86
Əlavə 2
QAZAXISTANDA İNVESTİSİYA İMKANLARI
A.
İnvestisiya Konsepsiyası
206. Bu konsepsiya qeydində təsvir olunan investisiya imkanı KazTransGas ASC təbii qaz
şirkəti tərəfindən təklif olunan NAMA-nın bir hissəsidir. Bu NAMA-nın məqsədi Qazaxıstanda
nəqliyyat sektorunda təbii qazdan istifadəni genişləndirməkdir. KazTransGas ASC icraçı qurum
rolunda çıxış edəcək və üç pilot şəhərdə 10 sıxlaşdırılmış təbii qaz (CNG) doldurma
məntəqəsinin (CNG-FS) tikintisini həyata keçirəcəkdir. Qazaxıstanla bağlı investisiya
konsepsiyasında institusional dəstək elementlərinə əsaslanan yumşaq komponentlər də öz
əksini tapmışdır. Bura mövcud nəqliyyat vasitələrinin CNG-yə keçirilməsi üçün tələb olunan
texniki biliklərə dair təlimlərin keçirilməsi, sınaq və sertifikatlaşdırma mərkəzlərinin yaradılması,
eləcə də nəqliyyat vasitələrinə texniki qulluq göstərən texniklər üçün təlimlrin keçirilməsi daxildir.
B.
Qısa məlumat
207. Qazaxstan nəqliyyat sektorunda əsasən benzin və dizel yanacağından asılıdır. Hazırda,
nəqliyyat sektorunda təbii qazın ümumi yanacaq istehlakında payı bir faizdən də aşağıdır.
1
Təbii
qazın az istifadə olunmasınınd səbəblərindən biri bu yanacaq üçün lazımi infrastrukturun
olmamasıdır. Təbii qazdan istifadənin artırılması potensialı ölkə daxilində ucuz təbii qazın
təchizatını nəzərə alsaq böyükdür və hökumət qarşısında prioritet məsələdir. Qazaxıstanda təbii
qaz ehtiyyatları təxminən 1.3 trilyon m
3
həcmdə qiymətləndirilir.
2
208. Cədvəl 1-də göstərildiyi kimi, sıxlaşdırılmış təbii qaz (CNG) benzin və dizeldən daha ucuz
başa gəlir. Bundan əlavə, təbii qazın və CNG-nin qiyməti neftə əsaslanan yanacaq növləri ilə
müqayisədə daha stabil qalmışdır və növbəti onillik ərzində stabil qalacağı gözlənilir. CNG-nin
qiyməti aşağı olduğundan, bu yanacaq növü, əgər zərui mühərrik texnologiyası və doldurma
infrastrukturu yaradılarsa, bir çox nəqliyyat vasitələri üçün cəlbedici alternativ rolunu oynayır.
Bu, böyük nəqliyyat parkları, məsələn avtobus, yük maşınları və taksilər üçün xüsusilə
əhəmiyyətlidir.
Cədvəl 1: Qazaxıstanda Yanacaq Növlərinin qiymətləri, 2000-2050 (2010 $ / GJ)
Yanacaq
Tarixl
ə
r üzr
ə
Proqnoz
2000
2005
2010
2015
2020
2025
2030
2035
2040
2045
2050
CNG
0.6
1.2
1.2
1.8
2.1
2.4
2.8
3.3
3.8
4.4
5.1
Dizell
8.3
5.3
9.9
15.1
17.5
20.3
23.6
27.3
31.7
36.7
42.6
Benzin
10.1
6.5
9.9
14.0
16.3
18.9
21.9
25.4
29.4
34.1
39.5
LPG
3.9
6.0
6.2
9.1
10.6
12.2
14.2
16.4
19.1
22.1
25.6
Təbii qaz
0.4
0.8
0.8
1.2
1.4
1.6
1.8
2.1
2.5
2.9
3.3
Xam neft
2.1
3.6
7.1
9.3
10.8
12.5
14.5
16.8
19.5
22.6
26.2
CNG = sıxlaşdırılmış təbii qaz, LPG = mayeləşdirilmiş benzin
Mənbə: Abt Associates, Stokholm Ətraf Mühit İnstitutu, Nazar Biznes və Texnologiya MMC (2015b).
1
Mənbə: Abt Associates, Stokholm Ətraf Mühit İnstitutu, Nazar Biznes və Texnologiya MMC (2015b).
2
Qazaxıstanın Sənaye və Yeni Texnologiyalar Nazirliyi, 2014. Qazaxıstan üçün 2030-cu ilə qədər Yanacaq və
Enerjinin İnkişafına dair Konsepsiyanın layihəsi; və BP, 2014. BP-nin Dünya Enerjisinə Statistik Baxışı 2014
.
http://www.bp.com/en/global/corporate/about-bp/energy-economics/statistical-review-of-world-energy/statistical-
review-downloads.html
.
Əlavə 2
87
C.
