TəXİRƏsalinmaz tiBBİ yardimin əsaslari, ÜRƏk- ağCİYƏr reanimasiyasi. YeniDOĞulmuşlarin iLKİn reanimasiyasi



Yüklə 7,68 Mb.
Pdf görüntüsü
səhifə18/141
tarix29.11.2023
ölçüsü7,68 Mb.
#143291
1   ...   14   15   16   17   18   19   20   21   ...   141
DƏRSLİK

5. 
Defibrilyasiya 
– 
defibrilyatorla elektrik cərəyanı (elektroşok) verməklə, ürək fəaliyyətinin bərpası 
Defibrilyator çatdırılan kimi onu süni tənəffüs verən xilasedicinin yanına yerləşdirin, çünki defibrilyatorun işlədilməsi, ona 
nəzarət və yastıqcıqların yapışdırılması üçün onun imkanı mövcuddur. Nəfəs verən xilasedi- ci defibrilyatoru işə salır və 
kompressiya edən xilasedici əllərini zərərçəkənin döş qəfəsindən götürən kimi, 5–15 saniyə müddətinə defibrilyatorla 
analiz edib elektroşok verir. Elektroşokdan (cərəyandan) sonra ürək- ağciyər reanimasiyasını (ÜAR) davam edin. Əgər 
defibrilyator “cərəyan lazım deyil” və ya “cərəyan məslə- hət deyil” işarəsi edirsə ürək-ağciyər reanimasiyasını 2 dəqiqə 
(5 dövr) davam edib yenidən defibrilyatoru işə salın. 

Əlavə gələn xilasedicilər sizləri əvəz edə bilər, zərərçəkənin daşınması və digər işlərlə məşğul ola bilərlər. 
Diqqət! 
(1) Əgər zərərçəkənin nəbzi yuxu və ya bud arteriyasında aydın təyin edilirsə və tənəffüsü bərpa olunubsa ona sol və ya 
sağ tərəfi üstə “bərpa vəziyyəti” verin. 
(2) Nəbz aydın təyin edilirsə, lakin sərbəst tənəffüsü yoxdursa, təcili tibbi yardım briqadası gələnə qədər, tənəffüs 
yollarını açıb, yalnız hər 5–6 saniyədən bir 1 uğurlu (döş qəfəsini qaldıran) nəfəs verin (dəqiqədə 10–12 nəfəs). 
E.
 
Bir yaşla cinsi yetkinlik yaşı arasında olan UŞAQLARA xilasedicilər İKİ 
NƏFƏR və ÇOX OLDUQDA ÜAR-ın aparılması 
Bir yaşla cinsi yetkinlik yaşı arasında olan uşaqlara ürəyin qəfləti dayanması zamanı ÜAR-ı böyüklərdə olduğu kimi 
komanda 
şəklində DRCABD alqoritminə uyğun aparın. 
1.
 
Huşun, tənəffüsün və nəbzin olub-olmadığını müəyyən edin 

Təhlükəsizliyi gözləyin, qıcıqlara cavab reaksiyasını yoxlayın, tənəffüsü qiymətləndirin, köməyə çağırın. 
Köməkçilər olduqda yardımı komanda şəklində göstərin. 

Nəbzi yoxlayın. Böyüklərdən fərqli olaraq nəbz bazu arteriyasının üzərində 5–10 saniyə ərzində aydın təyin edilmirsə və 
ya sayı dəqiqədə 60-dan azdırsa, döş qəfəsinin kompressiyasını əsas götürməklə, ürək-ağciyər reanimasiyasına 
başlayın. 

Yüklə 7,68 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə