Tətbiqi proqramlar


Şriftin formatlaşdırılması



Yüklə 1,01 Mb.
Pdf görüntüsü
səhifə13/60
tarix27.05.2023
ölçüsü1,01 Mb.
#113604
növüMühazirə
1   ...   9   10   11   12   13   14   15   16   ...   60
Tətbiqi-proqramlar-2

 
Şriftin formatlaşdırılması
Şriftin formatı dedikdə yazı şriftinin adı, onun ölçüsü, qalın, kursiv və ya xətlənmiş olması, rəngi və başqa formatlar 
nəzərdə tutulur. Bunların çoxunu Formatlaşdırma panelindəki düymələrlə edirlər. 
Daha mürəkkəb formatlaşdırma üçün Формат (Format) menyusundan Шрифт (Şrift) əmrini verməlisiniz. 
Açılan dialoq pəncərəsində (Şəkil 6) üç bölmə var: Шрифт (Şrift), Интервал (İnterval) və Анимация (Hərəkət 
effektləri) bölmələri.
Шрифт (Şrift) bölməsində hərflərin (simvolların) şriftinin adı, yazılışı – adi, курсов, qalın və ya qalın kursiv, şriftiin 
ölçüsü, mətnin rəngi dəyişdirilə bilər – bu dəyişiklikləri çox vaxt Formatlaşdırma panelindəki düymələrlə edirlər. 
Bundan başqa dialoq pəncərəsində sözlərin müxtəlif cür xətlənməsi, görünüşünün dəyişdirilməsi variantları var. 
Edilən dəyişiklikləri Образец (Nümunə) sahəsində müşahidə edə bilərsiniz (şəkil 6): 

зачеркнутый – üzəri xətlənmiş; 

двойное зачеркивание – üzəri ikiqat xətlənmiş; 

надстрочный – üstdən xətlənmiş; 

подстрочный – altdan xətlənmiş; 

с тенью – kölgəli; 

контур – içi boş olan hərflər; 

приподнятый – qabarıq; 

утопленный – çökük; 

малые прописные – kiçik baş hərflər; 



все прописные – baş hərflər; 

скрытый – gizli (bu rejim qeyd olunduqda proqramın 
köklənməsindən asılı olaraq seçilmiş mətn ekranda və 
ya çapa çıxarkən, ya da hər iki halda görünməz olur. 
Rejimi 
qeyd etdikdən sonra Сервис (Servis) 
menyusundan Параметры (Parametrlər) əmri ilə açilan 
dialoq pəncərəsində Вид (Görünüş) bölməsində 
Скрытый текст (Gizli mətn) rejimi qüvvədədirsə, həmin 
fraqment ekranda görünəcək, əks halda – yox. Analoji olaraq 
Печать (Çap) bölməsində Скрытый текст (Gizli mətn) 
rejimi qüvvədədirsə, həmin fraqment çap olunacaq, əks 
halda isə yox. 
По умолчанию (İlkin hal) düyməsini basmaqla dialoq pəncərəsində 
edilən dəyişikliklərin yeni yaradılacaq fayllar üçün ilkin şrift 
olmasını təmin etmiş olarıq, yəni yeni sənəd yaradılan kimi yazı 
həmin formatda yazılacaq. 
Интервал (İnterval) bölməsində:

Масштаб (Miqyas) siyahısından 100%-dən böyük qiymətlər 
hərflərin enli olmasına, 100%-dən kiçik qiymətlər isə ensiz 
olmasına gətirib çıxarır. 

Интервал (Hərflərarası məsafə) siyahısında: 

Обычный (Adi) – hərflərarası məsafə dəyişmir; 

Разреженный (Seyrək) – hərflərarası məsafə artır; на 
(qədər) siyahısında həmin artımın ölçüsü göstərilir

Уплотненный (Sıx) – hərflərarası məsafə azalır; на (qədər) 
siyahısında həmin azalmanın ölçüsü göstərilir. 

Смещение (Sürüşmə) siyahısında: 

нет – sürüşmə olmur; 

вверх – seçilmiş mətn sətrdəki digər sözlərə nisbətən 
yuxarıda olur; 

вниз – seçilmiş mətn sətrdəki digər sözlərə nisbətən aşağıda 
olur. 

Кернинг для знаков размером (ölçülü simvollar arası 
məsafə) rejimi aktivdirsə, Word proqramı hərflərarası 
intervalın bərabər görünməsi üçün həmin məsafəni müxtəlif 
cür dəyişir. Пунктов и более (punkt və daha böyük) 
siyahısında rejimin aid olduğu ən kiçik ölçü göstərilir. Bu 
rejim yalnız TrueType və Adobe True Manager şriftlərinə 
aiddir. 
Анимация (Animasiya) bölməsində ekranda yazının animasiyası 
variantlarından biri seçilə bilər. 

Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə