все прописные – baş hərflər;
скрытый – gizli (bu rejim qeyd olunduqda proqramın
köklənməsindən asılı olaraq seçilmiş mətn ekranda və
ya çapa çıxarkən, ya da hər iki halda görünməz olur.
Rejimi
qeyd etdikdən sonra Сервис (Servis)
menyusundan Параметры (Parametrlər) əmri
ilə açilan
dialoq pəncərəsində Вид (Görünüş) bölməsində
Скрытый текст (Gizli mətn)
rejimi qüvvədədirsə, həmin
fraqment ekranda görünəcək, əks halda – yox.
Analoji olaraq
Печать (Çap) bölməsində Скрытый текст (Gizli mətn)
rejimi qüvvədədirsə,
həmin fraqment çap olunacaq, əks
halda isə yox.
По умолчанию (İlkin hal) düyməsini basmaqla dialoq pəncərəsində
edilən dəyişikliklərin yeni yaradılacaq fayllar üçün ilkin şrift
olmasını təmin etmiş olarıq, yəni yeni sənəd yaradılan kimi yazı
həmin formatda yazılacaq.
Интервал (İnterval) bölməsində:
Масштаб (Miqyas) siyahısından 100%-dən böyük qiymətlər
hərflərin enli olmasına, 100%-dən kiçik qiymətlər isə ensiz
olmasına gətirib çıxarır.
Интервал (Hərflərarası məsafə) siyahısında:
Обычный (Adi) – hərflərarası məsafə dəyişmir;
Разреженный (Seyrək) – hərflərarası məsafə artır; на
(qədər) siyahısında həmin artımın
ölçüsü göstərilir;
Уплотненный (Sıx) – hərflərarası məsafə azalır; на (qədər)
siyahısında həmin azalmanın ölçüsü göstərilir.
Смещение (Sürüşmə) siyahısında:
нет – sürüşmə olmur;
вверх – seçilmiş mətn sətrdəki digər sözlərə nisbətən
yuxarıda olur;
вниз – seçilmiş mətn sətrdəki digər sözlərə nisbətən aşağıda
olur.
Кернинг для знаков размером (ölçülü simvollar arası
məsafə)
rejimi aktivdirsə, Word proqramı hərflərarası
intervalın bərabər görünməsi üçün həmin məsafəni müxtəlif
cür dəyişir. Пунктов и более (punkt və daha böyük)
siyahısında rejimin aid olduğu ən kiçik ölçü göstərilir. Bu
rejim yalnız TrueType və Adobe True Manager şriftlərinə
aiddir.
Анимация (Animasiya) bölməsində ekranda yazının animasiyası
variantlarından biri seçilə bilər.
Dostları ilə paylaş: