TəXİRƏsalinmaz tiBBİ yardimin əsaslari, ÜRƏk- ağCİYƏr reanimasiyasi. YeniDOĞulmuşlarin iLKİn reanimasiyasi



Yüklə 7,68 Mb.
Pdf görüntüsü
səhifə11/141
tarix29.11.2023
ölçüsü7,68 Mb.
#143291
1   ...   7   8   9   10   11   12   13   14   ...   141
DƏRSLİK

*
 
Hadisə yerinin təhlükəsizliyini qiymətləndirin. Təhlükə olarsa onu aradan qaldırın. 

Huşun olub-olmadığını müəyyən edin

Təhlükə yoxdursa, zərərçəkənin huşunu – qıcıqlara cavab reaksiyasını yoxlayın. Ehtiyatla çiyinlərindən silkələyib yüksək 
səslə (ucadan) “Sizə nə olub?” – soruşun. 

Zərərçəkən huşunu itiribsə (qıcıqlara cavab vermir), ilk növbədə köməyə çağırın, təcili tibbi yardım xidməti- ni (TTYX) 
aktivləşdirin (112 və ya 103 nömrələrinə zəng edin), defibrilyatoru əldə edin. 
Ucadan “Kömək edin! “Kömək edin!” – deyə qışqırın. Köməyə 
gələn olduqda, komanda şəklində yardım göstərin. 

Köməyə gələn olmadıqda, tək yardım göstərin. 
Əgər 90 saniyə ərzində təcili tibbi yardım xidmətini (TTYX) aktivləşdirib, defibrilyatoru əldə edib, geri qayıtmaq mümkün 
deyilsə, vaxt itirmədən tez ÜAR-ı başlayın. Bəzi ölkələrdə avtomatik eksternal (xarici) defibrilyator (AED) aeroportlarda, 
vağzallarda, marketlərdə, taksofon (avtomat telefon) yanında quraşdırılır. 

Tənəffüsün olub-olmadığını müəyyən edin

Zərərçəkənin çiyinlərindən silkələyib, “Sizə nə olub?” – soruşmaqla eyni zamanda tənəffüsün normal/qeyri- normal 
olduğunu dəyərləndirin. Zərərçəkənin tənəffüsündə hansısa bir problem olarsa, ləngimədən onun yuxu və ya bud 
arteriyasında nəbzin olub-olmadığını müəyyən edin. Hadisə yerinin təhlükəsizliyinin qiy- mətləndirilməsi, qıcıqlara cavab 
reaksiyasının yoxlanılması, tənəffüsün dəyərləndirilməsi və nəbzin olub- olmadığının müəyyən edilməsi maksimum 10 
saniyəyə tamamlanmalıdır. 
Diqqət! 
Tənəffüsü və nəbzi eyni zamanda – 10 saniyə müddətində qiymətləndirin. 

Zərərçəkən qıcıqlara cavab vermirsə (huşunu itirib), nəfəs almır, qeyri-normal nəfəs alır (o cümlədən aqonal tənəffüs) 
yalnız boğulur, təngnəfəs olur, yuxu və ya bud arteriyasında nəbz təyin edilmirsə – bu, ürəyin dayanmasından və ya 
dayanması təhlükəsindən xəbər verir. 

Zərərçəkəni arxası üstə (üzü yuxarı) sərt, yastı müstəvi səth üzərinə (stol, döşəmə, yer və s.) uzadın; 

Zərərçəkən yerdə uzanıbsa, onun çiyini səviyyəsində, dizi üstə durun. 

Nəbzin yuxu və ya bud arteriyasında olub-olmadığını müəyyən edin

Nəbzi yoxlayın. Nəbz 5–10 saniyə ərzində yuxu və ya bud arteriyasında aydın təyin edilmirsə, ləngimədən döş qəfəsinin 
kompressiyası (sıxılması) – ürəyin qapalı masajı əsas götürülərək, ürək-ağciyər reanimasiyası- na (ÜAR) başlayın. Ürək 
dayanması təyin edilən kimi uzağı 10 saniyə ərzində döş qəfəsinin kompressiyasını başlayın. “Sağ qalma zənciri”nin 
(Chain of Survival) ardıcıllığını əsas tutaraq, DRCABD alqoritmini həyata keçirin. 




Yüklə 7,68 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə