TəXİRƏsalinmaz tiBBİ yardimin əsaslari, ÜRƏk- ağCİYƏr reanimasiyasi. YeniDOĞulmuşlarin iLKİn reanimasiyasi



Yüklə 7,68 Mb.
Pdf görüntüsü
səhifə134/141
tarix29.11.2023
ölçüsü7,68 Mb.
#143291
1   ...   130   131   132   133   134   135   136   137   ...   141
DƏRSLİK

“Şok uşaqlığı”
nin əsas klinik 
simptomu, hətta uterotonik dərmanlardan (oksitosin, prostoqlandinlər) istifadə etdikdə belə 
yığılma aktivliyinin 
ol-
mamasıdır.
Klinik olaraq hemorragik şokun 3 stadiyaları ayırd edilir: kompensator; dekompensator geri dönən; dekompensator geridönməyən.
Kompensator hemorragik şok zamanı dəri və selikli qişaların, xüsusilə ətrafların avazıması və soyuması, dırnaq yataqlarında qan 
dövranının yavaşıması, narahatlıq (şuur aydındırsa), oliqouriya müşahidə edilir. Arterial təzyiq azalır, ürək yığılmalarının tezliyi 100-120 
vur/dəq olur, tənəffüs tez-ləşir. Bu şokun 
I stadiyasıdır
. Qanitirmə ümumi qanın 15-20%-ni (800-1200 ml) təşkil edir. Hemo-dinamik 
dəyişikliklər qanın azalmasını kompensasiya edir. Orqan və sistemlərdəki dəyişikliklər funksional xarakter daşıyır.
Dekompensator geri dönən hemorragik şok 
II stadiyaya 
uyğun gəlir və aşağıdakı əlamətlərlə xarakterikdir: nəbz 120 vur/dəq, 
sistolik A/T 120 mm C st.-
dan aşağıdır; dəri örtüyünün kəskin ava-zıması, soyuması, sianoz, soyuq tər və kəskin oliqouriya. Qanitirmə 
25-40% (1200-2000 ml) olduq-
da şokun bu stadiyası baş verir. Hemodinamik dəyişikliklər ürəyin işini kompensasiya etmir, mikro-
sirkulyasiya pozulur. 
Geri dönməyən hemorragik şok, 
III stadiyaya 
uyğun gəlir. Qan itkisi ümumi DQ 45-50%-ni (2000 ml-dən çox) təşkil edir. Şokun bu 
stadiyasında sistolik təzyiq 60 mm C st–a qədər enir və uzun müddət bu səviyyədə qalır, nəbz 140 vur/dəq-dir. Kəskin dispnoe 
müşahidə edilir. Mikro-sirkulyasiya kəskin pozulur, hipoksiya, toxumalarda, hüceyrələrdə, orqanlarda anatomik dəyişiklik-lər yaradan 
metabolik asidoz inkişaf edir.
Doğum zamanı baş verən şoklar arasında 
vazomotor şok 
ikinci yeri tutur. Hamiləlik zamanı damar divarlarının tonusunun azalması, 
damarlarda qan durğunluğuna səbəb olur. Bu da vazomo-tor şoka zəmin yaradır.
Peritonun kəskin qıcıalanması da şok yaradır.
Nadir hallarda doğuş zamanı kordiogen şok baş verir.
Şokun dərəcələrə bölünməsində əsas meyar sistolik A/T-in səviyyəsi, nəbzin və tənəffüsün sayı və şok indeksidir.
Nəbz sayının sistolik arterial təzyiqə nisbəti olan 

Yüklə 7,68 Mb.

Dostları ilə paylaş:
1   ...   130   131   132   133   134   135   136   137   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə