Texnologiya 8 Derslik 2017+ Layout 1



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə12/28
tarix14.01.2018
ölçüsü0,54 Mb.
#20719
1   ...   8   9   10   11   12   13   14   15   ...   28

38

Qövsvarı hərəkətlə işləmək daha arzu o ­

lu nandır, çünki belə zamas kalama insanı

yormur və nəticə tez əldə olunur.

Malanın səthə özünün tam müstəvisi

ilə yapışması vacibdir, əks halda divarda

onun künclərinin izləri (kiçik cızıqlar)

qalacaqdır (şəkil 5, b).

Böyük maladakı zamaska qalıqları

kiçik ma la ilə təmizlənib təkrar vedrəyə

tökülür. Müt ləq çəkilən qatın qurumasını

gözləmək lazımdır. Sonra (əgər bu son

qat deyilsə) enli mala ilə artıq zamaska

qalıqları divardan təmizlənir. Bundan

son ra divar nəm əsgi və yaxud enli fırça

ilə silinir.

Həmişə zamaskalanmamış səthdən

zamas ka lanmış səthə doğru işləmək la ­

zım dır. Hərəkət rəvan və davamlı olma ­

lıdır və mala zamaskalanan səthdən

ra hat, heç bir iz qoymadan aralanmalıdır.

İşləmə, rəngin mexaniki üsulla çı xarılması, rəngin kimyəvi üsulla

çıxarılması, rəngsaz malası, qaşı yı cı rəngsaz malası, qabarma.

Təhlükəsizlik qaydaları

1. Zamaskanı uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

2. Cilalama zamanı respiratordan istifadə etmək lazımdır.

3. Gözləri və üzü qoruyan vasitələrdən istifadə edərkən məkanın havası

əsaslı surətdə dəyişdirilməlidir.

4. Tozun qarşısını almaq üçün nəm əsgi ilə səthi silin.

1. Әsas rəngsaz işlərinə nələr aiddir?

2. Divarların və tavanın işlənmə texnologiyası necədir?

3. Köhnə divar kağızlarının və rəngin çıxarılması üsulları hansılardır?

4. Malalama hansı alət və tərtibatların köməyi ilə yerinə yetirilir?

5. Malalama texnologiyası nədən ibarətdir?

6. Divarların və tavanın zamaskalanması hansı məqsədlə həyata keçirilir?

7. Rəngsaz malası nə üçün nəzərdə tutulub və onun hansı növləri var?

8. Zamaskalama işlərinin texnologiyası nədən ibarətdir?



Özünüyoxlama sualları

?

Şəkil 5. Zamaskanın çəkilmə texnikası:

a – malanın divarda hərəkət istiqaməti; 

b – malanın hərəkət trayektoriyası

а

b

Malanın hərəkət 

trayektoriyası 

Mala

Qövsvarı

hərəkət

Düzxətli 

hərəkət

!

 Çap üçün deyil


DİVAR KAĞIZLARININ ÇӘKİLMӘ TEXNOLOGİYASI.

DİVAR VӘ TAVANLARIN RӘNGLӘNMӘSİ

İstənilən mənzilin gözəlliyi, əsasən, onun divarlarının tərtibatından asılıdır.

Mənzilin interyerini çox əmək və vəsait sərf etmədən yalnız divar kağızlarını

dəyişməklə gözəlləşdirmək olar. 

Divar kağızı rulon halında burulmuş çap üsullu və yaxud basma naxışlı kağız

əsaslı işləmə materialıdır.

Divar kağızları zövqlə seçilmiş mənzildə yaşamaq rahat və zövqvericidir.

Divar kağızlarının hansı növləri var?

Müasir inşaat bazarı alıcılara müxtəlif növdə divar kağızları təklif edir: kağız

əsaslı, velür, tekstil, şüşəlifli, vinil və s. Divar kağızlarının rəng və forma

müxtəlifliyi insanı valeh edir. Düzgün seçim etmək üçün isə mütləq bəzi mühüm

məqamları nəzərə almaq lazımdır: divar kağızı mənzilin xarakterinə uyğun

seçilməlidir, divarların işlənməsi otağın və bütün mənzilin ümumi ahənginə

cavab verməlidir. Divar kağızlarının rəngi və təsviri mənzilin sakinlərinin

psixoloji vəziyyətinə birbaşa təsir edən amildir və onun düzgün seçilməməsi

psixoloji rahatlıq yaratmaq istəyinin əksinə gedə bilər.