Yol Nəqliyyatında Təbii Qazın Təşviqi üçün Siyasət, İnstitusional və Tənzimləyici
Baza
209. Hökumətin 2013-cü ildə qəbul etdiyi Qazaxıstan Respublikasının Yaşıl İqtisadiyyata Keçid
Konsepsiyasında
3
və nəqliyyat sektoru üçün ərazi inkişaf proqramlarında müəyyən edilmiş
prioritet tədbirlərdən biri nəqliyyat vasitələrində təbii qaza keçidin təmin edilməsidir. Məqsəd
şəhər/regional nəqliyyatın ətraf mühitə və ictimai sağlamlğıa təsirlərini minimum endirmək və
daha bahalı və əsasən idxal olunan yanacaqdan asılılığı azaltmaqdır. Təbii qaz
infrastrukturunun inkişafı da “Hökumətin 2020-ci ilə qədər Qazaxıstan Respublikasının Nəqliyyat
İnfrastrukturunun İnkişafı və İnteqrasiyası Proqramı”
4
nda müəyyən edilən spesifik tələbdir.
210. Nəqliyyat vasitələrinə sahiblik Qazaxıstanda artmaqdadır. Hazırda, ölkədə qeydiyyatda
olan təxminən 3,766 min nəqliyyat vasitəsi benzin və dizel mühərrikləri ilə təchiz olunmuşdur
5
.
Qeydiyyat olan nəqliyyat vasitələrinin 70%-dən çoxu, ölkədə 2014-cü ilin yanvarından Avro-4
standartının tətbiqinə baxmayaraq, Avro-2 standartı ilə təsnifatlandırılır. AvrAsiya İqtisadi
Birliyinin Gömrük İttifaqı çərçivəsində, 2016-cı ilin yanvar ayından Avro-5 standartı tətbiq
ediləcəkdir.
D.
Nəqliyyat sektorunda təbii qazdan istifadəni genişləndirmək üçün təklif olunan
NAMA
211. Təbii qazdan istifadəni artırmaq və İEYQ emissiyasının çoxalmasını azaltmaqla bağlı milli
strateji məqsədlərə dəstək olaraq, AİB Qazaxıstandakı tərəfdaşlarla NAMA üçün konsepsiyanın
hazırlanmasında tərəfdaşlıq etmişdir. Bu konsepsiya nəqliyyat sektorunda təbii qazdan istifadəni
genişləndirəcəkdir. NAMA çərçivəsində ölkə boyu CNG ilə təchizat infrastrukturunun inkişafı və
böyük nəqliyyat parklarında nəqliyyat vasitələrinin CNG-yə keçidi dəstəklənəcəkdir.
212. Hazırda doldurma infrastrukturunun olmaması qazdan daha çox istifadəyə ən mühim
maneələrdəndir. Spesifik ərazi və layihələrə investisiya qoyuluşlarına əlavə olaraq, NAMA
çərçivəsində təbii qaz yanacaq növünün təşviqi üçün geniş proqramın hazırlanması və icrası
nəzərdə tutulur. Bu proqrama hökumətin dəstək tədbirləri paketi, texniki və tənzimləyici
normaların, protokol və sənədlərin işlənib hazırlanması, təbii qaza keçidi təmin edəcək zəruri
institusional və insan bacarıqlarının inkişaf etdirilməsi kimi tədbirlər daxildir. NAMA
KazTransGas ASC tərəfindən həyata keçiriləcək və birbaşa olaraq ona tabe olan KAzTransGas
Onimderi LLP tərəfindən icra olunacaq.
213. Bu NAMA-nın icrası bazarda təbii qazın mühərrik yanacağı kimi istehsalı və istehlakına
imkan verəcək və təbii qazdan istifadə edən nəqliyyat vasitələrinin 15%-ə qədər artırılmasına
(böyük şəhərlərdə 50%-ə qədər) gətirb çıxaracaqdır. Bu NAMA-nın icrası ilə benzin və ya dizel
yanacağından sıxlaşdırılmış təbii qaza keçid təmin ediləcək və bununla da nəqliyyat sektorunda
İEYQ emissiyası azaldılacaqdır.
3
Yaşıl İqtisadiyyat Strategiyasının və Prezidentin 577 saylı, 30 may 2013-cü il tarixli Fərmanının rəsmi mətni,
www.kazpravda.kz/_pdf/jun13/010613decree.pdf
4
Prezidentin 725 saylı, 13 yanvar 2014-cü il tarixli Fərmanı,
www.mid.gov.kz/images/stories/contents/gp_150520141656.pdf
5
Kazakhstanskaya Pravda, rəsmi gündəlik qəzet, May 20, 2015. İqtisadi Artıma “Yaşıl” keçid. Qazaxıstanın Enerji
Naziri cənab V.Şkolnik ilə müsahibə.
http://www.kazpravda.kz/interviews/view/zelenim-kursom-k-rostu-
proizvodstva/
Dostları ilə paylaş: |