qalmış adamları tapıb, oradan çıxarmaq,
habelə yanan, qismən dağılmış binalarda qalmış adamları xilas etmək;
uçqunlar altında qalıb hava boruları zədələnmiş mühafizə qurğularının
içərisinə hava vermək (çıxarılana qədər oradakı adamlar boğulmasınlar deyə)
və bu qurğuların üstünü uçqunlardan təmizləyib adamları xilas etmək;
zədələnmiş adamlara lazımi tibbi yardım göstərib müalicə müəssisələrinə
aparmaq; əhalini zəhərlənmə, dağıntı, yanğın ocaqlarından təhlükəsiz
rayonlara (yerlərə) çıxarmaq; adamları sanitariya təmizlənməsindən keçirmək,
onların paltarlarını zərərsizləşdirmək işlərinin yerinə yetirilməsindən ibarətdir.
Xilasetmə işlərini gördükdə aşağıdakı prinsiplərə riayət etmək lazımdır:
işə tez bir zamanda (2 saatdan gec olmayaraq) başlamalı, birinci 3-4 saat
müddətində sığınacaqlara hava vurmalı və onları açmalı, 10-12 saat
müddətində ilk tibbi yardım göstərməli;
bütün işləri bir sutka ərzində başa çatdırmalı;
işlər görülən zaman mexanizmlərdən maksimum istifadə etməli;
hərbiləşdirilməmiş dəstələr vəzifəsinə uyğun olan işləri yerinə yetirməli;
işlər yerinə yetirilərkən təhlükəsizliyə riayət etməli.
Dostları ilə paylaş: |