Divar kağızlarının çəkilməsi ilə əlaqədar işlərin yerinə yetirilməsi üçün şəkil

1­də göstərilən alət və tərtibatlar lazımdır.

39

10­cu MÖVZU



Şəkil 1. Divar kağızının çəkilməsi üçün alət və tərtibatlar:

1 – yapışqanın sürtülməsi üçün fırça; 2 – divar kağızını hamarlamaq üçün şotka; 

3 – süngərli mütəkkə* (valik); 4 – kağızın kəsilməsi üçün kəsmə bıçağı; 5 – diskli bıçaq

(döşəmə haşiyəsinin kənarı ilə nəm divar kağızını kəsmək üçün bıçaq); 6 – divar

kağızlarını zolaqlar boyunca kəsmək üçün qayçı; 7 – şaquli naxışlı divar kağızlarına

nəzarət üçün şaqul; 8 – materialların səthini təmizləmək üçün süngər; 9 – yapışqan

və su üçün vedrə; 10 – mala; 11 – rozetkaların və elektrik qapayıcılarının üst

qapağını çıxartmaq üçün vintaçan; 12 – hərəkətli tikinti körpüsü

1

6



7

8

9



11

10

12



2

3

4



5

* Süngərli mütəkkə – lak və boya materiallarını çəkmək üçün rəngsaz aləti

 Çap üçün deyil


40

Divar kağızlarının çəkilmə texnologiyası necədir?

Divar kağızının çəkilmə texnologiyası aşağıdakılardan ibarətdir:

• Divarın uzunluğu ölçülür. Divar kağızından aşağı və yuxarı hissələrdən

bir qədər (3–4 sm) əlavə buraxmaqla ölçüyə uyğun hissə kəsilir.

• Nümunə üzrə digər hissələr də kəsilir. Kağızları düzəltmək üçün rulonlar

əks istiqamətlərdə burulur. 

• Divara süngərli mütəkkə ilə yapışqan çəkilir.

• İş pəncərə kənarından və yaxud küncdən başlanır. İlk hissə yapışdırılır.

Hündürlüyə şaqul vasitəsilə nəzarət edilir. Rulonlar tədricən açılır və

yapışdırılır. Divar kağızı plastik mala ilə divara sıxılır.

• Tavan və döşəmə həşiyələrinin xətti üzrə divar kağızı kəsilir. Bu ərazi ­

lərdə kağızı altdan yapışdırmaq üçün süngərli mütəkkədən deyil, kiçik fırça ­

dan istifadə edilir. Sonra digər kəsilmiş hissələr yapışdırılır.

• Qapılar yerləşən sahədə tavandan qapının başına qədər məsafə ölçülür,

bu ölçüdə divar kağızı kəsilib yapışdırılır. Kağızın kənarları sonradan qapı

çərçivəsi ilə örtülür.

• Rozetkalar* və elektrik açarları olan yerdə kağız hissəsinin üzərində

kəsik aparılır, sonra bıçaqla artıq hissələr kəsilib götürülür. Kəsiklərin kənarı

sonradan rozetka qapaqları ilə örtülür. 

Divar və tavanların rəng lən ­

məsindən danışarkən lak­boya ­

ma materiallarına xüsusi diqqət

ayrılmalıdır. Di var boyaları tək ­

cə gözəllik üçün deyil, həm də

səthin qo r unması üçün əvəzedil ­

məz dir.


Rəngləmə aparmazdan əv ­

vəl şəkil 2­də göstərilən alət və

tərtibatları  hazır la maq  lazımdır.

Künclərin rənglənməsi üçün

müxtəlif ölçülü yastı (fleys*) və

yumru fırçalardan istifadə edi lir.

Boya çəkilməzdən öncə yax ­

şıca qarışdırılır, lazım gəlsə, su və

duru laş dırıcı əlavə edilir.  

Şəkil 2. Rəngləmə üçün alət və materiallar:

a – süngərli mütəkkələr; b – fırçalar (yastı və

yumru); c – boya üçün vedrə; d – drel­mikser; 

e– şüşənin çirklənmədən qorunması üçün skotç

а

b

c

d

e

* Rozetka – divara elektrik açarı altına vurulan lövhəcik

* Fleys – böyük səthləri örtmək üçün iri fırça

 Çap üçün deyil



Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə